Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb

28 Dekabr 2017, 18:00 (GMT +4)

Bakı, 28 dekabr, SalamNewsPrezident İlham Əliyev Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

SalamNews-un məlumatına görə, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılsın.

Müəyyən edilsin ki: “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” (bundan sonra – Agentlik) ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir;

2.2. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində kiçik və orta sahibkarlara bir sıra xidmətləri (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya mərkəzi, maliyyə xidmətləri və s.) bir məkanda təklif edən “Kiçik və orta sahibkarlıq evi” yaradılsın və onların fəaliyyəti “ASAN xidmət” mərkəzləri, “ASAN xidmət” mərkəzləri olmayan regionlarda isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin regional bölmələri vasitəsilə həyata keçirilsin;

2.3. Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 7 nəfərdən ibarət Müşahidə Şurası yaradılır;

2.4. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının maliyyə, vergilər, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılır;

2.5. Agentliyin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat naziridir;

2.6. Agentliyin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının iqtisadiyyat naziri həyata keçirir;

2.7. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçirilir.

3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin və strukturunun təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;

3.1.2. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. Agentliyin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş funksiyaları yerinə yetirən struktur bölmələrinin (qurumlarının) ləğv edilməsini və onların maddi-texniki bazasının Agentliyin balansına verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

5.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;

5.2. bu Fərmanın 4.4-cü bəndinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün tədbirlər görsün;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Agentliyin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

7. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

8. Bu Fərmanın

2.4-cü bəndində nəzərdə tutulan dövlət orqanları Agentliyin Müşahidə Şurasında təmsil olunacaq nümayəndələri barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etsinlər.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.



Əlaqəli Xəbərlər

Prezident İlham Əliyevin və Baş nazir Boyko Borisovun geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri ilə təkbətək görüşü olub

Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib

Prezident İlham Əliyev Fərhad Babayev və Arif Əzizovu "Şöhrət" ordeni ilə təltif edib

Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2 milyon manat ayırıb

Vladimir Putin Prezident İlham Əliyevi Yeni il münasibətilə təbrik edib

Prezident İlham Əliyev dünya azərbaycanlılarını Həmrəylik Günü münasibəti ilə təbrik edib

Monqolustanın dövlət başçısı Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini  qəbul edib

Prezident İlham Əliyev Yaponiya İmperatorunu təbrik edib

Prezident İlham Əliyev Gürcüstanın maliyyə nazirini qəbul edib

Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Prezident İlham Əliyev Misir diyarının müftisini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanını qəbul edib

“Prezident İlham Əliyevin siyasəti və İslam həmrəyliyi: anlaşmadan əməkdaşlığa doğru” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev Dünya Bankının nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Qətər Əmirini təbrik edib

Prezident İlham Əliyevin Sumqayıt şəhərinə səfəri başlayıb

Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

18 Yanvar 2018, 09:58 (GMT +4)
Pentaqon: ABŞ Suriyada yeni ordu qurmur

18 Yanvar 2018, 09:49 (GMT +4)
“YARAT” Müasir İncəsənət Mərkəzində Zabit Səmədovla görüş keçirilib

18 Yanvar 2018, 09:43 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

18 Yanvar 2018, 09:39 (GMT +4)
Xalq artisti Eldar Quliyevin doğum günüdür

18 Yanvar 2018, 09:32 (GMT +4)
Ötən gün Azərbaycanda 110 cinayət faktı qeydə alınıb

18 Yanvar 2018, 09:25 (GMT +4)
Atəşkəs rejimi 126 dəfə pozulub

18 Yanvar 2018, 09:24 (GMT +4)
Bu gün Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək

18 Yanvar 2018, 09:21 (GMT +4)
Dünya birjalarında neft bahalaşıb

18 Yanvar 2018, 09:19 (GMT +4)
İranda ardıcıl iki zəlzələ olub

18 Yanvar 2018, 09:15 (GMT +4)
Leyla Əliyeva Heydər Əliyev Mərkəzində sərginin açılışında iştirak edib (FOTOLAR)

18 Yanvar 2018, 09:09 (GMT +4)
Türkiyə sərhədlərində terrorçu ordunun yaradılmasına imkan verilməyəcək

18 Yanvar 2018, 09:00 (GMT +4)
Sakit okeanın Yaponiya sahillərində 5,3 bal gücündə zəlzələ olub

17 Yanvar 2018, 18:24 (GMT +4)
Peşə məktəblərində çalışan müəllimlərin maaşı iki dəfə artırılıb

17 Yanvar 2018, 18:00 (GMT +4)
Novruzəli Orucovun oğluna hökm oxunub

17 Yanvar 2018, 17:51 (GMT +4)
Fransa Prezidentinin müşaviri Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

17 Yanvar 2018, 17:42 (GMT +4)
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib

17 Yanvar 2018, 17:34 (GMT +4)
Rusiya XİN rəhbəri türkiyəli həmkarı ilə telefon danışığı keçirib

17 Yanvar 2018, 17:27 (GMT +4)
DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib

17 Yanvar 2018, 17:22 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

17 Yanvar 2018, 17:15 (GMT +4)
JuHİ Azərbaycan mediası ilə bağlı yekun hesabatını açıqlayıb

17 Yanvar 2018, 17:06 (GMT +4)
Minsk Qrupunun fəaliyyətinin canlandırılması üzrə çağırışını dəstəkləyirik - rəsmi Bakı

17 Yanvar 2018, 16:56 (GMT +4)
Koreyanın Azərbaycandakı səfiri BDU-da olub

17 Yanvar 2018, 16:50 (GMT +4)
Bakı Nəqliyyat Agentliyinin Sakit Qocayev küçəsi ilə bağlı layihə təklif edib

17 Yanvar 2018, 16:44 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi tender elan edib

17 Yanvar 2018, 16:37 (GMT +4)
Şahin Bağırov CEO Lunch Baku-da iştirak edib

17 Yanvar 2018, 16:32 (GMT +4)
Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

17 Yanvar 2018, 16:26 (GMT +4)
Qubada modul tipli məktəb istifadəyə verilib

17 Yanvar 2018, 16:22 (GMT +4)
Vüsal Qasımlı BP-nin nümayəndə heyətini qəbul edib

17 Yanvar 2018, 16:16 (GMT +4)
PAŞA Bank Euromoney beynəlxalq forumunda iştirak edib

17 Yanvar 2018, 16:15 (GMT +4)
Zaqatala şəhərində yeni yeraltı piyada keçidi inşa edilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66