Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Kestututis Yankauskas: “Avropa İttifaqı ilə Azərbaycan arasındakı yaxşı və dinamik əlaqələr yeni səviyyəyə yüksələ bilər”

29 Dekabr 2017, 17:34 (GMT +4)

Bakı,  29 dekabr, SalamNews. Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Nataliya Əliyevanın rəhbərliyi ilə Caspian Energy jurnalının nümayəndə heyətini qəbul edib.

Caspian Energy-dən SalamNews-a verilən məlumata görə, görüş zamanı Azərbaycan, Xəzər regionu ölkələri və Avropa İttifaqı arasında Caspian European Club və Caspian Energy İnternational Media Group çərçivəsində informasiya məkanının genişlənməsi perspektivlərinə toxunulub.

Kestutis Yankauskas bu gün Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatların və iqtisadiyyatın diversifikasiyasının Aİ üçün olduqca vacib olduğunu bildirib. O həmçinin Caspian European Club və Caspian Energy-nin informasiya fəaliyyətindən məmnunluğunu ifadə edib və Şərq Tərəfdaşlığı ölkələri – məhz Gürcüstan, Ukrayna, Moldova çərçivəsində informasiya fəaliyyət sahəsinin daha fəal şəkildə genişlənməsinin zəruriliyini qeyd edib.

İkitərəfli əlaqələrdən bəhs edən Aİ-nin yeni təyin olunmuş səfiri qeyd edib ki, bu gün Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir və onun işə məhz bu siyasətin güclənməsi və həmin əlaqələrin gələcək inkişafı üçün imkanların yaradıldığı bir vaxtda başlaması sevindirici haldır. “Bunun üçün səylərimi əsirgəməyəcəyəm”, - deyə Kestutis Yankauskas deyib.  

Cənub Qaz Dəhlizi layihəsinin strateji zəruriliyini vurğulayan Aİ-nin Azərbaycandakı rəhbəri qeyd edib ki, Avropa İttifaqı onun başa çatmasını səbirsizliklə gözləyir. “Bu layihə Aİ-nin enerji resurslarının divesifikasiyası sahəsində yürütdüyü siyasətə tamamilə uyğundur. O, Avropanı alterativ marşrut vasitəsilə alternativ enerji mənbələrindən təbii qazla təmin edir ki, bu da geniş təqdir olunur”, - deyə o söyləyib.

Alternativ enerji mənbələri mövzusuna toxunan Kestutis Yankauskas “yaşıl” enerji sahəsi Avropa İttifaqının prioritetlərindən biri olduğunu qeyd edib. “Aİ-nin hazırda dəstək göstərdiyi layihələrdən biri Bakı limanının yaşıl limana çevrilməsinə yardım etməkdir”, - deyə o çıxışına davam edib.

Səfir həmçinin noyabrda baş tutmuş Şərq Əməkdaşlığı Sammitinin nəticələrindən danışaraq, Avropa İttifaqında Azərbaycanın qeyd edilən prioritetlərinə anlayışın artdığını vurğulayıb. “Hazırda biz əlaqələri qarşılıqlı praqmatik maraqlar əsasında inkişaf etdiririk. Aİ Azərbaycanın sabit, təhlükəsiz, çoxmədəniyyətli, tolerant və çiçəklənən ölkə, rabitəni və alternativ enerji resurslarını təmin edən regional hab kimi qalmasında maraqlıdır. Azərbaycan da öz növbəsində Aİ ilə siyasi əlaqələrin inkişafında, öz məhsulları üçün sabit, nəhəng və etibarlı bazarın olmasında, müasir idarəetmə üsullarında və mütərəqqi islahat modellərində maraqlıdır”, - deyə səfir deyib.

“Aİ Azərbaycanda Avropa İttifaqının dəyər və prinsiplərinə qarşı anlayışın artmasını gözləyir. Həmin münasibətlərin başqa səviyyədə inkişafı üçün məkan var. Bu işə hər iki tərəf  öz töhvəsini verməlidir”, - deyə K.Yankauskas çıxışına yekun vurub.

Görüşün sonunda səfir Kestutis Yankauskas Caspian Energy jurnalına eksklüziv müsahibə verərək, iki ölkə arasındakı qarşılıqlı əlaqələrə və onların siyasi, iqtisadi potensialına toxunan bütün aspektlərdən ətraflı bəhs edib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Siemens Gamesa” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

Azərbaycanın 41 rayonun ailə təsərrüfatları yaradılır

Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq

Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir

Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

Azərbaycanda peşə təhsili ilə bağlı yeni layihələr hazırlanır

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanın U-17 millisi Norveç yığması ilə qarşılaşacaq

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı nəşr olunub

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan Rumıniyaya 100 ton soğan ixrac edəcək

Tsaritsino tarix muzeyində Azərbaycan mədəniyyəti təmsil olunub

Azərbaycan fransalı merin adını arzu olunmayan şəxslər siyahısına daxil edəcək

Azərbaycan ordusunun Hava Hücumundan Müdafiə bölmələrinin təlimləri davam edir (VİDEO)

Azərbaycanda sığorta şirkətlərinin reytinqi açıqlanıb

Azərbaycanda avtomobillərin ön şüşəsinə texniki baxış talonunun vurulması ləğv edilib

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Londonda qeyd olunub

Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonuna səfərə gəlib

Stolüstü tennis üzrə Azərbaycan kubokuna start veriləcək

23 Oktyabr 2018, 18:51 (GMT +4)
Vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb 

23 Oktyabr 2018, 18:40 (GMT +4)
“Siemens Gamesa” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

23 Oktyabr 2018, 18:18 (GMT +4)
ASCO ilə Columbia Shipmanagement şirkəti birgə müəssisə yaradır

23 Oktyabr 2018, 18:12 (GMT +4)
Birinci vitse-prezident İmam Hüseyn məscidinin açılışında iştirak edib (FOTOLAR)

23 Oktyabr 2018, 18:08 (GMT +4)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

23 Oktyabr 2018, 18:03 (GMT +4)
“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax

23 Oktyabr 2018, 17:50 (GMT +4)
BNA metro stansiyalarının ətrafında reyd keçirib

23 Oktyabr 2018, 17:48 (GMT +4)
“Azercell”in Barama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb

23 Oktyabr 2018, 17:44 (GMT +4)
Azərbaycanın 41 rayonun ailə təsərrüfatları yaradılır

23 Oktyabr 2018, 17:42 (GMT +4)
Səudiyyə kralı Kaşıkçının iki oğlunu sarayda qəbul edib (FOTO)

23 Oktyabr 2018, 17:32 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

23 Oktyabr 2018, 17:20 (GMT +4)
DGK sədri Meksika səfiri ilə görüşüb

23 Oktyabr 2018, 17:08 (GMT +4)
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq

23 Oktyabr 2018, 16:54 (GMT +4)
Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

23 Oktyabr 2018, 16:40 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

23 Oktyabr 2018, 16:39 (GMT +4)
Ərdoğanın çıxışından sonra Səudiyyə Kaşıkçı ilə bağlı son mövqeyini açıqlayıb

23 Oktyabr 2018, 16:35 (GMT +4)
"Yelk" fraksiyası Baş nazir postuna Paşinyanın namizədliyini irəli sürüb

23 Oktyabr 2018, 16:23 (GMT +4)
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək

23 Oktyabr 2018, 16:10 (GMT +4)
Dövlət büdcəsindən MTRŞ-ya ayrılacaq vəsait artırılır

23 Oktyabr 2018, 15:56 (GMT +4)
Baş Prokurorluq ləğv olunmuş MTN-in sabiq şöbə rəisinin azadlığa buraxılmasını təkzib edib

23 Oktyabr 2018, 15:44 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşüb

23 Oktyabr 2018, 15:30 (GMT +4)
Suriya və İraq sərhəd keçidlərini açmaq üçün danışıqlara başlayıblar

23 Oktyabr 2018, 15:26 (GMT +4)
Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir

23 Oktyabr 2018, 15:11 (GMT +4)
Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutulub

23 Oktyabr 2018, 15:02 (GMT +4)
Kaşıkçı məsələsinin ört-basdırı üçün Səudiyyə Ərdoğana maraqlı təkliflər verib – New-York Times

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66