Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AMEA-da Orfoqrafiya Komissiyasının iclası keçirilib

29 Dekabr 2017, 10:07 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Orfoqrafiya Komissiyasının iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq ötən illər ərzində Azərbaycan dilinin dövlət dili kimi qorunması və təkmilləşdirilməsi məqsədilə müxtəlif qanun, fərman və sərəncamların verildiyini deyib. Qeyd edib ki, bu istiqamətdə fəaliyyəti davam etdirmək və Azərbaycan dilinin işlənmə imkanlarını daha da genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

İclasda AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Ana dilimiz – milli varlığımızdır” müsabiqəsinin yekunları haqqında danışıb. Bildirib ki, akademik Akif Əlizadənin 22 sentyabr 2017-ci il tarixli sərəncamı ilə 23-25 oktyabr 2017-ci il tarixlərində AMEA-nın magistrant və doktorantları arasında müsabiqə keçirilib.

Akademik T.Kərimli müsabiqə qaliblərinin adlarını açıqlayıb. Qaliblərə diplom, müsabiqə iştirakçılarına isə sertifikat təqdim olunub.

Sonra AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Dili Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamı və qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Akademik dilimizin keçdiyi tarixi mərhələlərdən söz açıb. Dilimizin saflığının qorunması, ədəbi dilin daha da zənginləşdirilməsi və tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, sözügedən Sərəncamı zamanında imzalanmış vacib bir sənəd olmaq etibarı ilə Azərbaycan dilinin qorunması və milli dilçilik elminin inkişafına töhfə kimi qiymətləndirmək olar.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan dilinin yeni orfoqrafiya qaydaları haqqında danışıb. Akademik bildirib ki, adıçəkilən Sərəncamla bağlı bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulur ki, onlardan biri də müasir elmi tələblər səviyyəsində Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni akademik nəşrinin hazırlanmasıdır.

Qeyd edib ki, Dövlət dili haqqında Azərbaycan Respublikasının qanununda yer alan orfoqrafiya lüğətinin beş ildən bir nəşr olunması haqqında maddəyə uyğun olaraq Dilçilik İnstitutunun əməkdaşları orfoqrafiya lüğətinin yeni nəşrinin hazırlanması üzərində çalışırlar. Bu məqsədlə institutda işçi qrupu yaradıldığını söyləyən M.Nağısoylu Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin qaydalarının layihə şəklində hazırlandığını vurğulayıb və burada yer alan yenilikləri diqqətə çatdırıb.

Daha sonra iclasda dövlət dili siyasəti və qarşıda duran vəzifələrə dair müakirə aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Sentyabr 2018, 15:48 (GMT +4)
Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 8-ci iclası keçiriləcək

26 Sentyabr 2018, 15:20 (GMT +4)
Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək

26 Sentyabr 2018, 15:16 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası ilə görüşüb

26 Sentyabr 2018, 15:06 (GMT +4)
ABŞ havadan müdafiə sistemlərinin bir qismini ərəb ölkələrindən çıxarır

26 Sentyabr 2018, 15:03 (GMT +4)
PA rəsmisi: "Nikol Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb"

26 Sentyabr 2018, 14:58 (GMT +4)
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır

26 Sentyabr 2018, 14:45 (GMT +4)
Hesablama Palatasının nümayəndə heyəti ASOSAI-ın XIV Assambleyasında və VII Simpoziumunda iştirak edib

26 Sentyabr 2018, 14:33 (GMT +4)
UNEC iyirmi ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır

26 Sentyabr 2018, 14:27 (GMT +4)
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək

26 Sentyabr 2018, 14:15 (GMT +4)
Trampın OPEC-i təhdid emtəsindən sonra neftin qiyməti daha da artıb

26 Sentyabr 2018, 14:11 (GMT +4)
Ələtdə “KamAZ” yol ayırıcısına çırpılıb, ölən var

26 Sentyabr 2018, 14:05 (GMT +4)
Süd və süd məhsulları istehsalçıları ilə müzakirələr aparılıb

26 Sentyabr 2018, 13:50 (GMT +4)
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

26 Sentyabr 2018, 13:36 (GMT +4)
"Bakı-2018": Yaponiya millisi komanda hesabında liderliyini davam etdirir

26 Sentyabr 2018, 13:28 (GMT +4)
Sabirabad sakinindən saxta 50 və 100 manatlıq götürülüb

26 Sentyabr 2018, 13:15 (GMT +4)
Elmar Məmmədyarov Sierra Leone və Eritreyanın xarici işlər nazirləri ilə görüşüb

26 Sentyabr 2018, 13:02 (GMT +4)
Baş nazir Novruz Məmmədov “ADEX-2018” sərgisi ilə tanış olub

26 Sentyabr 2018, 12:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 Sentyabr 2018, 12:44 (GMT +4)
Livandan ölkələrinə dönən suriyalı qaçqınların sayı açıqlanıb

26 Sentyabr 2018, 12:40 (GMT +4)
Əfsanəvi futbolçu Kafu Bakıda əməkdaşlıq sənədi imzalayıb

26 Sentyabr 2018, 12:34 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib (FOTO)

26 Sentyabr 2018, 12:25 (GMT +4)
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək

26 Sentyabr 2018, 12:14 (GMT +4)
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib

26 Sentyabr 2018, 12:11 (GMT +4)
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub

26 Sentyabr 2018, 12:10 (GMT +4)
BMT-nin Əhali Fondu əlilliyi olan qadınlar və Dağlıq Qarabağ müharibəsi veteranlarının rifahı ilə bağlı layihə işləyir

26 Sentyabr 2018, 11:57 (GMT +4)
“Invest-AZ” investisiya şirkəti nizamnamə kapitalını 54% artırıb

26 Sentyabr 2018, 11:45 (GMT +4)
Avropa rəhbərləri Nyu-Yorkdan İrana dəstək veriblər

26 Sentyabr 2018, 11:45 (GMT +4)
Bakıda avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb (FOTOLAR)

26 Sentyabr 2018, 11:40 (GMT +4)
“Invest-AZ” investisiya şirkəti nizamnamə kapitalını 54% artırıb

26 Sentyabr 2018, 11:25 (GMT +4)
Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66