Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Bu il Azərbaycanda peşə təhsili sahəsində bir sıra mühüm işlər görülüb

30 Dekabr 2017, 16:06 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews.Bu il peşə təhsili sahəsində də bir sıra işlər görülüb.

SalamNews 2017-ci ildə peşə təhsili sahəsində əldə edilən nailiyyətləri təqdim edir.

Bu il Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyəti təşkil olunub. Agentliyin strukturu formalaşıb, kadr təminatı həyata keçirilib, Bakı ş.,N.Hacıyev 4 ünvanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibati binası istifadəyə verilib.

“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına başlanılıb. Strateji Yol Xəritəsinin icrasının təşkili məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib,6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumlarınnümayəndələrindən ibarət 5 işçi qrupu yaradılıb. “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri”(7 sahə üzrə 51 göstərici) təsdiq edilib. İqtisadiyyatın prioritet istiqamətləri üzrə 10 pilot peşə təhsili müəssisəsi seçilib. 1500-ə yaxın müəllim-pedoqoji heyətin diaqnostik qiymətləndirməsi keçirilib.

İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb.
2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və tam yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.

Yeni ixtisaslar üzrə kadr hazırlığına başlanılıb.
Əmək bazarının dəyişən tələbləri nəzərə alınmaqla, əsasən əlavə dəyər yaradan22 yeni ixtisas üzrə şagird qəbulu həyata keçirilib və tədris təşkil olunub.

“ASAN Peşə” layihəsi üzrə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.
“ASAN Peşə” layihəsi üzrə elektron sənəd qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20 faizinin orta attestat balı “4”-dən yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı ötən illə müqayisədə 3 dəfə artıb.

İlk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib.
İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə edilib. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihəsi hazırlanıb. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.

Peşə təhsili müəssisələrinin mövcud vəziyyəti araşdırılıb, optimallaşdırma tədbirləri həyata keçirilib.

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ölkədə fəaliyyət göstərən bütün dövlət peşə təhsili müəssisələrindəmonitorinqlər keçirilmiş, mövcud vəziyyət araşdırılmış, infrastruktur, maddi-texniki baza, tədrisin keyfiyyəti qiymətləndirilmişdir. Nazirlər Kabinetinin 2017-ci il 5 iyun tarixli 250 nömrəli Qərarı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb və 16 oktyabr 2017-ci il tarixində yeni inzibati binası istifadəyə verilib.Almaniya Federativ Respublikasının Kənd Təsərrüfatı, Qida və Ətraf Mühit Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin möhkəmləndirilməsi” Tvininq Layihəsi çərçivəsində Qəbələ Regional Peşə Təhsil Mərkəzində kənd təsərrüfatı sahəsində 7 ixtisas üzrənəticəyönümlü, modul strukturlu kurikulumlar hazırlanıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) çərçivəsində 20 modul, BP şirkətinin maliyyə dəstəyi ilə Britaniya Şurası tərəfindən 12 modul olmaqla 32 modul hazırlanıb. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən Qəbələ Peşə Təhsil Mərkəzində çalışan mühəndis-pedaqoji heyət üçün idarəetmə və pedaqogika üzrə təlimlər təşkil edilib.

İşəgötürənlərlə əməkdaşlıq qurulub.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və peşə təhsili müəssisələri ilə işəgötürənlər (“MİDA” MMC, “GilanAgriculturalGroup” MMC, “NormCement” MMC, Bakı Tekstil Fabriki, “Yaşıl çay” MMC, “Zəhmət-ruzi” MMC və s.) arasında Əməkdaşlıq Memorandumları imzalanıb.

Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib.

“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çin Xalq Respublikasından qrant vəsaitləri hesabına 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri gətirilib.



Əlaqəli Xəbərlər

Təhsil Nazirliyi sektor müdiri vəzifəsinə işçi axtarır

Ötən il Təhsil Nazirliyinə 261 mindən çox müraciət daxil olub

Təhsil Nazirliyinin səlahiyyəti artırılıb

Təhsil Nazirliyinin elektron dərslik portalı mükafata layiq görülüb

Təhsil Nazirliyinə daxil olan müraciətlərin statistikası açıqlanıb

Ötən ay Təhsil Nazirliyinə 15 767 müraciət daxil olub

Təhsil Nazirliyi sabah keçiriləcək sərgiyə tam hazırdır (FOTOLAR)

Ötən ay Təhsil Nazirliyinə 18 790 müraciət daxil olub

Azərbaycan Təhsil Nazirliyi Dünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq edəcək

Təhsil Nazirliyi: Təfəkkür Universitetinin 300-ə yaxın tələbəsi digər ali məktəblərə köçürülüb

Təhsil Nazirliyinə avqust ayında daxil olmuş müraciətlərin statistikası açıqlanıb

Emin Əmrullayev: AK ilə Azərbaycan Təhsil Nazirliyi arasında bir sıra layihələr həyata keçirilir

Bu il Azərbaycanda 71 məktəb inşa edilib - Təhsil Nazirliyi

İlin sonunadək 100 modul tipli məktəb istifadəyə veriləcək - Təhsil Nazirliyi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirib

Təhsil Nazirliyi test imtahanlarının ləğvi ilə bağlı yayılmış xəbərlərə münasibət bildirib

Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi başa çatıb

Təhsil Nazirliyi şagird və valideynlərə müraciət edib

Peşə-ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayı səkkiz mini keçib - Təhsil Nazirliyi

Təhsil Nazirliyi təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsini elan edir

18 Yanvar 2018, 17:22 (GMT +4)
Bakıda qaydaları pozan marşrut sürücüsü işdən qovulub

18 Yanvar 2018, 17:17 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

18 Yanvar 2018, 16:52 (GMT +4)
Suriya XİN: Türkiyənin hər hansı bir hərbi əməliyyatı ölkəyə hücum olaraq dəyərləndiriləcək

18 Yanvar 2018, 16:40 (GMT +4)
Rusiyada qaz sızması səbəbindən məktəb təxliyə olunub

18 Yanvar 2018, 16:26 (GMT +4)
Baş infeksionist: “Virus xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər vacibdir”

18 Yanvar 2018, 16:08 (GMT +4)
Polşada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başlayıb

18 Yanvar 2018, 16:05 (GMT +4)
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun protokolu imzalanıb

18 Yanvar 2018, 15:56 (GMT +4)
DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

18 Yanvar 2018, 15:51 (GMT +4)
Bakı metrosunda işarəvermə avadanlıqları dəyişdirilir (FOTO)

18 Yanvar 2018, 15:46 (GMT +4)
Latviya, Litva və Estoniya Vestfaliya Sülh Mükafatının laureatı olublar

18 Yanvar 2018, 15:40 (GMT +4)
“Kaspersky Lab” casus proqram təminatı aşkar edib

18 Yanvar 2018, 15:33 (GMT +4)
İƏT Parlament İttifaqı Konfransının sessiyasında Ermənistanın işğalçılıq siyasəti bir daha pislənilib

18 Yanvar 2018, 15:26 (GMT +4)
Ukrayna parlamentində Donbasın reinteqrasiyası ilə bağlı qanun qəbul edilib

18 Yanvar 2018, 15:18 (GMT +4)
Dövlət İmtahan Mərkəzi işçi axtarır

18 Yanvar 2018, 15:15 (GMT +4)
Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrləri arasında görüş keçirilib

18 Yanvar 2018, 15:12 (GMT +4)
BDU-da 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib

18 Yanvar 2018, 15:07 (GMT +4)
20 yanvarda qəhrəmanlıq göstərən azərbaycanlı dənizçilər haqqında film hazırlanıb

18 Yanvar 2018, 15:00 (GMT +4)
Çingiz Hüseynzadə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclasında iştirak edir

18 Yanvar 2018, 14:53 (GMT +4)
Yanvar-dekabrda dəmir yolu ilə 14 milyon tondan çox yük daşınıb

18 Yanvar 2018, 14:48 (GMT +4)
Qazaxıstanda avtobusda 52 nəfərin ölməsi ilə nəticələnən yanğının səbəbi açıqlanıb

18 Yanvar 2018, 14:42 (GMT +4)
Külli miqdarda valyutanın qanunsuz yolla ölkədən çıxarılması cəhdinin qarşısı alınıb

18 Yanvar 2018, 14:37 (GMT +4)
Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək

18 Yanvar 2018, 14:30 (GMT +4)
Nalbandyan simasını itirməmək, özünün təhlükəsizliyi üçün danışıqlara gedir - rusiyalı politoloq

18 Yanvar 2018, 14:22 (GMT +4)
SOCAR-AQŞ “Bulla”da yeni quyu qazır

18 Yanvar 2018, 14:16 (GMT +4)
Peskov: Putin yalanı və qeyri-peşəkarlığı sevmir

18 Yanvar 2018, 14:11 (GMT +4)
KXDR 12 minə qədər hərbçinin iştirakı ilə hərbi parad keçirəcək

18 Yanvar 2018, 14:02 (GMT +4)
Azərbaycan yığması FİFA reytinqində geriləyib

18 Yanvar 2018, 13:54 (GMT +4)
“Akademik Məmməd Cəfər Cəfərov: böyük ömrün anları və addımlar” mövzusunda tədbir keçirilib

18 Yanvar 2018, 13:46 (GMT +4)
Türkiyə Baş Qərargah rəisi Rusiyaya səfər edib

18 Yanvar 2018, 13:30 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66