"DəmirBank" rəsmi olaraq müflis elan edilib28 Dekabr 2017, 09:19 (GMT +4) Bakı, 28 dekabr, SalamNews. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə "DəmirBank" rəsmi olaraq müflis elan edilib.
SalamNews-un məlumatına görə, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) yaydığı məlumatda bildirilir. Məlumatda bildirilir ki, fond “Dəmirbank”a ləğvedici təyin edilib.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən "DəmirBank" ASC-nin lisenziyası ləğv edilib.
|