Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Dəmiryolçular il ərzində görülən işləri müzakirə ediblər (FOTOLAR)

28 Dekabr 2017, 17:15 (GMT +4)

Bakı, 28 dekabr, SalamNews. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi gününə və Yeni 2018-ci təqvim ilinə həsr olunmuş yığıncaq keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, illərin qovuşuğunda keçirilən tədbiri giriş sözü ilə Tədbiri giriş sözü ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açaraq, iştirakçıları, onların şəxsində bütün xalqımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2018-ci təqvim ili münasibətilə ürəkdən təbrik edib, dəmir yolunda çalışan insanlara möhkəm cansağlığı, uzun ömür, xoş güzəran diləyib.

O, bildirib ki, təqvimdə bir çox əlamətdar günlər var. Ölkəmizin yaxın və uzaq keçmişinin müəyyən məqamlarını özündə əks etdirən bu tarixi günləri yaşatmaq olduqca gərəklidir. Çünki həmin günlərdə Azərbaycan tarixinin hansısa mühüm anı yaşayır. Onlardan biri də ulu öndərin təşəbbüsü ilə təsis edilən 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəyliyi günüdür. Bu bayramın elan olunması bizim yaxın tariximizdə baş verib.

Ümummilli lider Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən ilk dəfə, 16 dekabr 1991-ci il tarixli sərəncamı ilə 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik və Milli Birlik bayramı elan etmiş, sonra isə bu tarix bütün Azərbaycan xalqının, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın milli bayramına çevrilib.

İl ərzində dəmir yolunda görülən işlər haqqında geniş məlumat verən C.Qurbanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qayğısı ilə dəmir yolunda həyata keçirilən islahatlar, 2017-ci il fevralın 10-da Bakı dəmir yolu vağzalında və “Azərbaycan Dəmir Yolları” QSC-nin inzibati binasında aparılmış yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olması, oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində iştirakı, görülən işləri yüksək dəyərləndirməsi dəmiryolçularda böyük ruh yüksəkliyi yaradıb.

Natiq dəmir yolunda ən müasir standartlara cavab verən texnologiyaların işə tətbiq olunması, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və digər sahələrdə görülən işlər haqqında ətraflı danışıb.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin dəmir yolu işçilərinin peşə bayramı və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibətilə imzaladığı sərəncamlara əsasən, ali dövlət mükafatlarına layiq görülən bir qrup dəmiryolçuya mükafatlar təqdim edilib.

İllərin qovuşuğunda keçirilən tədbiri yekunlaşdıran C.Qurbanov qarşıda duran perspektiv vəzifələrdən danışdı və 2018-ci ildə hər kəsə uğurlar arzulayıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azərbaycan Dəmir Yolları” bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

“Azərbaycan Dəmir Yolları” QSC-də 3 ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də YAP-ın ərazi ilk partiya təşkilatının yığıncağı keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC-də gənclərlə görüş keçirilib

“Azərbaycan Dəmir Yolları ” internet müsabiqəsində II yerə layiq görülüb

BTQ ilə yola salınan “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus ilk qatar Türkiyəyə çatıb (VİDEO)

“Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında əlaqələr genişləndirilir 

“Azərbaycan Dəmir Yolları” QSC–də “ADY Konteyner” MMC yaradılıb

“Azərbaycan Dəmir Yolları” QSC qış mövsümünə hazırlıq işlərini sürətləndirib

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə müraciət edib

Azərbaycan Dəmir Yolları Biləcəri stansiyasından istifadə edən sərnişinlərə müraciət edib

“Azərbaycan Dəmir Yolları”ndan sərnişinlər üçün xüsusi endirim elan edilib

"Azərbaycan Dəmir Yolları" QSC-də Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

"Azərbaycan Dəmir Yolları" QSC gediş haqlarını artırır

“Azərbaycan Dəmir Yolları” QSC-də qanvermə aksiyası keçirilir

"Azərbaycan Dəmir Yolları” QSC-də Ukraynanın nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

GTMŞ-nın növbəti məlumat turu “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilib

“Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrə şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib

21 İyun 2018, 18:10 (GMT +4)
“UNEC-də bir gün” layihəsi davam edir

21 İyun 2018, 18:02 (GMT +4)
Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edib

21 İyun 2018, 17:56 (GMT +4)
Zakir Qaralov Əlcəzairin ədliyyə naziri ilə görüşüb

21 İyun 2018, 17:55 (GMT +4)
UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

21 İyun 2018, 17:30 (GMT +4)
BMT TŞ-nin qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub - Lavrov

21 İyun 2018, 17:27 (GMT +4)
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

21 İyun 2018, 17:22 (GMT +4)
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

21 İyun 2018, 17:14 (GMT +4)
Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

21 İyun 2018, 17:09 (GMT +4)
Məlumat Hesablama Mərkəzi Aİ “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı olub

21 İyun 2018, 17:01 (GMT +4)
Göyçayda körpünün dağılmasına görə 7 nəfər həbs edilib

21 İyun 2018, 16:59 (GMT +4)
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

21 İyun 2018, 16:56 (GMT +4)
Ramiz Həsənov Əfqanıstan xarici işlər nazirinin müavinini qəbul edib

21 İyun 2018, 16:47 (GMT +4)
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21 İyun 2018, 16:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

21 İyun 2018, 16:33 (GMT +4)
XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

21 İyun 2018, 16:25 (GMT +4)
AMİM-nin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib

21 İyun 2018, 16:24 (GMT +4)
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

21 İyun 2018, 16:07 (GMT +4)
Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

21 İyun 2018, 15:57 (GMT +4)
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq

21 İyun 2018, 15:50 (GMT +4)
ARPA–da növbəti Risk Komitəsinin görüşü keçirilib

21 İyun 2018, 15:41 (GMT +4)
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək olub (FOTO)

21 İyun 2018, 15:30 (GMT +4)
Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb (VİDEO)

21 İyun 2018, 15:22 (GMT +4)
Rusiyada qeyri-adi mumiya tapılıb

21 İyun 2018, 15:10 (GMT +4)
Palata: “Alfa Sığorta”nın üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir

21 İyun 2018, 15:01 (GMT +4)
Məşhur professor sahibkarlar üçün təlim keçib (FOTO)

21 İyun 2018, 14:49 (GMT +4)
Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

21 İyun 2018, 14:38 (GMT +4)
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılış mərasimi keçirilib

21 İyun 2018, 14:35 (GMT +4)
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

21 İyun 2018, 14:29 (GMT +4)
DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlumat yayıb

21 İyun 2018, 14:20 (GMT +4)
Azərbaycana yay gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66