Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclər arasında boccia idman növü üzrə yoldaşlıq görüşü təşkil olunub

29 Dekabr 2017, 11:51 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. Bakıda Azərbaycan və Türkiyənin sağlamlıq imkanları məhdud gənclərdən ibarət milli komandaları arasında boccia idman növü üzrə 4 kateqoriya üzrə yoldaşlıq görüşü təşkil olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, AKF-nin prezidenti, millət vəkili Adil Əliyev və digər şəxslər iştirak ediblər.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdə çıxış edən S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərlə bağlı tapşırıqlarına uyğun olaraq, bu təbəqədən olan insanların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına yönələn tədbirlərin miqyasının getdikcə genişləndirildiyini vurğulayıb. Fəal idman siyasəti sayəsində ölkəmizdə paralimpiya hərəkatının da geniş vüsət aldığını qeyd edən nazir idmanla məşğul olmağın əlilliyi olan şəxslərin  reabilitasiya və inteqrasiya imkanlarının artırılmasında xüsusi əhəmiyyətini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə aparılan işlərin ardıcıl olaraq dəstəkləndiyini diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, hələ 1984-cü ildən paralimpiya oyunlarına daxil edilən və Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə son illərdə ölkəmizdə geniş yayılan boccia idman növü də bu baxımdan mühüm önəm kəsb edir. Bu idman növü həm fiziki, həm də zehni inkişafa kömək etdiyindən əlilliyi olan şəxslər arasında boccia üzrə mütəmadi yarışların təşkili çox faydalıdır. Boccia idman növü ilə məşğul olan şəxslərin qalmaları, lazımi xidmətlə təmin olunmaları və məşqlər etmələri üçün Nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hər bir şərait yaradılıb.

Nazir diqqətə çatdırıb ki, artıq ölkəmizdə həm sağlamlıq imkanları məhdud gənclər, həm də uşaqlar arasında boccia üzrə komandalar da formalaşıb və onlar boccia üzrə müxtəlif yarışlarda, o cümlədən beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Hazırda Azərbaycanda 5 kateqoriya üzrə 100 nəfərdən çox əlil arabası istifadəçisi bu idman növü ilə məşğuldur.

S.Müslümov vurğulayıb ki, müvafiq proqram çərçivəsində Azərbaycandan olan sağlamlıq imkanları məhdud gənclərin Türkiyədə və Türkiyədən olan  sağlamlıq imkanları məhdud gənclərin Azərbaycanda müvafiq reabilitasiya mərkəzlərinin işi ilə əyani tanışlığı, peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakı üçün  də şərait yaradılır. Bu məqsədlə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən gənclərin qrup halında qardaş ölkəyə, oradan da müvafiq gənclərin qrup halında ölkəmizə səfərləri təşkil edilir. Təbii ki, bu da həmin gənclərin reabilitasiya və inteqrasiya imkanlarının artırılmasına xidmət edir. Hazırda iki ölkənin milli komandaları arasında boccia idman növü üzrə təşkil olunan yoldaşlıq yarışı da bu baxımdan çox əhəmiyyətlidir.

Nazir hər iki komandaya uğurlar arzulayıb.

Digər çıxış edənlər də əlil idmançıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən belə tədbirləri yüksək dəyərləndiriblər.

Sonra tədbir iştirakçıları yarışları izləyiblər.

 



Əlaqəli Xəbərlər

Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

Azərbaycanda prezident seçkilərinə hazırlıq başlayıb - MSK sədri

Türkiyədə avtobus qəzası: 13 nəfər həlak olub, 42 nəfər yaralanıb

Əfqanıstan Azərbaycanın tranzit imkanlarından yararlanmaq niyyətindədir 

Bu gün Azərbaycanda "20 Yanvar" Ümumxalq Matəm Günüdür

2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

Rusiyadan alınan müasir hərbi texnikanın yeni partiyası Azərbaycana gətirilib (FOTO,VİDEO)

Azərbaycan Ordusu daha bir şəhid verib

Binali Yıldırım: Türkiyənin məqsədi bölgədəki terrora son qoymaqdir

Türkiyənin Müdafiə naziri: Afrində hərbi əməliyyatlar başlayacaq

Yeni Azərbaycan Partiyasının gəlirləri və xərcləri açıqlanıb

Türkiyədə avtobusun aşması nəticəsində 6 nəfər ölüb

Azərbaycanda daha iki hərbi zavod açılacaq

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66