Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Daxili Qoşunların keçdiyi şərəfli tarixi yoldan bəhs edən yeni kitab çapdan çıxıb

30 Dekabr 2017, 12:05 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews.  Son illər ərzində Daxili Qoşunlar Azərbaycanda sürətlə inkişaf etmişdir, çox yüksək səviyyədə peşəkarlıq var, vətənpərvərlik var. Bu, bizim üçün çox böyük nailiyyətdir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin bu qiymətli fikirləri Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Daxili Qoşunlar şərəfli tarix, qürur duyulası xidmət - döyüş salnaməsi yaradıb. Artıq 25 ildən çoxdur ki, o, üzərinə düşən çətin və məsuliyyətli vəzifələri uğurla yerinə yetirir. Daxili Qoşunlar ona həvalə olunmuş vəzifələri layiqincə yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqazidd qəsdlərdən qoruyur. Ölkəmizin dövlət müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsində Daxili Qoşunların hərbi qulluqçularının müstəsna xidmətləri var. Bu qəhrəmanlar dəstəsinin fədakar övladları Vətən uğrunda şəhid olub, həyatlarını, sağlamlıqlarını qurban veriblər.

DİN-in bu mübariz, öncül tərkib hissəsi günümüzdə də fədakar xidmətini davam etdirir, ona olan inamı gecəli-gündüzlü peşəkar xidməti ilə doğrultmağa çalışır.

Daxili Qoşunların mətbuat xidmətindən SalamNews-a bildiriblər ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları-25” kitabı bu zəngin qəhrəmanlıq yolunun təcəssümü, qısa tarixi salnaməsidir. Yüksək poliqrafik standartlara uyğun şəkildə hazırlanmış kitab az qala bir qərinəlik xidməti-döyüş fəaliyyətinin ən parlaq məqamlarını əks etdirir. Daxili Qoşunların keçdiyi şərəfli yoldan bəhs edən kitabda zəngin arxiv materiallarına, sənədlərə, çoxşaxəli tədqiqat işlərinin nəticələrinə istinad edilib, ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etməsi, yüksək döyüş hazırlığı olan peşəkar və mobil quruma çevrilməsinin ayrı-ayrı inkişaf mərhələləri, Vətən, xalq, dövlətçiliyimiz naminə fəaliyyəti, ictimai təhlükəsizliyin təmin edilməsində, silahlı cinayətkarların zərərsizləşdirilməsində, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında, mühüm dövlət obyektlərinin mühafizəsində göstərdiyi fədakar xidmət barədə məlumatlar geniş yer alıb.

Ulu Öndərin ordu quruculuğu sahəsində də siyasətini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin Daxili Qoşunların inkişafı üçün qəbul etdiyi qərarlar, göstərdiyi ali diqqət və qayğı şəxsi heyət tərəfindən həmişə dərin minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılanır. Prezident İlham Əliyevin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də onun xidmətlərinə verdiyi yüksək qiymət, haqqında söylədiyi fikirlər, dəyərli tövsiyələri hər zaman fəaliyyət proqramı kimi qəbul olunur. Kitabla tanış olarkən bu, ilk səhifələrdəncə hiss olunur.

Oxucuların diqqətinə təqdim olunan yeni nəşrdə Daxili Qoşunlarda həyata keçirilən quruculuq işləri, hərbi qulluqçularımızın döyüş təlimləri, idman uğurları, beynəlxalq əməkdaşlıq, hərbi hissələrimizin həyatı, ayrı-ayrı xidmət sahələrinin fəaliyyəti, veteranlarımızın şəxsi heyətin hərbi-vətənpərvərlik tərbiyəsində əməyi, ictimaiyyətlə əlaqələrə dair materiallara xüsusi yer verilib.

DİN rəhbərliyinin diqqəti, gündəlik qayğısı və tələbkarlığı ilə indi ən müasir standartlara cavab verən xidməti fəaliyyətin nəfis tərtib olunmuş kompozisiya və fotolarla müşayiət olunması toplunun ən başlıca özəlliklərindən biridir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Formula 1 ilə əlaqədar Daxili Qoşunların şəxsi heyətinin hazırlığı yoxlanılıb

“Qala Sığorta” və “Qala Həyat” daxili qoşunların işçilərinə güzəştli kampaniyaya başlayıb

Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularını təltif edib (SİYAHI)

Daxili Qoşunların Ali Hərbi Məktəbinə namizədlərin ərizə və sənədlərinin qəbulu başlayır

Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il üçün qəbul qaydaları açıqlanıb

Prezident İlham Əliyev DİN-nin Daxili Qoşunlarının Şirvandakı hərbi hissəsinin açılışında iştirak edib (FOTO)

DİN Daxili Qoşunlarının yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib

Daxili Qoşunların hərbi qulluqçuları təltif edilib (SİYAHI)

DQİDK-nın sədr müavini Daxili Qoşunların şəxsi heyəti ilə görüşüb

Daxili Qoşunların əməkdaşı yol qəzası nəticəsində ağır xəsarət alıb

Daxili Qoşunların xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilib

Daxili Qoşunların “Formula-1” Avropa Qran-prisinə hazırlığı yoxlanılıb

Azərbaycanın və Belarusun Daxili Qoşunları arasında səmərəli əməkdaşlıq münasibətləri qurulub - Şahin Məmmədov

Bu gün Azərbaycan Daxili Qoşunlarının yarandığı gündür

İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularını təltif edib (SİYAHI)

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə ərizə və sənədlərin qəbulu başlayıb

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib

Azərbaycan Daxili Qoşunlarının təkmilləşdirilməsinə lazımi dəstək göstərməyə hazırıq - türkiyəli hərbi attaşe

Ölüm halları 71 faiz azalıb - Daxili Qoşunların komandanı

26 Sentyabr 2018, 09:42 (GMT +4)
2019-cu il dövlət büdcəsinin layihəsi Prezidentə təqdim olunub

26 Sentyabr 2018, 09:38 (GMT +4)
Dilara Zamanova TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

26 Sentyabr 2018, 09:32 (GMT +4)
Yanvar-avqust aylarında elektrik avadanlığı istehsalı 3 dəfə artıb

26 Sentyabr 2018, 09:27 (GMT +4)
Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir

26 Sentyabr 2018, 09:25 (GMT +4)
Trampın BMT-dəki çıxışı onu dünya liderləri qarşısında gülünc vəziyyətə qoyub (VİDEO)

26 Sentyabr 2018, 09:20 (GMT +4)
AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib

26 Sentyabr 2018, 09:12 (GMT +4)
Azərbaycanda nizamnamə kapitalı 10 min manat olan şirkət yaradılıb

26 Sentyabr 2018, 09:04 (GMT +4)
İtaliya Senatının sədri tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verilib

25 Sentyabr 2018, 17:58 (GMT +4)
Tanınmış veteran jurnalist Oqtay Cəfərovun 85 illik yubileyi qeyd edilib

25 Sentyabr 2018, 17:52 (GMT +4)
"Qaçqınkom"un sədri məcburi köçkünləri qəbul edib

25 Sentyabr 2018, 17:50 (GMT +4)
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə olunub

25 Sentyabr 2018, 17:47 (GMT +4)
“Saudi Aramco” neft ticarətini 50 faiz artırmağı hədəfləyir

25 Sentyabr 2018, 17:43 (GMT +4)
British Council Azərbaycanda yeni proqrama start verir

25 Sentyabr 2018, 17:37 (GMT +4)
Səfər Mehdiyev İsveçrə Konfederasiyasının səfiri ilə görüşüb

25 Sentyabr 2018, 17:27 (GMT +4)
İlham Məmmədzadə  TOP 10 PR mütəxəssisləri siyahısına daxil edilib

25 Sentyabr 2018, 17:21 (GMT +4)
Azercell-in dəstəyilə şagird, valideyn və müəllimlər üçün təlimlər təşkil olunacaq (FOTO)

25 Sentyabr 2018, 17:18 (GMT +4)
Sahib olduğumuz ən qiymətli və mühüm dəyər məhsulların keyfiyyəti və istehlakçıların etibarıdır - Azərsun Holdinq

25 Sentyabr 2018, 17:10 (GMT +4)
Bakıda 7 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

25 Sentyabr 2018, 17:03 (GMT +4)
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq müzakirə edilib

25 Sentyabr 2018, 17:01 (GMT +4)
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib

25 Sentyabr 2018, 16:53 (GMT +4)
Yaponiyanın ən tanınmış avanqard teatrı “YARAT”da tamaşa təqdim edəcək

25 Sentyabr 2018, 16:41 (GMT +4)
Monqolustan Prezidenti ARDNF-in təcrübəsini yüksək qiymətləndirib

25 Sentyabr 2018, 16:40 (GMT +4)
“Türk Hava Yolları” Azərbaycanda yeni kampaniya keçirir

25 Sentyabr 2018, 16:35 (GMT +4)
Sülhlə olsun ya da döyüşlə İdlibə girəcəyik – Suriya rəsmisi

25 Sentyabr 2018, 16:33 (GMT +4)
Cənubi Koreya əhalisinin 87 faizi Kim Çen Inın Seula mümkün səfərini alqışlayır

25 Sentyabr 2018, 16:30 (GMT +4)
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

25 Sentyabr 2018, 16:29 (GMT +4)
Azərbaycanlı qız Facebook-un ən yaxşı 100 iştirakçısı arasına seçilib

25 Sentyabr 2018, 16:27 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

25 Sentyabr 2018, 16:23 (GMT +4)
Yasamalda avtomobildən 6 min manat oğurlayan şəxs saxlanılıb

25 Sentyabr 2018, 16:14 (GMT +4)
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66