Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Heydər Əliyev Fondu uşaqlar üçün ənənəvi bayram şənliyi təşkil edib (FOTOLAR)

30 Dekabr 2017, 10:34 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

SalamNews xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, nəvəsi, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Uşaqlar şənliyin keçirildiyi əyləncə məkanına onlar üçün ayrılmış avtobuslarla gətirildilər. Xüsusi zövqlə bəzədilən və balacaların ixtiyarına verilən bu məkanda uşaqları sevindirmək üçün nağıllar aləmindəki kimi ab-hava yaradılmışdı. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaq evlərinin, internat məktəblərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik təşkil edilir. Bu il də istisna olmadı.

Bayram şənliyi ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlarla görüşlərindən, gənc nəslə diqqət və qayğısından bəhs edən videoçarxın nümayişi ilə başladı.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edildi. Bu proqram, sarayda qurulan və əsl bayram əhval-ruhiyyəsi bəxş edən dekorasiyalar uşaqların sevincini daha da artırdı. Bərbəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrdən heyrətlənən uşaqların sevinci hədsiz idi. Çünki Heydər Əliyev Fondunun təşkil etdiyi bayram və bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanmışdı. Bayram şənliyində uşaqların təbəssümü bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı, Mehriban Əliyevanın ətrafına toplaşdılar. Azərbaycanın Birinci vitse-prezidenti uşaqların sevinc və fərəhini bölüşdü, onlarla səmimi söhbət etdi.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar incəsənət ustaları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış etdilər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl həyəcan hissləri doğurdu. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng etdi.

Qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində oldular, onlarla birlikdə şənləndilər.

Heydər Əliyev Fondu yarandığı gündən nəcib, xeyirxah və humanist insani dəyərlərə əsaslanaraq, başlıca fəaliyyət istiqamətlərindən biri kimi cəmiyyətdə xeyriyyəçilik institutunun inkişafını seçib. Fondun bu istiqamətdə dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan dəyərli layihələri digər qurumlar üçün nümunə sayıla bilər. Fondun xeyriyyəçilik fəaliyyətinin əsas motivini insanlara sevgi və təmənnasız olaraq xeyirxah əməllər təşkil edir. Azərbaycanın Birinci vitse-prezidenti çıxışlarında bu fikri dəfələrlə vurğulayıb: “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin, onların problemlərinə biganə qalmayaq”. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Fondun “Uşaq evlərinin və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkəmizdəki uşaq müəssisələri əsaslı təmir olunur, yeni avadanlıqlarla təchiz edilir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun 13 illik çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.

Bayram şənliyində çıxış edən Birinci vitse-prezident Mehriban ƏLİYEVA dedi:

- Hörmətli müəllimlər, hörmətli valideynlər, əziz uşaqlar. Artıq on ildən çoxdur ki, biz başa çatan ili birgə yola salırıq və qarşıdan gələn ilə “Salam” deyirik. Mən çox şadam ki, bu il biz yenə də birlikdəyik.

Yeni il bayramı insanların ən sevdiyi bayramlardan biridir. Adətən, insanlar bu bayramı ailə üzvləri, doğmaları, ən yaxınları ilə qeyd edirlər. Biz də bu gün Yeni il bayramını böyük doğma ailə kimi bərabər qeyd edirik.

Ümidvaram ki, 2017-ci il sizin hər biriniz üçün, bütün Azərbaycan xalqı üçün uğurlu oldu. Ölkəmizdə abadlıq, quruculuq işləri davam edir, şəhərlərimiz, kəndlərimiz, regionlarımız gözəlləşir, inkişaf gedir. Bildiyiniz kimi, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdu. Azərbaycan İslam aləminin ayrılmaz hissəsidir. Biz öz dinimizə, tariximizə, mədəniyyətimizə böyük hörmətlə, böyük diqqətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq ölkəyik. Biz digər dövlətlərlə əməkdaşlığımızı qardaşlıq və qarşılıqlı hörmət əsasında qurmaq istəyirik. Bildiyiniz kimi, bu il paytaxtımızda IV İslam Həmrəyliyi Oyunları böyük uğurla keçdi, idmançılarımız bizi dəfələrlə sevindirdilər, bizim bayrağımız ucaldı, himnimiz səsləndi. Eyni zamanda, bu Oyunlar bütün İslam ölkələrinin nümayəndələrini bir araya gətirərək əsl həmrəylik bayramı oldu, əsl dostluq və qardaşlıq təntənəsinə çevrildi.

2017-ci ildə təkcə Azərbaycan üçün yox, bütün region üçün çox vacib irimiqyaslı layihələr həyata keçirildi. Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi, “Əsrin kontraktı”nın 2050-ci ilə qədər davam edəcək ikinci mərhələsinə imza atıldı. Digər sahələrdə işlər davam edir. Biz qarşımızdakı məsələləri ardıcıl olaraq həll edirik, problemləri aradan qaldırırıq. Ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri davam edir, uşaqların ən yüksək səviyyədə təhsil alması üçün bütün şəraitlər yaradılıb. Bakı şəhərimiz gündən-günə gözəlləşir. Regionlarımız gözəlləşir, yeni yollar salınır, ölkəmiz abadlaşır.

Mən ümidvaram ki, 2017-ci il sizin həyatınızda xoş anlarla, sevinc dolu hadisələrlə qalacaq. Ümidvaram ki, bu il sizin üçün uğurlu il idi. Mən sizin hər birinizə 2018-ci ildə möhkəm cansağlığı, uğurlar, xoşbəxtlik arzulayıram. Arzulayıram ki, bizim balalarımız savadlı, bilikli, tərbiyəli böyüsün. Arzulayıram ki, onlar öz dostları, yaxınları, ətraflarındakı insanlar ilə xoş niyyətlə, hörmətlə davransınlar. Qoy, sizin yolunuz açıq, ürəyiniz işıqla dolu olsun! Mən sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

Əziz uşaqlar, onu da bilməlisiniz ki, bu bayram şənliyinin hazırlanmasında bir çox insanın əməyi var. Artıq 10 ildən çoxdur ki, bizim məşhur sənət adamlarımız, musiqiçilərimiz, artistlərimiz, sizinlə bərabər burada, bu gözəl “Buta” sarayında Yeni ili qeyd edirlər, sizin üçün çox gözəl, şən ab-hava yaradırlar. Gəlin bu gözəl, qayğıkeş insanları birlikdə alqışlayaq və onlara öz minnətdarlığımızı bildirək.

Sizin hər birinizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik, ölkəmizə əmin-amanlıq və sülh arzulayıram. Qoy, Allah hər birinizi və ölkəmizi hər zaman qorusun! Çox sağ olun.

X X X

Beləliklə, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir hissəsi olan bayram şənliyi yüzlərlə uşağı sevindirdi. Şənliyin sonunda hər bir iştirakçıya Heydər Əliyev Fondunun hazırladığı bayram hədiyyələri təqdim olundu. Fondun balacalara hədiyyə etdiyi bu bayram şənliyi uşaqların yaddaşında silinməz iz qoydu.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır (FOTOLAR)

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2018" keçiriləcək

“CinemaPlus”da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün əyləncə proqramı təşkil olunub

Heydər Əliyev Fondunun dəstəyi ilə Mərkəzi Klinikada ürək qüsurlu uşaqlar əməliyyat olunublar

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş uşaq bağçasının açılışı olub

Heydər Əliyev Fondu ilə Çinin Xarici Ölkələrlə Xalq Dostluq Cəmiyyəti arasında Memorandum imzalanıb

Heydər Əliyev Fondu və “Caspian International Hospital” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Heydər Əliyev Fondunun nümayəndələri şəhid ailələri ilə görüşüblər (FOTOLAR)

Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondunun numayəndələri Ağdamda görüşlər keçirib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birinci konfransı keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçirilib (FOTOLAR)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu - 2017” keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının uşaq evlərinin sakinləri Moskvaya səfər ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum tarixidir

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində olub (FOTO)

Heydər Əliyev Fondu tərəfindən Pakistanda Ramazan ayı ilə əlaqədar bayram sovqatları təqdim olunub (FOTO)

Heydər Əliyev Fondu uşaqları növbəti dəfə sevindirib (FOTOLENT)

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 57-ci Venesiya Biennalesində təmsil olunur

Akademik Vasim Məmmədəliyev Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatına layiq görülüb

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

17 İyun 2018, 11:28 (GMT +4)
Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

17 İyun 2018, 11:20 (GMT +4)
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

17 İyun 2018, 11:18 (GMT +4)
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

17 İyun 2018, 11:08 (GMT +4)
Yaponiyada 7 maqnitudalı zəlzələ olub

16 İyun 2018, 09:10 (GMT +4)
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

15 İyun 2018, 13:50 (GMT +4)
Xalq rəssamı Əzim Əzimzadənin anım tarixidir

15 İyun 2018, 13:48 (GMT +4)
DİN İsmayıllıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

15 İyun 2018, 13:34 (GMT +4)
Ağcəbədidə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

15 İyun 2018, 13:25 (GMT +4)
Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib  

15 İyun 2018, 13:17 (GMT +4)
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

15 İyun 2018, 13:04 (GMT +4)
Bu gün DÇ-2018-də 3 oyun keçiriləcək

15 İyun 2018, 12:55 (GMT +4)
Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

15 İyun 2018, 12:36 (GMT +4)
Dünya birjalarında qızıl 4 dollardan çox ucuzlaşıb

15 İyun 2018, 12:24 (GMT +4)
Türkiyədə AKP  deputatına silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib  

15 İyun 2018, 12:10 (GMT +4)
Tramp Krımı Rusiya ərazisi adlandırıb

15 İyun 2018, 11:57 (GMT +4)
ETSN-də plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması və çeşidlənməsi müzakirə edilib

15 İyun 2018, 11:42 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

15 İyun 2018, 11:30 (GMT +4)
Bakıda 3 otaqlı ev yandı

15 İyun 2018, 11:16 (GMT +4)
ABŞ-ın neft və benzin ehtiyatları azalır

15 İyun 2018, 11:03 (GMT +4)
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

15 İyun 2018, 10:47 (GMT +4)
Fövqəladə Hallar Nazirliyində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş keçirilib

15 İyun 2018, 10:33 (GMT +4)
Türkiyənin Baş naziri: Şanlıurfadakı hücumda PKK-nın izi var

15 İyun 2018, 10:24 (GMT +4)
Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

15 İyun 2018, 10:18 (GMT +4)
Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

15 İyun 2018, 10:14 (GMT +4)
Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçirirlər

15 İyun 2018, 10:04 (GMT +4)
Brent markalı neft ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66