Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Azərbaycan Milli Kitabxanası ilə Los-Anceles Universitet kitabxanası arasında memorandum imzalanıb

10 Yanvar 2018, 12:13 (GMT +4)

Bakı, 10 yanvar, SalamNews. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə Kaliforniya Los-Anceles Universitetinin (UCLA) kitabxanası arasında anlaşma memorandumu imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan SalamNews-a bildirilib ki, imzalanma mərasimindən əvvəl UCLA kitabxanasının Yəhudi, Yaxın Şərq və Mərkəzi Asiya üzrə əməkdaşı Deyvid Hörş Azərbaycana səfərləri və ölkəmizin kitabxanaçılığın inkişafı istiqamətində əldə etdiyi uğurlar barədə təəssüratlarını bölüşərək, iki qurum arasında əməkdaşlığın gələcəyinə böyük ümidlə yanaşdığını qeyd edib.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanmasını hər iki kitabxana arasında mütəmadi olaraq kitab, informasiya və təcrübə mübadilələrinin həyata keçirilməsinə imkan yaradacağını, habelə oxucuların zəngin informasiya resurslarından istifadə imkanlarını xeyli artıracağını vurğulayıb. O, bu memorandumun imzalanmasının, eyni zamanda, qısa bir müddət ərzində həm Azərbaycan Milli Kitabxanasında, həm də UCLA kitabxanasında hər iki ölkənin tarixinin, mədəniyyətinin, elminin, adət və ənənələrinin təbliğində və öyrənilməsində əhəmiyyətli rol oynayacaq informasiya və elektron resursları fondunun formalaşmasına və oxucuların istifadəsinə verilməsinə imkan yaradacağını söyləyib. K.Tahirov, həmçinin UCLA kitabxanası ilə əlaqələrin yaradılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna təşəkkürünü bildirib.

UCLA kitabxanasının direktoru Virciniya Stil Milli Kitabxananın beynəlxalq tərəfdaşlardan birinə çevrilməsindən məmnunluq hissi duyduğunu bildirib. O, UCLA kitabxanası və Milli Kitabxananın əməkdaşlığı və birgə həyata keçirəcəyi layihələr vasitəsilə bütün dünyada alim və tələbələrə hər iki ölkə haqqında biliklərin daha geniş və asan şəkildə çatdırılacağına əminliyini ifadə edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev deyib ki, UCLA kitabxanası Milli Kitabxana ilə əməkdaşlığa başlayan ilk universitet kitabxanasıdır.

Baş konsul qeyd edib ki, iki qurum arasında imzalanan anlaşma memorandumu qarşılıqlı faydalı əməkdaşlığa, eləcə də hər iki xalqın daha da yaxınlaşmasına güclü zəmin yaradacaq.

Çıxışlardan sonra Azərbaycan Milli Kitabxanasının tarixi, fəaliyyəti və uğurlarını əks etdirən qısa film nümayiş olunub.

Sonda iki kitabxana arasında anlaşma memorandumu imzalanıb. Memorandumu Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və UCLA kitabxanasının direktoru Virciniya Stil imzalayıblar.

K.Tahirov Azərbaycan Milli Ensiklopediyasının artıq nəşr olunmuş cildlərini və Azərbaycana dair digər kitabları UCLA kitabxanasına təqdim edib.

Qeyd edək ki, ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan UCLA kitabxanasında 9 milyonadək kitab saxlanılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Milli Kitabxanasında “Açıq kitabxana” saytının təqdimatı olub

Misirli diplomat və baş redaktor Azərbaycan Milli Kitabxanasında olublar

Azərbaycan Milli Kitabxanası açıq havada da fəaliyyət göstərəcək

Azərbaycan Milli Kitabxanasında “Rumın ədəbiyyatı gecəsi” keçiriləcək

Çin ilə Azərbaycan Milli Kitabxanası arasında Memorandum imzalanıb

Azərbaycan Milli Kitabxanası Turin kitab sərgisində iştirak edəcək

23 İyun 2018, 19:16 (GMT +4)
Müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib

23 İyun 2018, 18:06 (GMT +4)
Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

23 İyun 2018, 16:58 (GMT +4)
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda bərpa müalicə xidmətləri ilə tanış olub

23 İyun 2018, 16:50 (GMT +4)
Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

23 İyun 2018, 16:45 (GMT +4)
Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Moskvada və Moskva vilayətində silsilə tədbirlər keçiriblər (FOTOLENT)

23 İyun 2018, 16:40 (GMT +4)
Maşınqayırma sənayesi işçiləri təltif edilib

23 İyun 2018, 16:34 (GMT +4)
Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

23 İyun 2018, 16:23 (GMT +4)
Azərbaycanda dəniz nəqliyyatı işçiləri təltif olunublar

23 İyun 2018, 16:14 (GMT +4)
Dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdü ayrılıb

23 İyun 2018, 16:10 (GMT +4)
Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

23 İyun 2018, 15:57 (GMT +4)
DMX rəisi AmCham-ın nümayəndələri ilə görüşüb

23 İyun 2018, 15:43 (GMT +4)
Yunan əsgərləri türk gəmisinə atəş edib, xəsarət alan var

23 İyun 2018, 15:31 (GMT +4)
Prezident İlham Əliyev Mozambik prezidentini təbrik edib

23 İyun 2018, 15:20 (GMT +4)
Ukraynada Azərbaycan Ticarət Evi açılıb

23 İyun 2018, 15:04 (GMT +4)
Səhiyyə işçilərinə fəxri adlar verilib

23 İyun 2018, 14:56 (GMT +4)
Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

23 İyun 2018, 14:40 (GMT +4)
Azərbaycandan Ukrayna iqtisadiyyatına 362 milyon dolla investisiya yatırılıb

23 İyun 2018, 14:28 (GMT +4)
Prezident Əkif Əlizadə ilə bağlı sərəncam imzalayıb

23 İyun 2018, 14:17 (GMT +4)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb

23 İyun 2018, 14:08 (GMT +4)
Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq

23 İyun 2018, 13:57 (GMT +4)
Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

23 İyun 2018, 13:42 (GMT +4)
Beynəlxalq layihədə “İrəli” gəncləri iştirak edir

23 İyun 2018, 13:34 (GMT +4)
Almanların 40 faizdən çoxu Angela Merkelin kansler postunu tərk etməsini istəyir

23 İyun 2018, 13:27 (GMT +4)
Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

23 İyun 2018, 13:11 (GMT +4)
Cənubi Koreya və KXDR bölünmüş ailələrin görüşü barədə razılığa gəlib

23 İyun 2018, 12:53 (GMT +4)
"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub

23 İyun 2018, 12:44 (GMT +4)
Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərlə görüşüb

23 İyun 2018, 12:35 (GMT +4)
Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxıb

23 İyun 2018, 12:23 (GMT +4)
İlahiyyat İnstitutunda ilahiyyatçı alimlərlə görüş keçirilib

23 İyun 2018, 12:15 (GMT +4)
Prezident Əlcəzairin ədliyyə nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66