Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Vaşinqtonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

30 Dekabr 2017, 10:23 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni İl Bayramı qeyd edilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən SalamNews-a verilən məlumata görə, səfirliyin dəstəyi ilə Azərbaycanın Ticarət və Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş tədbirdə Vaşinqton və ətraf ərazilərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak edib.

Tədbirdə ABŞ-Azərbaycan Ticarət Palatasının rəhbəri Süsən Sadıqova qonaqları salamlayaraq təmsil etdiyi qurum adından onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etmişdir. Daha sonra çıxış edən diasporumuzun fəal üzvü Həbib Azərsina Dünya Azərbaycanlıların Həmrəylik Gününün tarixçəsinə toxunub, bu bayramın dünyada yaşayan bütün Azərbaycanlılar üçün əziz olduğunu söyləyib, ABŞ-da yaşayan bütün soydaşlarımızın müstəqil Azərbaycanın daha da güclənməsi üçün əlindən gələni etməsini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Vüqar Qurbanov öz çıxışında səfir Elin Süleymanovun təbriklərini qonaqlara çatdırıb, Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyanın bir çox regionlarında yaşayan soydaşlarımız üçün inam və ümid mənbəyinə çevrildiyini söyləyib. O, Dünya Azərbaycanlıların Həmrəylik Gününün Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü Azərbaycançılıq məfkurəsi əsasında milli birlik və Vətənə məhəbbət simvoluna çevrildiyini vurğulayıb. Daha sonra milli musiqi sədaları altında qonaqlara milli mətbəxi təmsil edən müxtəlif yemək və şirniyyatlar təqdim edilib.

Qeyd edək ki, bu tədbir Vaşinqtonda Azərbaycanlıların həmrəyliyinin təcəssümü olan Ticarət və Mədəniyyət Mərkəzinin inzibati binasında keçirilib. Belə ki, bu bina ötən əsrin 90-cı illərinin sonunda Vaşinqtonda Azərbaycanla bağlı alınmış ilk binadır və burada Ticarət və Mədəniyyət Mərkəzi ilə yanaşı, ABŞ-Azərbaycan Ticarət Palatası və Vaşinqtondakı Azərbaycan məktəbi fəaliyyət göstərir.



Əlaqəli Xəbərlər

SalamNews Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edir

Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Vyanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Prezident İlham Əliyev Azərbaycan xalqını Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edib

SalamNews Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə xalqımızı təbrik edir

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66