Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MEDİA

Azərbaycanda şirkətlərin media aktivliyinin reytinqi açıqlanıb (SİYAHI)

08 Yanvar 2018, 11:29 (GMT +4)

Bakı, 8 yanvar, SalamNews. Media Consulting and Services  01-31 Dekabr 2017-ci il dövrü üzrə məlumatların ilkin hesabatını başa çatdırıb.

Şirkətdən SalamNews-a verilən məlumata görə, medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.

Qeyd edək ki, media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  550 on-line media daxil olmaqla  615-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 

Məşhur 5 sektorda ad hallanması üzrə məlumatların ümumi dinamikası aşağıdakı kimidir:  

1. Banklar 27890

2. Universitetlər 15174

3. Mobil Rabitə 2321

4. Sığorta şirkətləri 1443

5. Otellər 863

Aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumları təqdim edirik:

Banklar: 27890  ədəd ad hallanan yazı

  1. ABB -1753
  2. Dəmir Bank -1444
  3. Kapital Bank - 969

Bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə  daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında  25059 bank adı hallanan yazı müşahidə edilib. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi  ətrafında cərəyan edir.  Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı.

Universitetlər: 15174  ədəd ad hallanan yazı

  1. BDU - 1601

  2. UNEC - 1130

  3. BANM- 929

Qeyd edək ki, hazırda 22 universitet və ya ali məktəbin ölkə mediasında yer alan məlumatlarının statistikasını aparırıq.

Mobil Rabitə: 2321  ədəd ad hallanan yazı

  1. Azercell -1047
  2. Nar Mobile - 664
  3. Bakcell - 610

Dekabr ayında bank sektorunda müşahidə edilən tendensiyanın oxşarı  mobil rabitə sektorunda da baş verib. Cari hesabat ayında mobil rabitə şirkətlərinin  media aktivliyi noyabr ayı ilə müqayisədə çox olub.  Belə ki, 2017-ci ilin noyabr ayında 1435 mobil rabitə şirkətlərinin adı çəkilən yazı monitorinqin əhatəsinə düşüb. Cari hesabat dövründə mobil rabitə sektorunun əsas mövzusu BakuTel-2017 olub. Məlumatların əvvəlki ayla müqayisədə sayının daha çox olmasını şərtləndirən amil də məhz BakuTel-2017-dir.

Sığorta şirkətləri:  1443 ədəd ad hallanan yazı

  1. Azərsığorta - 136
  2. Paşa sığorta -121
  3. Azsığorta – 115

İlin yekun ayı olduğunu nəzərə alaraq şirkətlər adətən dekabrda mediada daha aktiv olmağa çalışırlar. Amma maraqlıdır ki, şığorta sektorunda əksinə dekabr ayı ilə müqayisədə noyabrda məlumatlar daha çox olub. Belə ki, 2017-ci ilin noyabr ayında sığorta şirkətləri haqqında ölkə mətbuatında  1563 yazı yer alıb. Bütövlükdə sığorta şirkətlərinin media passivliyi başa düşülən deyil. İri həcmli bank kreditləri dayandırıldığı üçün sığorta şirkətləri əmlak sığortasından məhrum olub. Yeni avtomobilllərin bahalaşması və onların kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində bu seqmentdə işləyən sığorta şirkətlərinə ciddi zərbə dəyib. 2018-ci ilin yanvarında  avtomobillərin idxal və aksiz rüsumlarının qaldırılması bu seqmentdə mübarizə aparan sığorta şirkətlərinin işlərini bir az da çətinləşdirəcək.  Kredit bazarı, deməli girov qoyulan əmlakın sığortası da yaxın vaxtda bərpa olunmayacaq. Buna baxmayaraq sığorta şirkətlərinin öz xidmətlərini diversifikasiya etmək təşəbbüsləri mediada gözə dəymir.

Otellər: 863 ədəd ad hallanan yazı

1. Hilton Baku - 265

2. Excelsior Baku - 171

3. Fairmont Baku - 100

Cari hesabat dövründə Hilton Baku haqqında dərc olunan məlumatların kəskin artması bu ayda iki məşhurun, - Braziliya futbolçusu Dani Alveş  və  100 kiloqram çəki atması ilə gündəmə gələn Faruk Sabancı Yeni il bayramını bu oteldə qeyd edəcəyinə dair məlumatlar mediada dərc edilib. Hesabat dövründə otelçilik sektorunda əsas mövzu yeni il proqramları olub. Qeyd edək ki, hazırda 21 otelin monitorinqini aparırıq. Məlumatların sayından göründüyü kimi bu sektor çox passivdir və demək olar ki, onlar yerli media ilə işləməyə həvəs göstərmir. Bunu şərtləndirən amillərdən biri onların əsas müştərilərinin əcnəbilərin olması göstərilə bilər.

2017-ci ilin Dekabr ayının statistikasından göründüyü kimi, banklar arasında Azərbaycan Beynəlxalq Bankı, ali məktəblər arasında BDU, mobil rabitə şirkətləri arasında Azercell, sığorta şirkətləri arasında Azərsığorta,   otel və biznes mərkəzləri arasında  Hilton Baku  haqqında daha çox ad hallanması olub.

Qeyd edək ki, nəticələr  www.mcs.az  və facebook səhifəsində  də yerləşdirilib:

https://www.facebook.com/MediaConsultingServices/

Əlavə etmək istərdik ki, elan olunan statistika  ilkin nəticələrdir və yalnız say göstəricilərini ifadə edir. Media Consulting and Services  reklam haqqında qanunvericiliyi və biznes etikasını nəzərə alaraq qurumlar haqqında dərc olunan məlumatların keyfiyyət və tonallıq  (pozitiv, neytral və neqativ) üzrə statistikasını mətbuata açıqlamır. Ətraflıməlumat əldə etmək və media monitorinq qrupu tərəfindən hazırlanan geniş hesabata abunə olmaq  istəyən şəxslər  news@mcs.az ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.   


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

13 Dekabr 2018, 18:10 (GMT +4)
“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib

13 Dekabr 2018, 18:06 (GMT +4)
Gənclər Fondu müsabiqənin nəticəsini elan edib

13 Dekabr 2018, 17:50 (GMT +4)
QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək

13 Dekabr 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan  məzənnəsi açıqlanıb

13 Dekabr 2018, 17:38 (GMT +4)
Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

13 Dekabr 2018, 17:30 (GMT +4)
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

13 Dekabr 2018, 17:22 (GMT +4)
Britaniya Küveytdə hərbi qərargah inşa etməyə başlayır

13 Dekabr 2018, 17:21 (GMT +4)
Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

13 Dekabr 2018, 17:18 (GMT +4)
İtaliya Senatında Azərbaycanla bağlı kitabın təqdimatı olub (FOTO)

13 Dekabr 2018, 17:12 (GMT +4)
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib

13 Dekabr 2018, 17:06 (GMT +4)
Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir

13 Dekabr 2018, 16:59 (GMT +4)
"Azər-Türk Bank" ödəniş kartları ilə bağlı yeni kampaniya keçirir

13 Dekabr 2018, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib

13 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti iclası keçirilib

13 Dekabr 2018, 16:40 (GMT +4)
Sumqayıt Texnologiyalar Parkı Danimarkaya alüminium profillər ixrac edib

13 Dekabr 2018, 16:37 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqları bitib – Nəticələr açıqlanıb

13 Dekabr 2018, 16:35 (GMT +4)
AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb

13 Dekabr 2018, 16:29 (GMT +4)
“DaimOnline” kampaniyası daha iki universitetdə təşkil edilib

13 Dekabr 2018, 16:24 (GMT +4)
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib

13 Dekabr 2018, 16:18 (GMT +4)
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib (SİYAHI)

13 Dekabr 2018, 16:12 (GMT +4)
Azərbaycanın 6 ölkədə rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq

13 Dekabr 2018, 16:07 (GMT +4)
Bakıda Azərbaycan-Aİ formatında nəqliyyat üzrə yüksək səviyyəli ilk dialoq keçiriləcək

13 Dekabr 2018, 16:04 (GMT +4)
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

13 Dekabr 2018, 15:51 (GMT +4)
Rusiya Colanın İsrail ərazisinə qatılmasının qeyri qanuni olduğunu yenidən bəyan edib

13 Dekabr 2018, 15:50 (GMT +4)
Qaxda çayın kənarında 110 ədəd pirotexniki vasitə aşkar edilib

13 Dekabr 2018, 15:41 (GMT +4)
“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!

13 Dekabr 2018, 15:39 (GMT +4)
ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib

13 Dekabr 2018, 15:30 (GMT +4)
“Azəriqaz” abonentlərinin sayını açqılayıb

13 Dekabr 2018, 15:21 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

13 Dekabr 2018, 15:15 (GMT +4)
Dövlət İdarəçilik Akademiyası ilə Nazirlik arasında Memorandum imzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66