Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Akademik Cəmil Quliyevin 90 illik yubileyi keçirilib

29 Dekabr 2017, 14:12 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews. Dekabrın 29-da akademik Cəmil Quliyevin (1927-2010) 90 illik yubileyi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan SalamNews-a verilən məlumata görə, tədbirin təşkilatçıları AMEA-nın Rəyasət Heyəti və Tarix İnstitutudur.

AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən keçirilən tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq iştirakçıları salamlayıb və qeyd edib ki, C.Quliyev ölkəmizdə tarix elminin inkişafına töhfələr verən alim kimi tanınır.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, C.Quliyev beynəlxalq forumlarda Azərbaycan elmini dəfələrlə təmsil edib: “O, 1972-1978-ci illərdə Tarix İnstitutunun direktoru olub. Akademik C.Quliyev Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib”.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova qeyd edib ki, C.Quliyevin ölkəmizdə ictimai elmlər sahəsində araşdırmaların daha geniş miqyas alması, onların dövrün tələblərinə uyğun aparılması və Azərbaycan tarixinin yeni mənbələr əsasında öyrənilməsində xidmətləri danılmazdır.

Bildirilib ki, C.Quliyevin rəhbərliyi və yaxından iştirakı ilə on cilddən ibarət “Azərbaycan Sovet Ensiklopediyası”, iki cildlik “Uşaq Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası” və yeddi cildlik “Azərbaycan tarixi” işıq üzü görüb.

Tədbirdə Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun məruzəsi dinlənilib. Alim qeyd edib ki, C.Quliyev ölkəmiz üçün tarixçi kadrların hazırlanması işinə xüsusi diqqət yetirib.

Professor İzzət Rüstəmov, tarix elmləri doktoru Əsədulla Cəfərov və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov görkəmli tarixçi alim C.Quliyevin Azərbaycan elminə verdiyi böyük töhfələrdən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, o, 1976-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1975-1988-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru, 1989-1990-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) rektoru, 1997-ci ildən ömrünün sonunadək isə AMEA-nın Rəyasət Heyətinin üzvü olub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb

AMEA-nın bir qrup əməkdaşı mükafatlandırılacaq

AMEA əməkdaşları üçün tikilən binada işlər davam etdirilir

AMEA Mərkəzi Elmi Kitabxanası SalamNews-u təltif edib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA-nın professorlarının koordinasiya şurası yaradılıb

Akademik Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib

AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabat təsdiq edilib

AMEA "Web of Science” bazasından geniş istifadə edir

Akif Əlizadə: "AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır"

AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başlayıb

AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında saziş imzalanıb

AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək

AMEA-da Pekin Xarici Dillər Universiteti ilə memorandum imzalanıb

"Elm günü”nün təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur: Nərgiz Qəhrəmanova

AMEA-nın adlı mükafatlarına layiq görülmüş alimlərin adları açıqlanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı Çinin “Hua Pei” şirkəti ilə əməkdaşlıq edəcək

AMEA-nın bir neçə institutunda struktur və kadr dəyişiklikləri olub

AMEA Türk Dünyası Elmlər Akademiyaları Birliyinə sədrlik edəcək

26 Sentyabr 2018, 15:48 (GMT +4)
Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 8-ci iclası keçiriləcək

26 Sentyabr 2018, 15:20 (GMT +4)
Azərbaycanda ilk dəfə beynəlxalq "İnnovasiyalar həftəsi" keçiriləcək

26 Sentyabr 2018, 15:16 (GMT +4)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası ilə görüşüb

26 Sentyabr 2018, 15:06 (GMT +4)
ABŞ havadan müdafiə sistemlərinin bir qismini ərəb ölkələrindən çıxarır

26 Sentyabr 2018, 15:03 (GMT +4)
PA rəsmisi: "Nikol Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb"

26 Sentyabr 2018, 14:58 (GMT +4)
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır

26 Sentyabr 2018, 14:45 (GMT +4)
Hesablama Palatasının nümayəndə heyəti ASOSAI-ın XIV Assambleyasında və VII Simpoziumunda iştirak edib

26 Sentyabr 2018, 14:33 (GMT +4)
UNEC iyirmi ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır

26 Sentyabr 2018, 14:27 (GMT +4)
Məktəblər arasında müxtəlif idman növləri üzrə respublika çempionatı keçiriləcək

26 Sentyabr 2018, 14:15 (GMT +4)
Trampın OPEC-i təhdid emtəsindən sonra neftin qiyməti daha da artıb

26 Sentyabr 2018, 14:11 (GMT +4)
Ələtdə “KamAZ” yol ayırıcısına çırpılıb, ölən var

26 Sentyabr 2018, 14:05 (GMT +4)
Süd və süd məhsulları istehsalçıları ilə müzakirələr aparılıb

26 Sentyabr 2018, 13:50 (GMT +4)
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

26 Sentyabr 2018, 13:36 (GMT +4)
"Bakı-2018": Yaponiya millisi komanda hesabında liderliyini davam etdirir

26 Sentyabr 2018, 13:28 (GMT +4)
Sabirabad sakinindən saxta 50 və 100 manatlıq götürülüb

26 Sentyabr 2018, 13:15 (GMT +4)
Elmar Məmmədyarov Sierra Leone və Eritreyanın xarici işlər nazirləri ilə görüşüb

26 Sentyabr 2018, 13:02 (GMT +4)
Baş nazir Novruz Məmmədov “ADEX-2018” sərgisi ilə tanış olub

26 Sentyabr 2018, 12:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

26 Sentyabr 2018, 12:44 (GMT +4)
Livandan ölkələrinə dönən suriyalı qaçqınların sayı açıqlanıb

26 Sentyabr 2018, 12:40 (GMT +4)
Əfsanəvi futbolçu Kafu Bakıda əməkdaşlıq sənədi imzalayıb

26 Sentyabr 2018, 12:34 (GMT +4)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi media nümayəndələri üçün təlim keçirib (FOTO)

26 Sentyabr 2018, 12:25 (GMT +4)
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək

26 Sentyabr 2018, 12:14 (GMT +4)
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib

26 Sentyabr 2018, 12:11 (GMT +4)
Avropa İnvestisiya Bankının vitse-prezidenti Energetika Nazirliyində olub

26 Sentyabr 2018, 12:10 (GMT +4)
BMT-nin Əhali Fondu əlilliyi olan qadınlar və Dağlıq Qarabağ müharibəsi veteranlarının rifahı ilə bağlı layihə işləyir

26 Sentyabr 2018, 11:57 (GMT +4)
“Invest-AZ” investisiya şirkəti nizamnamə kapitalını 54% artırıb

26 Sentyabr 2018, 11:45 (GMT +4)
Avropa rəhbərləri Nyu-Yorkdan İrana dəstək veriblər

26 Sentyabr 2018, 11:45 (GMT +4)
Bakıda avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb (FOTOLAR)

26 Sentyabr 2018, 11:40 (GMT +4)
“Invest-AZ” investisiya şirkəti nizamnamə kapitalını 54% artırıb

26 Sentyabr 2018, 11:25 (GMT +4)
Oktyabrda Azərbaycanda sınaq siyahıyaalınması keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66