Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanda ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilib

29 Dekabr 2017, 17:06 (GMT +4)

Bakı, 29 dekabr, SalamNewsPrezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017 ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

SalamNews-un məlumatına görə, qanuna əsasən səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Bundan başqa, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar istisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.

Qanuna əsasən, siqaret çəkilməsinə yerin ayrılması işəgötürənin ixtiyarına buraxılıb. Bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması sahəsində addımlar atacaqlar.

İnzibati Xətalar Məcəlləsinə 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başlayıb

Prezident İlham Əliyevin Əskişəhərdə Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub

Prezident İlham Əliyev Əskişəhərdə BP-nin baş icraçı direktoru ilə görüşüb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb (FOTO)

Prezident İlham Əliyev: "Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir"

Prezident İlham Əliyev Qambiyanın xarici işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Naftalana səfərə gedib

Prezident İlham Əliyev Goranboyda Bayraq Muzeyinin açılışında iştirak edib

Prezident İlham Əliyevin Goranboy rayonuna səfəri başlayıb

Banqladeşin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Prezident İlham Əliyev İran Prezidenti Aparatının rəhbərini qəbul edib

Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

BMT baş katibi prezident İlham Əliyevə məktub göndərib

Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Küveyt əmiri Prezident İlham Əliyevi təbrik edib

Sahibkarlar Prezident İlham Əliyevə müraciət ünvanlayıblar

Yaponiya imperatoru Prezident İlham Əliyevi təbrik edib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Prezident İlham Əliyev: "Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir"

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

17 İyun 2018, 11:28 (GMT +4)
Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

17 İyun 2018, 11:20 (GMT +4)
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

17 İyun 2018, 11:18 (GMT +4)
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

17 İyun 2018, 11:08 (GMT +4)
Yaponiyada 7 maqnitudalı zəlzələ olub

16 İyun 2018, 09:10 (GMT +4)
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

15 İyun 2018, 13:50 (GMT +4)
Xalq rəssamı Əzim Əzimzadənin anım tarixidir

15 İyun 2018, 13:48 (GMT +4)
DİN İsmayıllıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

15 İyun 2018, 13:34 (GMT +4)
Ağcəbədidə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

15 İyun 2018, 13:25 (GMT +4)
Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib  

15 İyun 2018, 13:17 (GMT +4)
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

15 İyun 2018, 13:04 (GMT +4)
Bu gün DÇ-2018-də 3 oyun keçiriləcək

15 İyun 2018, 12:55 (GMT +4)
Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

15 İyun 2018, 12:36 (GMT +4)
Dünya birjalarında qızıl 4 dollardan çox ucuzlaşıb

15 İyun 2018, 12:24 (GMT +4)
Türkiyədə AKP  deputatına silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib  

15 İyun 2018, 12:10 (GMT +4)
Tramp Krımı Rusiya ərazisi adlandırıb

15 İyun 2018, 11:57 (GMT +4)
ETSN-də plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması və çeşidlənməsi müzakirə edilib

15 İyun 2018, 11:42 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

15 İyun 2018, 11:30 (GMT +4)
Bakıda 3 otaqlı ev yandı

15 İyun 2018, 11:16 (GMT +4)
ABŞ-ın neft və benzin ehtiyatları azalır

15 İyun 2018, 11:03 (GMT +4)
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

15 İyun 2018, 10:47 (GMT +4)
Fövqəladə Hallar Nazirliyində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş keçirilib

15 İyun 2018, 10:33 (GMT +4)
Türkiyənin Baş naziri: Şanlıurfadakı hücumda PKK-nın izi var

15 İyun 2018, 10:24 (GMT +4)
Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

15 İyun 2018, 10:18 (GMT +4)
Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

15 İyun 2018, 10:14 (GMT +4)
Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçirirlər

15 İyun 2018, 10:04 (GMT +4)
Brent markalı neft ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66