ABŞ-da kəskin soyuqlar və donvurma nəticəsində 7 nəfər ölüb30 Dekabr 2017, 12:31 (GMT +4) Bakı, 30 dekabr, SalamNews. ABŞ-da kəskin soyuqlar və donvurma nəticəsində azı 7 nəfər ölüb
SalamNews-un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, ölüm hadisələri əsasən şimal və şərq bölgəsində qeydə alınıb.
Məlumata görə, Çikaqo şəhəri yaxınlığında iki, Kanzas ştatında dörd, Cənubi Dakotada isə bir nəfər kəskin soyuqların qurbanı olub. Adı çəkilən bölgələrdə havanın temperaturu mənfi 17 dərəcəyədək düşüb.
|