Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Şirin Məlikova: “2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib” 

29 Dekabr 2017, 12:08 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews.  “2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib” 

SalamNews xəbər verir ki, bu sözləri Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova 2017-ci ilin yekunları ilə bağlı söylədiyi fikirlərində bildirib.

O, deyib ki, 2017-ci il muzey üçün xüsusilə əlamətdar bir il olub. Bu il muzeyin 50 illiyinin qeyd olunduğunu vurğulayan muzeyin direktoru bu münasibətlə ilboyu çoxsaylı beynəlxalq simpozium, konfrans və seminarlar, həmçinin ustad dərsləri, müxtəlif mövzularda mühazirələr, dəyirmi masalar, təlimlərin keçirildiyini diqqətə çatdırıb. Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xaricdən hərrac evindən XVIII əsrə aid qədim örtük alınıb muzeyə hədiyyə edilib.

Azərbaycan Xalça Muzeyinin tarixində ilk dəfə 2017-ci ildə nadir “Şamaxı xalçası” xarici hərracda Avstriya auksion şirkətindən əldə edilib və muzeyiə gətirilib. “Hərracdan öncə Fransada şəxsi kolleksiyada saxlanılan ”Şamaxı" xalçası hal-hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatları siyahısındadır.

Ümumiyyətlə, Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə etmişdir ki, bunların bir qismi satın alınmış və ya hədiyyə olaraq qəbul edilmişdir. Bu da muzeyin ekspozisiyasının ildən-ilə zənginləşərək, eksponatların sayının artmasına, muzeyin ziyarətçiləri və xarici turistlər üçün daha maraqlı və cazibədar olmasına şərait yaratmışdıt” - deyə Şirin Məlikova bildirib.

Şirin Məlikova onu da deyib ki, 2017-ci ildə Azərbaycan Xalça Muzeyi “TripAdvisor” saytının ilin ən yaxşı muzeyi kimi “Mükəmməllik serifikatı”nı alıb. Həmçinin, bu il Azərbaycan Xalça Muzeyi “Avropanın ən yaxşı muzeyi” nominasiyası üzrə 40 məşhur muzeyin sırasında yer alıb və 2018-ci ildə bu mükafatı qazanmaq üçün böyük şansı var. Azərbaycan mədəniyyətinin, maddi-mənəvi irsimizin, milli sərvətimiz olan xalçaların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tanıdılması ilə bağlı işlərin davam etdirildiyini bildirən Şirin Məlikova il ərzində Azərbaycan xalçaları haqqında xaricdə dünyaca məşhur dərgi və jurnallarda, mediada materiallar təqdim olunduğunu da deyib. Xatırladaq ki, Avropanın məşhur “Euronews” kanalında, Rusiyanın НТВ kanalının populyar ”Поедем, поедим” verilişində Azərbaycan Xalça Muzeyi ilə bağlı maraqlı süjetlər təqdim olunub, bütün dünyada böyük maraqla izlənilən “National Geographic” kanalında yayımlanan Bakı haqqında filmdə də Azərbaycan Xalça Muzeyi diqqət mərkəzində olub. Həmçinin, muzeyin direktoru Şirin Məlikovanın məqaləsi dünyaca məşhur “Carpet Collector” jurnalında dərc olunub.

Qədim xalça, tekstil və islam incəsənətinə aid dünyanın aparıcı nəşri olan “Halı” jurnalında, eyni zamanda “Баку“ jurnalında Şirin Məlikovanın müsahibələri də nəşr olunub. Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytında, həmçinin ABŞ, İtaliya və digər ölkələrin mediasında və ölkə mətbuatında il ərzində muzey haqqında materiallar dərc olunub. “Nargiz” jurnalında Azərbaycan Xalça Muzeyinin 50 illiyi ilə bağlı keçirilən beynəlxalq xalça simpoziumu geniş işıqlandırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub (FOTO)

YUNESKO-nun eksperti Xalça Muzeyində beynəlxalq simpoziuma qatılacaq

Xalça Muzeyinin direktoru Şirin Məlikovaya böyük etimad göstərilib

Tanınmış amerikalı rəssam Azərbaycan Xalça Muzeyində çıxış edəcək

Xalça Muzeyi ikinci dəfə “Mükəmməllik sertifikatı”na layiq görülüb

Baş İdarənin təşkilatçılığı ilə Xalça Muzeyinə ekskursiya təşkil olunub

İtaliya Prezidenti Sercio Mattarella Xalça Muzeyi ilə tanış olub

Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq

Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə niyyət protokolu imzalayıb

Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiə günü qeyd olunub (FOTO)

Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq edəcək

Prezident Xalça Muzeyinin direktorunu fəxri adla təltif edib

Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub (FOTOLAR)

Xalça Muzeyi Varşavada keçirilən konfransda təmsil olunub

Xalça Muzeyi yeni interaktiv instalyasiya hazırlayıb

Xalça Muzeyində “Yolumuzu gözləyən Qarabağ” adlı anım tədbiri keçirilib

Azərbaycan Xalça Muzeyində sərgi açılıb

Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açılıb (FOTO)

Xalça Muzeyində Novruz bayramı ilə bağlı silsilə “Ailə günü” keçiriləcək

25 Sentyabr 2018, 17:58 (GMT +4)
Tanınmış veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib

25 Sentyabr 2018, 17:52 (GMT +4)
"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

25 Sentyabr 2018, 17:50 (GMT +4)
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə olunub

25 Sentyabr 2018, 17:47 (GMT +4)
“Saudi Aramco” neft ticarətini 50 faiz artırmağı hədəfləyir

25 Sentyabr 2018, 17:43 (GMT +4)
British Council Azərbaycanda yeni proqrama start verir

25 Sentyabr 2018, 17:37 (GMT +4)
Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

25 Sentyabr 2018, 17:27 (GMT +4)
İlham Məmmədzadə  TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

25 Sentyabr 2018, 17:21 (GMT +4)
Azercell-in dəstəyilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq (FOTO)

25 Sentyabr 2018, 17:18 (GMT +4)
Sahib olduğumuz ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır - Azərsun Holdinq

25 Sentyabr 2018, 17:10 (GMT +4)
Bakıda 7 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

25 Sentyabr 2018, 17:03 (GMT +4)
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq müzakirə edilib

25 Sentyabr 2018, 17:01 (GMT +4)
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

25 Sentyabr 2018, 16:53 (GMT +4)
Yaponiyanın ən tanınmış avanqard teatrı “YARAT”da tamaşa təqdim edəcək

25 Sentyabr 2018, 16:41 (GMT +4)
Monqolustan Prezidenti ARDNF-in təcrübəsini yüksək qiymətləndirib

25 Sentyabr 2018, 16:40 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda yeni kampaniya keçirir

25 Sentyabr 2018, 16:35 (GMT +4)
Sülhlə olsun ya da döyüşlə İdlibə girəcəyik – Suriya rəsmisi

25 Sentyabr 2018, 16:33 (GMT +4)
Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır

25 Sentyabr 2018, 16:30 (GMT +4)
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

25 Sentyabr 2018, 16:29 (GMT +4)
Azərbaycanlı qız Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçilib

25 Sentyabr 2018, 16:27 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

25 Sentyabr 2018, 16:23 (GMT +4)
Yasamalda avtomobildən 6 min manat oğurlayan şəxs saxlanılıb

25 Sentyabr 2018, 16:14 (GMT +4)
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

25 Sentyabr 2018, 16:03 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyi: Yayılan səs yazısında yer alan məlumatlar reallığı əks etdirmir və əsassızdır

25 Sentyabr 2018, 15:43 (GMT +4)
Biləsuvarda qanunsuz ov edən şəxslər cərimələnib

25 Sentyabr 2018, 15:31 (GMT +4)
Azərbaycanın dövlət saytlarına giriş məhdudlaşıb

25 Sentyabr 2018, 15:30 (GMT +4)
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb

25 Sentyabr 2018, 15:21 (GMT +4)
“Loqos” Psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb (FOTO)

25 Sentyabr 2018, 15:20 (GMT +4)
Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir

25 Sentyabr 2018, 15:19 (GMT +4)
İsrailə cavab olaraq – Rusiyanın elektron müharibə sistemləri Suriyaya gətirilib (FOTO)

25 Sentyabr 2018, 15:12 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti İtaliya Senatının sədri ilə görüşüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66