Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » CƏMİYYƏT

Yaqub Mahmudov: “Cümhuriyyət dövrü tariximizin şərəf səhifəsidir”

03 Yanvar 2018, 11:44 (GMT +4)

Bakı, 3 yanvar, SalamNews. “2017-ci ilin ən böyük uğurlarından biri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları ilə bağlı tədqiqatların davam etdirilməsidir. Bu, ən böyük nailiyyətimizdir. Dehlidən başlayaraq Sankt-Peterburq, Moskva, Paris, Berlin, London, İstanbuldan bununla bağlı yüzlərlə sənəd gətirmişik”.

AMEA-dan SalamNews-a verilən məlumata görə, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov institutun 2017-ci ildə gördüyü işlərdən danışarkən deyib.

Yaqub Mahmudov bildirib ki, Tarix İnstitutu Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda kitablar çap etdirib: “Bir kitabı da xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımını araşdıran Nigar Gözəlova Britaniya kitabxanasının arxiv sənədləri əsasında kitab yazıb. Eləcə də biz Hərbi Prokurorluqla birgə 1918-ci il soyqırımları ilə bağlı sənədlər əsasında kitab hazırlamışıq”.

Deputat qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyidir: “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan arxivlərində” adlı kitab çap etdirəcəyik. Eyni zamanda, həmin dövrə dair sənədlər toplusu buraxacağıq. Bir neçə dissertasiyanın müdafiəsi hazırlanır. Cümhuriyyət dövrü tariximizin şərəf səhifəsidir. İnstitutun tapşırığı ilə Londonda Cümhuriyyət tarixinə aid yeni sənədlər toplanmaqdadır. Fransadan bura sənədlər gətirmişik. Məni narahat edən məqamlardan biri odur ki, Cümhuriyyətin bolşevik Rusiyası ilə münasibətləri öyrənilməyib. Bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımadı və nəticədə ölkəmizi işğal etdi. Bu istiqamət, eləcə də Cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca öyrənilməyib. Bu yöndə tədqiqatlar aparılır”.

Akademik bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin baniləri Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Nəsib bəy Yusifbəylidir: “Bizim mövqeyimiz belədir ki, bunları ayırmaq olmaz, Cümhuriyyəti yaradan kişilərin hər biri Azərbaycanı sevən, xalqa bağlı insanlar olub, onlar bir-birinə qarşı deyildi, onlar işin öhdəsindən gələ biləcək insanları vəzifəyə irəli sürürdülər. Məsələn, Rəsulzadənin hökumətin başçısı olmaq imkanı vardı, amma o, bu işi Fətəli xan Xoyskiyə etibar etdi. Sonra parlament yarananda Rəsulzadənin imkanı vardı ki, parlamentə sədr olsun. Amma o, parlamentdə Müsavat fraksiyasına başçılıq etdi. Özü burda olmadığı halda Topçubaşov parlamentin sədri seçildi. Nə üçün? Çünki Fransadakı danışıqları ancaq o apara bilərdi. Dilləri bilirdi, görkəmli hüquqşünas idi, Rusiyada böyük təcrübə keçmişdi. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi təqdim etmək lazımdır”.

Y.Mahmudov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq İlham Əliyevin prezidentliyi dövründə Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib: “Orda Rəsulzadənin bütün xidmətləri göstərilib, onunla bağlı ayrıca hissə var. Onun xidmətini kiçiltmək haqda deyilənlər boş sözlərdir. O dövrün dövlət xadimlərini bir-birinə qarşı qoymaq, Cümhuriyyəti ancaq kiminsə adıyla bağlamaq mümkün deyil. Mən bunu elmə əsaslanaraq deyirəm”.

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktoruyam. Mənə təsir ola bilərdi, istiqamət verilə bilərdi. Bunlar olmayıb və biz buna yol da verməmişik. Açıb məqalələrin həcminə də baxa bilərsiniz. Onların hamısını bir-bir əlimdən keçirmişəm. Qoymamışam ora yad barmaq dəysin, kimisə kiçiltsinlər, kimisə qaldırsınlar. Cümhuriyyət haqda ən ötkəm fikirləri Ulu öndər Heydər Əliyev söyləyib, adlarını çəkərək deyib. Hər il Respublika Günü qeyd olunur. Prezident İlham Əliyev Cümhuriyyətə xüsusi qiymət verir. İstiqlal Bəyannaməsinə abidə qoyuldu. Rəsulzadə Cümhuriyyətin banilərindən biridir, bu rolu onun əlindən heç kim ala bilməz. Topçubaşovun rolunu da kiçiltməyə heç kəsin haqqı yoxdur”, - deyə akademik bildirib.

Yaqub Mahmudovun sözlərinə görə, Rəsulzadənin məzarını qardaş Türkiyədən Azərbaycana gətirmək ədalətsizlik olardı: “O, orada mübarizə aparıb, qardaş xalqımız ona qoynunu açıb. O, oradakı tarixin bir parçasıdır. Mirzə Fətəli Axundovun və ya Fətəli xan Xoyskinin məzarları Tiflisdən niyə bura köçürülməlidir? Orda bizim tariximiz var. Tarixi hər yerdən yığışdırıb bura gətirsək, biz dünya tarixində zəifləyərik. 10 milyon xalq Azərbaycan ərazisində yaşayır. Amma bizim dünyada sayımız 60 milyona yaxındır. 60 milyonluq Azərbaycan xalqı dünyanın hər yerində öz tarixini yaradıb. Biz onların qəbirlərini bura yığa bilmərik. Ən görkəmli adamlarımız harada yaşayıb-yaradıbsa, dəfn olunubsa, bizim orda tariximiz var. Oradakı tariximizi zəiflətməyimiz doğru olmaz. Şeyx Şamil hərəkatının üzvlərindən Hacı Muradın qəbri Şəki yaxınlığındadır. O qəbri aparmağa çox əlləşirlər. Tarix İnstitutu olaraq buna imkan vermirik. Niyə onun cəsədi burdan getməlidir? O, hansı səbəbdən bura gəlmişdi? O, burda yatmalıdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3% artıb

Cümhuriyyət tarixinin tədrisi ilə bağlı müzakirələr aparılıb

Prezident: Bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir

NASA: Yer kürəsində “Kiçik buz dövrü” təkrarlana bilər

DSX: Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb

“İrəli”nin “SAY:Cümhuriyyət” layihəsi başa çatıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtoqəzaların sayı azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfədən çox artıb

“SAY-Cümhuriyyət” layihəsi davam edir

“SAY-Cümhuriyyət” başlayıb

Külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Polşanın “Ambasador” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məqalə dərc edilib

Manatın dövriyyəyə buraxılmasından 26 il keçir

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük dövriyyəsi artıb

Əlahiddə Ümumqoşun Orduda yeni tədris dövrü başlayıb

23 Oktyabr 2018, 18:51 (GMT +4)
Vergilər naziri Rusiya Federal Vergi Xidmətinin rəhbəri ilə görüşüb 

23 Oktyabr 2018, 18:40 (GMT +4)
“Siemens Gamesa” şirkəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır

23 Oktyabr 2018, 18:18 (GMT +4)
ASCO ilə Columbia Shipmanagement şirkəti birgə müəssisə yaradır

23 Oktyabr 2018, 18:12 (GMT +4)
Birinci vitse-prezident İmam Hüseyn məscidinin açılışında iştirak edib (FOTOLAR)

23 Oktyabr 2018, 18:08 (GMT +4)
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi rebrendinq edib

23 Oktyabr 2018, 18:03 (GMT +4)
“Nar TV” tətbiqini yüklə, smartfonda sevdiyin kanallara bax

23 Oktyabr 2018, 17:50 (GMT +4)
BNA metro stansiyalarının ətrafında reyd keçirib

23 Oktyabr 2018, 17:48 (GMT +4)
“Azercell”in Barama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq memorandumu imzalanıb

23 Oktyabr 2018, 17:44 (GMT +4)
Azərbaycanın 41 rayonun ailə təsərrüfatları yaradılır

23 Oktyabr 2018, 17:42 (GMT +4)
Səudiyyə kralı Kaşıkçının iki oğlunu sarayda qəbul edib (FOTO)

23 Oktyabr 2018, 17:32 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

23 Oktyabr 2018, 17:20 (GMT +4)
DGK sədri Meksika səfiri ilə görüşüb

23 Oktyabr 2018, 17:08 (GMT +4)
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini artıracaq

23 Oktyabr 2018, 16:54 (GMT +4)
Büdcədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılan vəsait artırılıb

23 Oktyabr 2018, 16:40 (GMT +4)
Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib

23 Oktyabr 2018, 16:39 (GMT +4)
Ərdoğanın çıxışından sonra Səudiyyə Kaşıkçı ilə bağlı son mövqeyini açıqlayıb

23 Oktyabr 2018, 16:35 (GMT +4)
"Yelk" fraksiyası Baş nazir postuna Paşinyanın namizədliyini irəli sürüb

23 Oktyabr 2018, 16:23 (GMT +4)
Ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək

23 Oktyabr 2018, 16:10 (GMT +4)
Dövlət büdcəsindən MTRŞ-ya ayrılacaq vəsait artırılır

23 Oktyabr 2018, 15:56 (GMT +4)
Baş Prokurorluq ləğv olunmuş MTN-in sabiq şöbə rəisinin azadlığa buraxılmasını təkzib edib

23 Oktyabr 2018, 15:44 (GMT +4)
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşüb

23 Oktyabr 2018, 15:30 (GMT +4)
Suriya və İraq sərhəd keçidlərini açmaq üçün danışıqlara başlayıblar

23 Oktyabr 2018, 15:26 (GMT +4)
Azərbaycanın 23 şirkətinin “Sial Paris” sərgisində məhsulları nümayiş etdirir

23 Oktyabr 2018, 15:11 (GMT +4)
Bakıda narkotik tərkibli bitkilərin yetişdirilməsi ilə məşğul olan dəstə tutulub

23 Oktyabr 2018, 15:02 (GMT +4)
Kaşıkçı məsələsinin ört-basdırı üçün Səudiyyə Ərdoğana maraqlı təkliflər verib – New-York Times

23 Oktyabr 2018, 14:53 (GMT +4)
Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 161,6 min nəfər artıb

23 Oktyabr 2018, 14:39 (GMT +4)
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

23 Oktyabr 2018, 14:22 (GMT +4)
Ərdoğan: Qətlin planlı şəkildə törədildiyinə dair işarələr var

23 Oktyabr 2018, 14:16 (GMT +4)
Humanitar Forumda bəşəriyyəti narahat edən aktual məsələlər araşdırılacaq

23 Oktyabr 2018, 14:05 (GMT +4)
Azərbaycan nümayəndə heyəti Həştərxanda qadın sahibkarların forumunda iştirak edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66