Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür (FOTOLAR)

29 Dekabr 2017, 16:52 (GMT +4)

Bakı, 29 dekabr, SalamNewsDekabrın 29-u Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.

SalamNews xəbər verir ki, bu münasibətlə Qusar şəhərində keçirilən anım mərasimində Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları əvvəlcə Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət ediblər.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxışlarında bildiriblər ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə xüsusi önəm verir.

Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salan natiqlər qeyd ediblər ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla birgə görülmüş tədbirlər nəticəsində onun nəşi fevralın 5-də qarşı tərəfdən alınıb. Şəhid Çingiz Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun atası Salman Qurbanov qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirib. Diqqətə çatdırıb ki, Çingiz kimi Vətən oğulları müstəqil dövlətimizin və dövlətçiliyimizin keşiyində hər zaman ayıq-sayıq dayanıblar.

Sonra tədbir iştirakçıları Ç.Qurbanovun adını daşıyan küçədə qoyulan barelyefin önünə tər güllər düzüb, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Milli Qəhrəman Çingiz Qurbanovun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə ehsan süfrəsi də açılıb.



Əlaqəli Xəbərlər

Milli Qəhrəman Çingiz Qurbanovun anım mərasimi keçirilib

Şəhid Çingiz Qurbanovun xatirəsi anılıb

Müdafiə naziri Milli Qəhrəman Çingiz Qurbanovun yas mərasimində iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyev şəhid Çingiz Qurbanovun ailəsinə mənzil verib

Ermənilər Çingiz Qurbanovun nəşini gec qaytarmaqla cılız və mənəviyyatsız olduqlarını bir daha göstərdilər - ehtiyatda olan polkovnik

Prezident İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb (FOTOLAR)

Çingiz Qurbanova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Şəhid əsgəri Çingiz Qurbanov Qusarda dəfn edilib (YENİLƏNİB, FOTOLAR)

Şəhid əsgər Çingiz Qurbanovun cənazəsi Qusar rayonuna yola salınıb

Bakıda Şəhid Çingiz Qurbanovla vida mərasimi keçirilir (FOTOLAR, VİDEO)

Şəhid Çingiz Qurbanovun nəşi Azərbaycan tərəfinə geri qaytarılıb (FOTO)

XİN: Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı işlər davam etdirilir

BQXK Çingiz Qurbanovun nəşinin qaytarılması ilə bağlı dialoqu davam etdirir

19 Yanvar 2018, 18:15 (GMT +4)
Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

19 Yanvar 2018, 18:09 (GMT +4)
“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının bu ilki qalibi “Sumqayıt” komandası olub

19 Yanvar 2018, 18:00 (GMT +4)
MBNP-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 Yanvar 2018, 17:52 (GMT +4)
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

19 Yanvar 2018, 17:45 (GMT +4)
Rusiyadan alınan müasir hərbi texnikanın yeni partiyası Azərbaycana gətirilib (FOTO,VİDEO)

19 Yanvar 2018, 17:40 (GMT +4)
Gənclər arasında yeni Proqrama start verilib (FOTOLAR)

19 Yanvar 2018, 17:33 (GMT +4)
Dolların gələn həftəyə olan məzənnəsi açıqlanıb

19 Yanvar 2018, 17:25 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur

19 Yanvar 2018, 17:04 (GMT +4)
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb (FOTOLAR)

19 Yanvar 2018, 16:53 (GMT +4)
Bu dəfə kursların keçirilməsində yerli mütəxəssislərə üstünlük verilib

19 Yanvar 2018, 16:50 (GMT +4)
Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb

19 Yanvar 2018, 16:46 (GMT +4)
Tacikistan prezidenti maliyyə nazirini tutduğu vəzifədən azad edib

19 Yanvar 2018, 16:35 (GMT +4)
Caspian European Club-un CEO-un yeni müavinləri təyin olunub

19 Yanvar 2018, 16:23 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

19 Yanvar 2018, 16:12 (GMT +4)
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

19 Yanvar 2018, 15:50 (GMT +4)
Tovuz-Qovlar mənzilində 7,8 km dəmir yolu əsaslı təmir olunur 

19 Yanvar 2018, 15:41 (GMT +4)
Binali Yıldırım: Türkiyənin məqsədi bölgədəki terrora son qoymaqdir

19 Yanvar 2018, 15:32 (GMT +4)
ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb

19 Yanvar 2018, 15:19 (GMT +4)
İraq BP ilə neft müqaviləsi imzalayıb

19 Yanvar 2018, 15:05 (GMT +4)
20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini sübüt etdi - Saleh Məmmədov

19 Yanvar 2018, 14:52 (GMT +4)
20 Yanvar faicəsi bağlı Nizami Kino Mərkəzində dəyişiklik edilib

19 Yanvar 2018, 14:45 (GMT +4)
Xorvatiya "Qran Pri"-sindən uğurlu nəticə ilə dönən idmançılarla görüş keçirilib

19 Yanvar 2018, 14:41 (GMT +4)
Rusiyada məktəbə hücum nəticəsində 7 nəfər yaralanıb

19 Yanvar 2018, 14:38 (GMT +4)
Türkiyənin Müdafiə naziri: Afrində hərbi əməliyyatlar başlayacaq

19 Yanvar 2018, 14:36 (GMT +4)
Tarix İnstitu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

19 Yanvar 2018, 14:30 (GMT +4)
YAP üzvlərinin sayı 710 min nəfəri ötüb

19 Yanvar 2018, 14:24 (GMT +4)
Lənkəranda 20 Yanvar faciəsinin 28-ci ildönümü anlılıb

19 Yanvar 2018, 14:19 (GMT +4)
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

19 Yanvar 2018, 14:14 (GMT +4)
Yeni Azərbaycan Partiyasının gəlirləri və xərcləri açıqlanıb

19 Yanvar 2018, 14:09 (GMT +4)
Milli Şuranın təşəbbüsü ilə “20 Yanvar” – Gənclər Təşkilatlarının fəaliyyət günü keçirilir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66