Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

Jurnalistlər üçün yeni müsabiqə elan edilib

30 Dekabr 2017, 14:53 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. Parlament Jurnalistləri Birliyi (PJB) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi elan edib.

SalamNews xəbər verir ki, bu barədə Birliyin sədri Elşad Eyvazlı məlumat verib.

E.Eyvazlı müsabiqənin şərtlərini də açıqlayıb:

“1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına ən böyük və tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib.

Şərqdə ilk demokratik Respublika olan Azərbaycan Cümhuriyyəti XX əsrin sonlarında yenidən istiqlaliyyətinə qovuşan müstəqil Azərbaycanın şərəfli tarixində böyük mərhələnin başlanğıcını qoyub.

Xalqımız Azərbaycan Cümhuriyyətinin yarandığı bu şərəfli tarixi - 28 Mayı Respublika Günü kimi qeyd edir. Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Parlament Jurnalistləri Birliyi də AXC-nin 100 illiyi ilə bağlı jurnalistlər arasında yazı müsabiqəsi keçirməyə qərar verdi. 2018- ci ilin yanvarından dekabrına qədər, 1 il müddətində nəzərdə tutulan müsabiqədə bütün jurnalistlər iştirak edə biləcəklər. Mövzuya AXC ilə bağlı müxtəli araşdırmalar, müsahibələr, AXC qurucuları ilə bağlı portret yazılar və s. aiddir.

Müsabiqənin əsas məqsədlərindən biri də jurnalistlərin Azərbaycan Xalq Cümhuriyyətinə olan münasibətini ictimaiyyətə çatdırmaqdır”.

E.Eyvazlı deyib ki, müsabiqəyə yazı qəbulu yanvar-noyabr aylarında həyata keçiriləcək, dekabrda isə ən yaxşı yazılardan ibarət kitab çap olunacaq.

Müsabiqə şərtləri

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;


- Materialların mövzunu əhatə etmə səviyyəsi;

- Faktlardan istifadə xüsusiyytələri;

- İfadə vasitələrinin zənginliyi;

- Oxucu üçün informasiyalılıq dərəcəsi.

Yazıda “Parlament Jurnalistləri Birliyinin “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.


Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də dərc edilməsi şərt deyil.


III. Yazıların təqdim edilməsi


Təqdimat zərfinə yazı təqdim edən şəxsin əlaqə vasitələri əlavə olunmalıdır.

Yazının həcmi şərt deyil.

Yazılar 2018-ci ilin yanvarın 1-dən dekabrın 1-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, ev 104. mənzil 03 ünvanında qəbul ediləcək.


Mükafatlandırma


Yazı müsabiqəsinin qaliblərinə pul və digər mükafatlar nəzərdə tutulmur. Müsabiqədə qalib olanların yazısı “AXC-100” kitabında dərc olunacaq. Qaliblərin sayında məhdudiyyət olmayacaq. Müsabiqə qalibinin adı açıqlanacaq.

 

Əlaqə vasitələri:

E-mail: axc100.musabiqe@gmail.com

Telefon: +(994 12)465-95-74

00994(55) 946-06-60

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Oktyabr 2018, 17:01 (GMT +4)
Stolüstü tennis üzrə Azərbaycan kubokuna start veriləcək

20 Oktyabr 2018, 16:53 (GMT +4)
Dövlət Komitəsində İzmirin Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub

20 Oktyabr 2018, 16:45 (GMT +4)
Səudiyyə telekanalından maraqlı iddia: İran və Qətər Kaşıkçı məsələsini siyasiləşdiriblər

20 Oktyabr 2018, 16:44 (GMT +4)
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində olub

20 Oktyabr 2018, 16:35 (GMT +4)
Sahibkarlıqla məşğul olan şəhid ailələrinə vergi güzəşti verilmir

20 Oktyabr 2018, 16:24 (GMT +4)
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb

20 Oktyabr 2018, 16:09 (GMT +4)
TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq - nazir

20 Oktyabr 2018, 16:06 (GMT +4)
Ayın teleskopla müşahidəsi təşkil ediləcək

20 Oktyabr 2018, 15:51 (GMT +4)
Pərviz Şahbazov: STAR Neft Emalı Zavodu Türkiyəyə qoyulan investisiyanın bir hissəsidir

20 Oktyabr 2018, 15:41 (GMT +4)
Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif edib

20 Oktyabr 2018, 15:23 (GMT +4)
Kaşıkçı ilə bağlı həqiqətləri üzə çıxarmaq namus borcumuzdur - AKP

20 Oktyabr 2018, 15:14 (GMT +4)
Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar keçirilib

20 Oktyabr 2018, 15:01 (GMT +4)
Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

20 Oktyabr 2018, 14:56 (GMT +4)
Biləsuvarda Azərbaycan Gənclərinin zona toplantısı keçirilib

20 Oktyabr 2018, 14:47 (GMT +4)
Gələn il Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

20 Oktyabr 2018, 14:43 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

20 Oktyabr 2018, 14:35 (GMT +4)
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub

20 Oktyabr 2018, 14:27 (GMT +4)
Əfqanstanlılar silahlı hücumlar fonunda bu gün parlament seçkiləri keçirirlər (FOTO)

20 Oktyabr 2018, 14:09 (GMT +4)
ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

20 Oktyabr 2018, 14:06 (GMT +4)
ABŞ təyyarələrinin Suriyanın şərqinə aviazərbələrində 62 mülki şəxs həlak olub - SANA

20 Oktyabr 2018, 13:50 (GMT +4)
Suriyada İŞİD tamamilə darmadağın edilib - Sergey Şoyqu

20 Oktyabr 2018, 13:40 (GMT +4)
Suriyada İŞİD-in oğurladığı sakinlərin bəzisi xilas edilib (FOTO)

20 Oktyabr 2018, 13:37 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

20 Oktyabr 2018, 13:25 (GMT +4)
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

20 Oktyabr 2018, 13:18 (GMT +4)
İstirahət günləri üçün hava proqnozu açıqlanıb

20 Oktyabr 2018, 13:10 (GMT +4)
“TeamGym” komandamız ilk dəfə Avropa çempionatında çıxış edib

20 Oktyabr 2018, 12:58 (GMT +4)
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub

20 Oktyabr 2018, 12:30 (GMT +4)
Qərargah: Badamdar sürüşmə zonasında kiçik tipli uçqunlar baş verib

20 Oktyabr 2018, 12:24 (GMT +4)
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

20 Oktyabr 2018, 12:11 (GMT +4)
AKP rəsmisi: Səudiyyə Ərəbistanı Kaşıkçının öldüyünü məcburiyyət qarşısında açıqladı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66