Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Əmtəəşünaslıq məktəbinin banisi Əli Həsənovun 80 illik yubileyi qeyd olunub

29 Dekabr 2017, 09:02 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. UNEC-də görkəmli elm xadimi, iqtisad elmləri doktoru, professor Əli Həsənovun 80 illik yubileyinə həsr olunan tədbir keçirilib.

SalamNews xəbər verir ki, yubiley tədbirində “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, UNEC-in Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənovun müəllifi olduğu kitablar nümayiş olunub.

UNEC-in rektoru, professor Ədalət Muradov yubilyarın pedaqoq və alim kimi səmərəli fəaliyyətindən danışıb, onun 80 illik həyatının müdriklik və zənginliklə birləşdiyini vurğulayıb. Rektor Ə.Həsənovu taleyini özü formalaşdıran, həyatın verdiyi imkanlardan bacarıqla bəhrələnən, mübariz, qorxmaz insan, həyata nikbin baxan müdrik ağsaqqal kimi xarakterizə edib. UNEC-də ağsaqqal tövsiyəsinə daim xüsusi önəm verildiyinə diqqət çəkən Ə.Muradov universitetin bütün nailiyyətlərində yubilyarın rəhbərlik etdiyi Ağsaqqallar Şurasının özünəməxsus yeri olduğunu vurğulayıb. İqtisadçı alimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayan rektor, professorun 80 illik yubileyi münasibətilə UNEC-in Fəxfi Fərmanı ilə təltif olunduğunu bildirib.

Tədbirdə professor Əli Həsənova “Yüksəkixtisaslı iqtisadçı kadrların hazırlanmasında uzunmüddətli, səmərəli elmi-pedaqoji fəaliyyətinə, təhsilin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə” Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim olunub.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə UNEC professoru Ə.Həsənovun alim kimi universitetin, eləcə də ölkənin ictimai həyatında fəal rol oynadığını bildirib. O, görkəmli alimin gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, səmərəli elmi-pedaqoji fəaliyyəti və geniş ictimai fəaliyyəti nəzərə alınaraq ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin təqdimatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə komitəsinin qərarı ilə “Həmkarlar ittifaqında xidmətə görə” medalı ilə təltif olunduğunu qeyd edərək, mükafatı alimə təqdim edib.

UNEC-in professoru, millət vəkili Xanhüseyn Kazımlı, professorlar Hidayət Cəfərov, Maarifə Hacıyeva, fakültə dekanları, yubilyarı yaxından tanıyanlar onu fədakar elm adamı kimi xarakterizə ediblər, Əli Həsənovu ölkədə əmtəəşünaslıq məktəbinin banisi və himayədarı adlandırıblar. Çıxış edənlər yubilyarın yüksək insani keyfiyyətlərindən danışıb, əsl alim və əsl insan ömrü yaşamış Ə.Həsənovun həyatının, əməllərinin gənc nəsil üçün layiqli örnək olduğunu vurğulayıb, onunla bağlı xoş və unudulmaz xatirələrini söyləyiblər.

Tədbirdə professorun ömür yolu və pedaqoji fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş olunub. UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri musiqi ifa edib, şeirlər səsləndiriblər.

Sonda professor Əli Həsənov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib, 55 illik pedaqoji fəaliyyəti ərzindəki təəssüratlarını onlarla bölüşüb.



Əlaqəli Xəbərlər

UNEC-də müraciətləri İctimai Nəzarət Şurası dinləyəcək 

“UNEC Ekspert” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

UNEC-də doktorantura və dissertanturaya qəbul başlanıb 

UNEC-də qış imtahan sessiyasına hazırlıq müzakirə edilib

UNEC-də innovativ sahibkarlığın inkişafı ilə bağlı tələbələrlə görüş keçirilib

UNEC kollektivi ön cəbhədə əsgərlərlə görüşüblər

UNEC kollektivi iməcilik keçirib

UNEC-də III Tələbə Elmi Konfransı keçirilib

Dünyanın nüfuzlu universitetlərinin məzunları UNEC-də olub

UNEC tələbələri biliklərini valideyn himayəsindən məhrum olan uşaqlarla paylaşıblar

UNEC-də növbəti TEDxUNEC konfransı keçirilib (FOTOLAR)

“UNEC-də bir gün” layihəsi uğurla davam edir

UNEC-də tədqiqatyönümlü dərslər təşkil olunacaq

UNEC-də ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Fərhad Bədəlbəyli UNEC kollektivi üçün xüsusi konsert proqramı ilə çıxış edib

Rusiyalı rektor: “UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək”

Rektor Maksimtsev: UNEC-in islahat təcrübəsi uğur modelidir

UNEC iş dünyası ilə birlikdə yeni strateji əməkdaşlığa start verib

“Tələb işəgötürənlərdən - təklif UNEC-dən” mövzusunda konfrans keçirilib (FOTO)

Beynəlxalq Vizyon Universitetinin rektoru: “UNEC-in zəngin təcrübəsindən yararlanmaq istəyirik”

16 Yanvar 2018, 18:01 (GMT +4)
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16 Yanvar 2018, 17:43 (GMT +4)
“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16 Yanvar 2018, 17:37 (GMT +4)
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

16 Yanvar 2018, 17:31 (GMT +4)
Regionda müharibə ocağının alovlonması həm Rusiya, həm də digər supergüclər üçün siqnal olmalıdır - politoloq

16 Yanvar 2018, 17:24 (GMT +4)
PAŞA Bank daha br yeniliyə imza atıb

16 Yanvar 2018, 17:19 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

16 Yanvar 2018, 17:13 (GMT +4)
Ruhani: "İslam ölkələrindəki münaqişələr xarici müdaxilələrin nəticəsində yaranıb"

16 Yanvar 2018, 17:02 (GMT +4)
Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçiriləcək

16 Yanvar 2018, 16:52 (GMT +4)
Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

16 Yanvar 2018, 16:43 (GMT +4)
Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq

16 Yanvar 2018, 16:26 (GMT +4)
Son 15 gün ərzində Bakıda baş verən yol qəzalarında 11 nəfər həlak olub

16 Yanvar 2018, 16:17 (GMT +4)
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib

16 Yanvar 2018, 16:09 (GMT +4)
“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

16 Yanvar 2018, 15:56 (GMT +4)
Dövlət Komitəsində görüş olub

16 Yanvar 2018, 15:50 (GMT +4)
Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

16 Yanvar 2018, 15:43 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi ötən il ətraf mühitin qorunması ilə bağlı gördüyü işləri açıqlayıb

16 Yanvar 2018, 15:35 (GMT +4)
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

16 Yanvar 2018, 15:26 (GMT +4)
DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

16 Yanvar 2018, 15:09 (GMT +4)
Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

16 Yanvar 2018, 15:01 (GMT +4)
“Mastercard” müştəriləri üçün yeni kampaniya start verib

16 Yanvar 2018, 14:56 (GMT +4)
Serb partiyasının lideri Kosovoda öldürülüb

16 Yanvar 2018, 14:40 (GMT +4)
Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

16 Yanvar 2018, 14:25 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub

16 Yanvar 2018, 14:18 (GMT +4)
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin qurbanları anılır

16 Yanvar 2018, 14:10 (GMT +4)
UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir 

16 Yanvar 2018, 13:58 (GMT +4)
Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə öldürülüb

16 Yanvar 2018, 13:45 (GMT +4)
ABŞ-ın qərarı Suriyadakı böhranı daha da dərinləşdirəcək- İran XİN

16 Yanvar 2018, 13:29 (GMT +4)
Ramiz Mehdiyevin kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub

16 Yanvar 2018, 13:24 (GMT +4)
Monteneqro mətbuatında “ASAN xidmət”dən bəhs olunub

16 Yanvar 2018, 13:19 (GMT +4)
İsmayıl Kahraman: "İran və Türkiyə beynəlxalq sülhün təmin edilməsində əhəmiyyətli rol oynayır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66