Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

2018-ci ildə Neft Fondunun investisiya portfeli 60,6 milyard manat olacaq

29 Dekabr 2017, 09:20 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. 2018-ci il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 60,67 milyard manata bərabər götürülüb.

SalamNews xəbər verir ki, “2018-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə təsdiq edilib.

Fərmana görə, Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri bunlardır - qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi; Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi; Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi; Bakı–Tbilisi–Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi; “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi.

Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. İnvestisiya portfelinin məcmu dəyərinin minimum 90 faizinin beynəlxalq kredit agentlikləri tərəfindən verilmiş kredit reytinqi “A” (“Standard & Poor`s”, “Fitch”) və ya “A2” (“Moody`s”) dərəcələrindən aşağı olmayan ölkələrin valyutalarında ifadə edilən aktivlərdə olması şərtilə ARDNF-in investisiya portfelinin məcmu dəyərinin 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

ARDNF-in investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri portfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 60 faizi; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25 faizi (maksimum 5 faizə qədəri səhmlərə investisiya qoyan pay fondları olmaqla); daşınmaz əmlak portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 2 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri; qızıl portfeli – yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 5 faizə qədəri.

Dövlət Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür. ARDNF-in borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURIBOR faiz dərəcəsi əsas götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 İyun 2018, 11:45 (GMT +4)
Energetika naziri Vaşinqtondakı beynəlxalq konfransda iştirak edəcək

25 İyun 2018, 11:26 (GMT +4)
Xaçmazda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

25 İyun 2018, 11:16 (GMT +4)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk dəfə olaraq yük vaqonları ilə nəql edilib

25 İyun 2018, 11:09 (GMT +4)
Azər Türk Bank hərbi qulluqçulara güzəştli kreditlər təklif edir

25 İyun 2018, 10:59 (GMT +4)
Azərbaycan dənizçiləri peşə bayramlarını qeyd edir (FOTOLAR)

25 İyun 2018, 10:43 (GMT +4)
Azərbaycanda zəlzələ olub

25 İyun 2018, 10:25 (GMT +4)
“Azərişıq”: Daşkəsəndə fəaliyyəti dayanmış 3 elektrik xəttindən 2-nin işi bərpa edilib

25 İyun 2018, 10:11 (GMT +4)
DİM: İyunun 27-də 70081 şagird buraxılış imtahanı verəcək

25 İyun 2018, 10:04 (GMT +4)
Qvineyada təyyarə qəzaya uğrayıb, ölənlər var

25 İyun 2018, 09:53 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəsi pozamaqda davam edir

25 İyun 2018, 09:42 (GMT +4)
Bakının 2 yolunda hərəkət məhdudlaşdırılır

25 İyun 2018, 09:30 (GMT +4)
Neft ucuzlaşıb

25 İyun 2018, 09:25 (GMT +4)
Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib

25 İyun 2018, 09:15 (GMT +4)
Liviya sahillərində 458 miqrant xilas edilib

25 İyun 2018, 09:11 (GMT +4)
Lent.az 10 yaşını qeyd edir

25 İyun 2018, 09:00 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib

24 İyun 2018, 21:45 (GMT +4)
Türkiyədə prezident seçkilərində səslərin 70 faizi hesablanıb, Ərdoğan liderdir

24 İyun 2018, 21:39 (GMT +4)
Azərbaycan Prezidenti türkiyəli həmkarını təbrik edib

24 İyun 2018, 20:34 (GMT +4)
Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərində liderlik edir (YENİLƏNİB)

24 İyun 2018, 19:41 (GMT +4)
Türkiyədə seçki məntəqəsində atışma olub, 2 nəfər ölüb, 3-ü yaralanıb

24 İyun 2018, 18:23 (GMT +4)
Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri başa çatıb

24 İyun 2018, 10:20 (GMT +4)
Bu gün Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür

24 İyun 2018, 10:00 (GMT +4)
Türkiyədə prezident və parlament seçkilərində səsvermə başlanıb

23 İyun 2018, 19:16 (GMT +4)
Müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib

23 İyun 2018, 18:06 (GMT +4)
Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

23 İyun 2018, 16:58 (GMT +4)
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda bərpa müalicə xidmətləri ilə tanış olub

23 İyun 2018, 16:50 (GMT +4)
Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

23 İyun 2018, 16:45 (GMT +4)
Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Moskvada və Moskva vilayətində silsilə tədbirlər keçiriblər (FOTOLENT)

23 İyun 2018, 16:40 (GMT +4)
Maşınqayırma sənayesi işçiləri təltif edilib

23 İyun 2018, 16:34 (GMT +4)
Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66