Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

29 Dekabr 2017, 10:34 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə mərasim keçirilib.

SalamNews  xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev tədbirdə çıxış edərək 1991-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsis olunan və bütün azərbaycanlıların birlik rəmzinə çevrilən bu bayram münasibətilə təbriklərini çatdırıb.

Ölkələrimiz arasındakı diplomatik münasibətlərə toxunan səfir 2017-ci ilin müsbət yekunlarından, Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfərlərindən və bu səfərlərin ikitərəfli əlaqələrin inkişafına təkan verməsindən, qarşıdan gələn ilin daha da uğurlu olacağından söz açıb. Diplomat bu bayramın əhəmiyyətini qeyd edib, onun azərbaycanlıları birliyə, əməkdaşlığa çağırdığını vurğulayıb. Fransa kimi bir ölkədə Azərbaycan icmasının birliyə, koordinasiyaya böyük ehtiyacının olduğunu diqqətə çatdırıb.

Vurğulanıb ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Fransada geniş qeyd olunacaq.

UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov bildirib ki, Azərbaycanın Fransadakı səfirliyinin, rəhbərlik etdiyi nümayəndəliyin və icma üzvlərinin birgə fəaliyyəti gələcək böyük uğurların təməlidir. Qeyd edilib ki, Fransada yaşayan bütün azərbaycanlılar böyük bir ailədir. Müstəqilliyimizin çətinliklə əldə edildiyini xatırladan A. Kərimov gücümüzün həmrəyliyin bəhrəsi olduğunu vurğulayıb, icma üzvlərini həmrəyliyi daha da möhkəmləndirməyə səsləyib.

Sonra icma üzvləri gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Tarix üzrə tədqiqatçı Edit İber bildirib ki, ilk dəfə 1985-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş musiqişünasların beynəlxalq toplantısına iştirak edən həyat yoldaşı ilə birlikdə Bakıda olub. Bu səfər çərçivəsində onlar hətta Şuşaya da gediblər. O, doktorluq dissertasiyasının mövzusunun 1920-ci ilin sentyabr ayında Bakıda keçirilmiş “Şərq xalqlarının birinci Konqresi” haqqında olduğunu qeyd edib. Tədqiqatçı bildirib: “Doktorluq mövzum mənə Bakını daha yaxından tanımağa imkan verdi. Sonra dəfələrlə Bakıya səfər etdim, Bakı Dövlət Universitetində və Mərkəzi Kitabxanada tədqiqatla məşğul oldum. Bakı ilə hər tanışlıq məni heyran və cəlb edirdi”.

E. İber deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Parisdə yaşayan Azərbaycan icmasının üzvləri ilə birgə onların bayramını qeyd etməkdən və sevincini bölüşməkdən məmnundur.

Sonra dünya şöhrətli fotoqraf Reza Deqati Həmrəylik Günü münasibətilə bütün azərbaycanlıları təbrik edib. Dünyanı gəzib dolaşan fotoqraf hər yerdə həmvətənlərimizin vəhdətini gördüyünü bildirib. O qeyd edib ki, Azərbaycan mədəniyyət sahəsində dünyaya çox töhfələr verib və bundan sonra da verəcək.



Əlaqəli Xəbərlər

Parisdə zərgərlik mağazası qarət olunub

Parisdə AŞPA-nın münaqişələr üzrə Alt Komitəsinin iclası keçiriləcək

SalamNews Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edir

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

"Paris Gallery” Yeni il endirimlərinə start verib

Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Vüsal Qasımlı Parisdə Azərbaycanda aparılan iqtisadi islahatlardan danışıb

Azərbaycan Parisdə SİGMA nazirlər konfransında təmsil olunacaq

Fransa XİN: Paris, İranın nüvə proqramı ilə əlaqədar razılaşmaları yenidən nəzərdən keçirməyəcək

Parisdə Bakının “Expo 2025” Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib  (FOTOLAR)

BAMF sədri Parisdə sülh platformasından danışıb

Parisdə terror aktının qarşısı alınıb

Makron İraqın Baş nazirini Parisə dəvət edib

Parisdə silahlı şəxs hərbçiyə hücum edib

Parisdə Azərbaycan dili dərslərinin tədrisnə başlanılıb

Paris metrosunda partlayış baş verib - KİV

Qafqazda ilk dəfə Bakıda açılan “Paris Gallery” mağazasına press-tur təşkil edilib

Yunan-Roma güləşçilərimiz Parisə yola düşüblər

Paris meri avtomobillə hərbçilərə hücumun əvvəlcədən planlaşdırılmış akt olduğunu bildirib

16 Yanvar 2018, 18:01 (GMT +4)
Sahibkarlar Konfederasiyası ilə MÜSİAD arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16 Yanvar 2018, 17:43 (GMT +4)
“Nar” abunəçiləri üçün xüsusi endirimli smartfon fürsəti

16 Yanvar 2018, 17:37 (GMT +4)
AMEA-nın Yüksək Texnologiyalar Parkı Britaniya şirkəti ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

16 Yanvar 2018, 17:31 (GMT +4)
Regionda müharibə ocağının alovlonması həm Rusiya, həm də digər supergüclər üçün siqnal olmalıdır - politoloq

16 Yanvar 2018, 17:24 (GMT +4)
PAŞA Bank daha br yeniliyə imza atıb

16 Yanvar 2018, 17:19 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

16 Yanvar 2018, 17:13 (GMT +4)
Ruhani: "İslam ölkələrindəki münaqişələr xarici müdaxilələrin nəticəsində yaranıb"

16 Yanvar 2018, 17:02 (GMT +4)
Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçiriləcək

16 Yanvar 2018, 16:52 (GMT +4)
Milli qəhrəmanlara həsr edilmiş sənədli filmlər nümayiş olunub

16 Yanvar 2018, 16:43 (GMT +4)
Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq

16 Yanvar 2018, 16:26 (GMT +4)
Son 15 gün ərzində Bakıda baş verən yol qəzalarında 11 nəfər həlak olub

16 Yanvar 2018, 16:17 (GMT +4)
Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 13 nəfər cərimələnib

16 Yanvar 2018, 16:09 (GMT +4)
“Mənim ilk qrantım” müsabiqəsinin nəticələri açıqlanıb

16 Yanvar 2018, 15:56 (GMT +4)
Dövlət Komitəsində görüş olub

16 Yanvar 2018, 15:50 (GMT +4)
Məzunlara BDU və Vürçburq Universitetinin diplomları təqdim edilib

16 Yanvar 2018, 15:43 (GMT +4)
Xəzər Dəniz Gəmiçiliyi ötən il ətraf mühitin qorunması ilə bağlı gördüyü işləri açıqlayıb

16 Yanvar 2018, 15:35 (GMT +4)
Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

16 Yanvar 2018, 15:26 (GMT +4)
DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənni üzrə regionlarda monitorinq imtahanı keçirib

16 Yanvar 2018, 15:09 (GMT +4)
Yeni Azərbaycan Partiyasının 25 illiyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

16 Yanvar 2018, 15:01 (GMT +4)
“Mastercard” müştəriləri üçün yeni kampaniya start verib

16 Yanvar 2018, 14:56 (GMT +4)
Serb partiyasının lideri Kosovoda öldürülüb

16 Yanvar 2018, 14:40 (GMT +4)
Azərbaycan prezidenti TBMM nümayəndə heyətini qəbul edib

16 Yanvar 2018, 14:25 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olub

16 Yanvar 2018, 14:18 (GMT +4)
Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin qurbanları anılır

16 Yanvar 2018, 14:10 (GMT +4)
UNICEF Azərbaycan uşaqları naminə tərəfdaşlığın 25 illiyini qeyd edir 

16 Yanvar 2018, 13:58 (GMT +4)
Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə öldürülüb

16 Yanvar 2018, 13:45 (GMT +4)
ABŞ-ın qərarı Suriyadakı böhranı daha da dərinləşdirəcək- İran XİN

16 Yanvar 2018, 13:29 (GMT +4)
Ramiz Mehdiyevin kitabı Mərkəzi Elmi Kitabxananın fonduna daxil olub

16 Yanvar 2018, 13:24 (GMT +4)
Monteneqro mətbuatında “ASAN xidmət”dən bəhs olunub

16 Yanvar 2018, 13:19 (GMT +4)
İsmayıl Kahraman: "İran və Türkiyə beynəlxalq sülhün təmin edilməsində əhəmiyyətli rol oynayır"

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66