Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

“MİDA” 12 yaşayış binasının və məktəb binasının tikinti-quraşdırma işlərini başa çatdırıb

29 Dekabr 2017, 14:30 (GMT +4)

Bakı, 29 dekabr, SalamNews“MİDA” 29 yaşayış binasından ibarət olacaq kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işlərini başa çatdırıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının 2017-ci il üzrə yekun iclasında MMC tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilib.

Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, iclasda MİDA-nın birinci layihəsi olan və 1843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksinin tikintisində əhəmiyyətli irəliləyişin əldə olunduğu xüsusi qeyd edilib.

MİDA MMC-nin direktoru Fərhad Təhməzov vurğulayıb ki, 29 yaşayış binasından ibarət olacaq kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb, tamamlama-bəzək işləri davam etdirilir. Paralel olaraq, digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir.

Bununla yanaşı, “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatı davam etdirilir. Ötən müddət ərzində bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib.

MMC-nin direktorunun sözlərinə görə, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəfləri rəhbər tutaraq dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına nail olunub.

Belə ki, Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı il ərzində keçirilmiş 3 investisiya müsabiqəsi nəticəsində təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 18 milyon manata yaxın özəl sərmayə cəlb edilib. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək.

Hesabat çıxışında vurğulanıb ki, 2017-ci ildə Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisinə başlanılıb.

Qeyd olunub ki, 2017-ci il dekabrın 24-də kompleksin ilk 7 mərtəbəli binasının təməlqoyma mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edib. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində 3002 mənzilin inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

İclas çərçivəsində, həmçinin, “MİDA” MMC-nin 2018-ci il üçün perspektiv inkişaf strategiyası müzakirə edilib, cəmiyyətin daxili audit şöbəsinin hesabatı dinlənilib. Həmçinin “Güzəştli mənzil” elektron sisteminin səmərəliliyinin artırılması və yeni satış modulunun istifadəyə verilməsi məqsədilə müvafiq təlimatlar və digər aidiyyəti sənədlər təsdiq olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

MİDA və Təhsil Nazirliyi yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq edir

MİDA-nın satış sistemində yaranmış problemə aydınlıq gətirilib

MİDA-nın Yasamal Yaşayış Kompleksində İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri ilə görüş olub

MİDA-da gənclər təşkilatları üçün görüş keçirilib

Prezident MİDA-nın fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb

Azər Türk Bank və MİDA əməkdaşlığa başlayır

MİDA Dövlət Sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihəsinə start verir

Prezident MİDA-nın Hövsan Yaşayış Kompleksində təməlqoyma mərasimində iştirak edib

MİDA-nın satışa çıxarılan mənzillərini vətəndaşlar dərhal rəsmiləşdirə biləcək

Prezident İlham Əliyev Nizamidakı 62 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olub (FOTO)

“MİDA” MMC ilə əməkdaşlığa başlayan kredit təşkilatları sırasına daha bir bank daxil olub

MİDA “ASAN Xidmət” mərkəzlərində “E-imza” almaq imkanı yaradıb

MİDA 11 milyon manatdan artıq özəl investisiya cəlb edir

“MİDA” MMC “AzInTelecom”un Regional Data Mərkəzinin texniki dəstəyindən istifadə edəcək

MİDA-nın rəhbəri “Caspian European Club”un qonağı olub

Mənzilsiz vətəndaşlar MİDA-nın köməkliyilə mənzil ala biləcəklər - İlham Əliyev

İŞİD Misir piramidalarını partlatmaqla hədələyir (VİDEO)

Biz İraqın ərazi bütövlüyünü hamıdan çox müdafiə edirik - Türkiyənin baş naziri

Suriya ordusu Dəməşqin şərqindəki Mida qəsəbəsini silahlılardan geri alıb

Xeops piramidası restavrasiyaya bağlanır

21 İyun 2018, 11:57 (GMT +4)
Yevlaxda bir tona yaxın çətənə kolları aşkarlanıb

21 İyun 2018, 11:57 (GMT +4)
Rusiya mühüm strateji, siyasi və iqtisadi tərəfdaşımızdır -Binali Yıldırım

21 İyun 2018, 11:46 (GMT +4)
Azərbaycanda qanunsuz 147 süni göl ləğv edilib

21 İyun 2018, 11:38 (GMT +4)
Orxan Məmmədov CEO Lunch Baku-nun fəxri qonağı olacaq

21 İyun 2018, 11:24 (GMT +4)
DİN avtomobil sahiblərinə müraciət edib

21 İyun 2018, 11:15 (GMT +4)
V və VII siniflərə qəbul üzrə müsabiqənin vaxtı açıqlanıb

21 İyun 2018, 10:51 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə bağlı görüşləcək işlər açıqlanıb 

21 İyun 2018, 10:44 (GMT +4)
AzMİU-nun adı beynəlxalq reytinq sistemlərinə daxil olunub

21 İyun 2018, 10:38 (GMT +4)
Əlcəzairin ədliyyə naziri “ASAN xidmət”də olub

21 İyun 2018, 10:25 (GMT +4)
Britaniyada məktəblərdə mobil telefon qadağan olunacaq

21 İyun 2018, 10:11 (GMT +4)
Bakıda avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir

21 İyun 2018, 10:06 (GMT +4)
Xəzər dənizi sahilini çirkləndirən şəxs cərimələnib

21 İyun 2018, 09:53 (GMT +4)
Tramp II Yelizaveta ilə görüşəcək

21 İyun 2018, 09:40 (GMT +4)
Türkiyədə zəlzələ baş verib

21 İyun 2018, 09:32 (GMT +4)
Qobustan və Hacıqabul stansiyalarında yeni yoldəyişənlər quraşdırılır

21 İyun 2018, 09:23 (GMT +4)
Ermənilər atəşkəs rejimini 125 dəfə pozublar

21 İyun 2018, 09:10 (GMT +4)
İspaniya millisi İran yığmasını çətinliklə məğlub edib

21 İyun 2018, 09:10 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

21 İyun 2018, 09:09 (GMT +4)
Neft ucuzlaşıb

21 İyun 2018, 09:05 (GMT +4)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

20 İyun 2018, 18:09 (GMT +4)
İsmayıllıda avtomobil yolunun tikintisinə 5,4 milyon manat ayrılıb

20 İyun 2018, 18:03 (GMT +4)
Gürcüstanda yeni baş nazir seçilib

20 İyun 2018, 18:01 (GMT +4)
“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılışı olub

20 İyun 2018, 17:50 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

20 İyun 2018, 17:43 (GMT +4)
DİN ətrafı zibilləyən 206 fiziki və hüquqi şəxsi cərimələyib

20 İyun 2018, 17:32 (GMT +4)
Bakcell sosial mediada cavablandırılmış müraciətlərə görə ən yüksək nəticə göstərib

20 İyun 2018, 17:19 (GMT +4)
SOCAR Estoniya ofisini bağlayacaq

20 İyun 2018, 17:06 (GMT +4)
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib

20 İyun 2018, 16:56 (GMT +4)
Yıldırım: İraqın şimalı PKK terrorçularından  təmizlənəcək

20 İyun 2018, 16:54 (GMT +4)
Mətbuat Şurasının sədri Albaniyada səfərdədir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66