Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İDMAN

Azərbaycan Ağır Atletika Federasiyası ilin ən yaxşılarını mükafatlandırıb

30 Dekabr 2017, 16:20 (GMT +4)

Bakı, 30 dekabr, SalamNews. Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) 2017-ci ilin idman yekunları müzakirə edilib, ilin ən yaxşıları mükafatlandırılıb.

Federasiyadan SalamNews-a bildirilib ki, mərasimdə AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov, Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, federasiyanın Rəyasət Heyətinin üzvləri, həmçinin il ərzində fərqlənmiş idmançılar, onların məşqçiləri və mütəxəssislər iştirak ediblər.

AAAF-ın vitse-prezidenti Tofiq Heydərov 2017-ci ilin Azərbaycanın idman həyatında uğurlu olduğunu vurğulayıb. Bildirib ki, ağır atletlərimiz də il ərzində mühüm nailiyyətlər qazanıblar. O, IV İslam Həmrəyliyi Oyunlarında komandamızın üzvlərinin bir qızıl və üç bürünc medal qazanmalarını, Tailandda yeniyetmələr arasında dünya birinciliyində yığmamızın doqquzuncu pillədə qərarlaşmaqla gələn il Argentinada keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanmasını, həmçinin sentyabrda Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində yığmamızın medal sayına görə birinci pillədə qərarlaşmasını böyük uğur kimi qiymətləndirib.

Qeyd edilib ki, 2017-ci ildə ağır atletikanın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb, yeni zallar istifadəyə verilib, mövcud bazalarda əsaslı təmir-bərpa işləri aparılıb. Həmçinin AAAF yerli yarışların təşkilini daha yüksək səviyyədə təmin edib.

Uğurlu antidopinq siyasətinin tətbiqi nəticəsində bu mübarizədə böyük nailiyyətlərin əldə edilməsi ilə ağır atletikanın əsas problemlərindən birinin həlli istiqamətində ciddi addımların atıldığını bildirən vitse-prezident bu baxımdan Azərbaycan Milli AntiDopinq Agentliyinin fəaliyyətinin təqdirəlayiq olduğunu bildirib.

Sonra 2017-ci ildə uğurlu fəaliyyətlərinə və əldə etdikləri nailiyyətlərə görə ilin ən yaxşı idmançı, məşqçi və hakimləri təltif olunublar.

AAAF rəhbərliyinin seçiminə əsasən, ilin ən yaxşı idmançıları nominasiyasında Səbinə Əzimova, Rövşən Fətullayev, Elnarə Abbasova, Hüseyn İsmayılov, Rüstəm Qasımov, Tarmenxan Babayev, Rəhman Kazımov, Elşən Məmmədov, Məhəmməd Məmmədli, Kənan Xəlilov seçiliblər. İlin kəşfi idmançı Selcan Qarayeva ən yaxşı məşqçisi isə Asif Məmmədov, Taleh Hüseynov, Şəfi Hüseynov mükafatlandırılıblar.

İlin hakimi adına Azad Mustafayev layiq görülüb.

Həmçinin idmançılardan Tarmenxan Babayev, Rəhman Kazımov, Elşən Məmmədov, Elnarə Abbasova, məşqçilərdən Şəfi Hüseynov, Turan Abdullayev və Toğrul Məmmədliyə mənzillərin sertifikatları təqdim edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

26 Aprel 2018, 17:30 (GMT +4)
Dolların sabaha olan məzənnəsi

26 Aprel 2018, 17:22 (GMT +4)
Lavrov və Nalbandyan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki vəziyyəti müzakirə edib

26 Aprel 2018, 17:10 (GMT +4)
İtaliyada terror aktı hazırlayan miqrant saxlanılıb

26 Aprel 2018, 16:58 (GMT +4)
Aprelin 29-da növbəti sınaq imtahanı keçiriləcək

26 Aprel 2018, 16:45 (GMT +4)
Nikol Paşinyan Yerevanda yollar bağlı olduğundan aksiyaya gecikib

26 Aprel 2018, 16:29 (GMT +4)
Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

26 Aprel 2018, 16:15 (GMT +4)
Türkiyədə prezidentliyə namizədlərin irəli sürülməsi tarixi açıqlanıb

26 Aprel 2018, 16:01 (GMT +4)
Uzun düz yol bu trekin maraqlı xüsusiyyətlərindən biridir - Toro Rosso komandasının pilotu

26 Aprel 2018, 15:49 (GMT +4)
"Bakcell” Frankofoniya gününə həsr edilmiş konsertə dəstək olub

26 Aprel 2018, 15:40 (GMT +4)
İran müsəlman ölkələrini ABŞ-a qarşı birləşməyə çağırıb

26 Aprel 2018, 15:30 (GMT +4)
İlham Əliyev Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:22 (GMT +4)
Prezident Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri ilə görüşüb

26 Aprel 2018, 15:15 (GMT +4)
Ramiz Mehdiyev Soçidə beynəlxalq tədbirdə iştirak edir

26 Aprel 2018, 15:07 (GMT +4)
NETTY 2018 müsabiqəsində iştirak etmək üçün əsas səbəblər

26 Aprel 2018, 14:59 (GMT +4)
BŞH bilet satışı ilə bağlı son məlumatları yayıb

26 Aprel 2018, 14:52 (GMT +4)
Ermənistanda daha bir neçə nazir istefa verib

26 Aprel 2018, 14:43 (GMT +4)
Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri başlayıb

26 Aprel 2018, 14:40 (GMT +4)
“CinemaPlus”da “Ol” filminin qalası keçirilib

26 Aprel 2018, 14:33 (GMT +4)
Ermənistanda baş nazirin seçimi mayın 1-nə təyin olunub

26 Aprel 2018, 14:21 (GMT +4)
Dramatik anların, sürət və cəsarətin şahidi olacağımıza əminik - Azad Rəhimov

26 Aprel 2018, 14:10 (GMT +4)
Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 14 hərbçi həlak olub

26 Aprel 2018, 14:05 (GMT +4)
AzMİU-da beynəlxalq konfrans işinə başlayıb (FOTO)

26 Aprel 2018, 13:49 (GMT +4)
Heydər Əliyev prospektində ağır yol qəzası baş verib (FOTO)

26 Aprel 2018, 13:41 (GMT +4)
Qusarda beynəlxalq elmi konfrans keçirilir

26 Aprel 2018, 13:32 (GMT +4)
Bakı sakinləri komediya janrında çəkilmiş filmləri seçir (SORĞU)

26 Aprel 2018, 13:25 (GMT +4)
May ayı üçün qeyri-iş günləri açıqlanıb

26 Aprel 2018, 13:18 (GMT +4)
Havanın temperaturu yüksəlir, Bakıda 23, rayonlarda 27 dərəcə isti olacaq

26 Aprel 2018, 13:12 (GMT +4)
Samur-Abşeron kanalından naməlum qadın meyiti tapılıb

26 Aprel 2018, 13:05 (GMT +4)
Angela Merkel Prezident İlham Əliyevi təbrik edib

26 Aprel 2018, 12:58 (GMT +4)
Ermənistanda etiraz aksiyaları yenidən başlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66