Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verilib

28 Dekabr 2017, 12:52 (GMT +4)

Bakı, 28 dekabr, SalamNews. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, nazirlik Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 33 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edib.

SalamNews xəbər verir ki, mənzillərin istifadəyə verilməsi tədbirində Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin əsas prinsiplərindən birinin sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin dolğun şəkildə təmin edilməsindən, onlara yönələn dövlət qayğısının ildən-ilə artırılmasından ibarət olduğu vurğulanıb. Bu istiqamətdə kompleks  tədbirlərin reallaşdırıldığı, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımların atıldığı diqqətə çatdırılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında fərdi yaşayış evlərinin inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınaraq bu təbəqələrdən olanların istifadəsinə verildiyini bildirib. İ.Rəhimov qeyd edib ki, son illərdə bu sahədə işlər daha da sürətlənib və hər il orta hesabla  335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər artıq 6100 mənzil həmin kateqoriyalara aid insanların istifadəsinə verilib. Növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri, əmək pensiyası və ya sosial müavinətlə də təminatı həyata keçirilir. Dövlət başçısının müvafiq Sərəncamına əsasən,  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı da dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

Eyni zamanda, Qarabağ müharibəsi əlillərinin tibbi-sosial reabilitasiyası yönündə mühüm işlər aparılır. Bu ilin 11 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində əlavə olaraq  34 671 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib ki, onlardan bir hissəsi də  Qarabağ müharibəsi əlilləri olub. Bütün bunlar, eləcə də  qanunvericilik aktlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün nəzərdə tutulan bir sıra imtiyaz və güzəştlər qeyd olunan insanların Prezident qayğısı ilə əhatə olunduqlarını təsdiq edir.

Tədbirdə əlil ictimai birliklərinin nümayəndələri müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ildən-ilə güclənməsindən məmnunluqla söz açıblar.

Yeni mənzillə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının artırılmasına, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində onlara böyük sevinc hissi bəxş edən yeni mənzillərin təqdim olunmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. 



Əlaqəli Xəbərlər

ƏƏSMN-də BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlıq müzakirə olunub

ƏƏSMN-də Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub

ƏƏSMN-dəki 519 vakant vəzifəyə qəbul üzrə müsahibə elan edilib

ƏƏSMN və BDU arasında Memorandum imzalanıb

ƏƏSMN son bir ildə 12 mindən çox şəxsə sosial xidmət göstərib

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə ötən il 151,9 minə yaxın müraciət daxil olub

Ötən il "Elektron Hökumət" portalında ən çox ƏƏSMN-in e-xidmətlərinə müraciət olub

ƏƏSMN bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib

ƏƏSMN, BMT-nin İnkişaf Proqramı və Beynəlxalq Əmək Təşkilatı arasında Niyyət Məktubu imzalanıb

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı azalıb

ƏƏSMN-də Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüş olub

ƏƏSMN-də “Məlumat mübadiləsi saatı” keçirilib

ƏƏSMN tərəfindən verilmiş aktivlər hesabına 1150 ailə təsərrüfatı yaradılıb

ƏƏSMN bəzi KİV-lərdə yayılmış məlumatlra rəsmi aydınlıq gətirib

ƏƏSMN bu il e-xidmətlərindən ən çox istifadə olunan qurumdur

ƏƏSMN-in "Çağrı mərkəzləri" 10,6 mindən çox müraciət cavablandırıb

Əlil şəxslərə 20 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib - ƏƏSMN

Əlilliyi olan daha 65 şəxs Nabran istirahət zonasına yola salınıb-ƏƏSMN

ƏƏSMN-nin “Çağrı mərkəzləri”nə edilən müraciətlərin 95,7 faizi sorğu xarakterli olub

Gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib - ƏƏSMN

20 Fevral 2018, 17:13 (GMT +4)
“Kitabi Dədə Qorqud” dastanının Vatikan nüsxəsi nəşrə hazırlanıb 

20 Fevral 2018, 17:05 (GMT +4)
Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək

20 Fevral 2018, 16:55 (GMT +4)
Bakı şəhəri üzrə birinci sinfə elektron qeydiyyat başlanır

20 Fevral 2018, 16:39 (GMT +4)
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi məcburi köçkünlərlə görüşüb

20 Fevral 2018, 16:32 (GMT +4)
İranda iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb

20 Fevral 2018, 16:28 (GMT +4)
ATƏT PA-nın qış sessiyasının gündəliyi açıqlanıb

20 Fevral 2018, 16:14 (GMT +4)
YPG-ni müdafiə edən dövlətlər bizim üçün onların özünə bərabərdir - Çavuşoğlu

20 Fevral 2018, 16:01 (GMT +4)
Misirin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

20 Fevral 2018, 15:50 (GMT +4)
İstanbulda “Xocalıya ədalət!” fotosərgisi açılıb

20 Fevral 2018, 15:44 (GMT +4)
Nazarbayev yeni qazax əlifbasını təsdiqləyib

20 Fevral 2018, 15:31 (GMT +4)
Afrinin mərkəzi yaxın günlərdə  mühasirəyə alınacaq - Ərdoğan

20 Fevral 2018, 15:23 (GMT +4)
Azərbaycan güləş yığmalarının Kiyevdə keçiriləcək turnir üçün heyəti açıqlanıb

20 Fevral 2018, 14:59 (GMT +4)
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

20 Fevral 2018, 14:38 (GMT +4)
Əbülfəs Qarayev Böyük Britaniyaya səfər edib

20 Fevral 2018, 14:30 (GMT +4)
Mübariz Qurbanlı Horadizdə vətəndaşları qəbul edi

20 Fevral 2018, 14:21 (GMT +4)
Əfqanıstanın şimalında güclü partlayış baş verib

20 Fevral 2018, 14:15 (GMT +4)
Məşhur “Qızıl adam” Azərbaycana gətiriləcək

20 Fevral 2018, 14:08 (GMT +4)
Dünyada vəhşi qətliam arayan varsa, bu Xocalıdır - Ərdoğan 

20 Fevral 2018, 14:01 (GMT +4)
“Kaspersky Lab” şirkəti “Azercell” abunəçilərini kibertəhdidlərdən qoruyacaq

20 Fevral 2018, 13:54 (GMT +4)
Bakıda alman fotoqrafının fotosərgisi keçiriləcək

20 Fevral 2018, 13:49 (GMT +4)
“Atəşgah” 17,3 milyon manat sığorta ödənişi edib

20 Fevral 2018, 13:44 (GMT +4)
Azərbaycana qanunsuz qızıl zərgərlik məmulatının keçirilməsinin qarşısı alınıb

20 Fevral 2018, 13:22 (GMT +4)
Azərbaycanın müdafiə naziri Belarusa səfər edəcək

20 Fevral 2018, 13:15 (GMT +4)
Dövlət sərhədini pozmaqla İran ərazisinə keçmək istəyən altı xarici vətəndaş saxlanılıb

20 Fevral 2018, 13:09 (GMT +4)
Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezident təqaüdünün artırılması üçün ayrılacaq vəsait məlum olub

20 Fevral 2018, 13:01 (GMT +4)
“Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir

20 Fevral 2018, 12:53 (GMT +4)
“Azərişıq” prezident seçkilərinə görə gücləndirilmiş iş rejiminə keçib

20 Fevral 2018, 12:44 (GMT +4)
Azərbaycan səfiri Ukrayna portalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətindən danışıb

20 Fevral 2018, 12:38 (GMT +4)
Sabah Bakıda bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir

20 Fevral 2018, 12:32 (GMT +4)
Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66