Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

ABŞ-da vəfat etmiş məşhur pianoçu Çingiz Sadıxov Bakıda dəfn ediləcək

10 Yanvar 2018, 17:32 (GMT +4)

Bakı, 10 yanvar, SalamNews. Tanınmış azərbaycanlı pianoçu, respublikanın Xalq artisti Çingiz Sadıxov Amerika Birləşmiş Ştatlarında vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən SalamNews-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, görkəmli musiqiçinin nəşi vətənə gətiriləcək və Bakıda, II Fəxri xiyabanda dəfn ediləcək. Hazırda aidiyyəti dövlət qurumları bununla bağlı təşkilati işləri həyata keçirirlər.

Çingiz Hacı oğlu Sadıxov 1929-cu il aprelin 5-də Bakıda anadan olub. İlk musiqi təhsilini paytaxtdakı Onillik musiqi məktəbində (indiki Bülbül adına Orta ixtisas musiqi məktəbi) alıb. Sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Fortepiano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyub.

Görkəmli musiqiçi Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri olub, Bülbül, Rəşid Behbudov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalar və başqa məşhur vokalçıları müşayiət edib. Çingiz Sadıxov Bakıda 16 saylı musiqi məktəbinin direktoru, “Azkonsert” yaradıcılıq birliyinin bədii rəhbəri, Bakı Musiqi Akademiyasının professoru vəzifələrində çalışıb, eləcə də Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi olub.

Çingiz Sadıxov 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1987-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident İlham Əliyevin 2009-cu il 28 oktyabr tarixli sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Musiqiçi 1994-cü ildən Amerika Birləşmiş Ştatlarının San-Fransisko, son zamanlarda isə San-Xose şəhərlərində yaşayıb və 2017-ci il dekabrın 30-da dünyasını dəyişib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Kaliforniyada xalq artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib

23 İyun 2018, 19:16 (GMT +4)
Müdafiə sənayesi naziri Yavər Camalov dünyasını dəyişib

23 İyun 2018, 18:06 (GMT +4)
Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib

23 İyun 2018, 16:58 (GMT +4)
Əmək və əhalinin sosial müdafiəsi naziri Şirvanda bərpa müalicə xidmətləri ilə tanış olub

23 İyun 2018, 16:50 (GMT +4)
Baş nazirin yanında pambıqçılığın inkişafı ilə əlaqədar müşavirə keçirilib

23 İyun 2018, 16:45 (GMT +4)
Anım və Hüzn Günü münasibətilə azərbaycanlılar Moskvada və Moskva vilayətində silsilə tədbirlər keçiriblər (FOTOLENT)

23 İyun 2018, 16:40 (GMT +4)
Maşınqayırma sənayesi işçiləri təltif edilib

23 İyun 2018, 16:34 (GMT +4)
Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimələnib

23 İyun 2018, 16:23 (GMT +4)
Azərbaycanda dəniz nəqliyyatı işçiləri təltif olunublar

23 İyun 2018, 16:14 (GMT +4)
Dəniz nəqliyyatı işçilərinə Prezidentin fərdi təqaüdü ayrılıb

23 İyun 2018, 16:10 (GMT +4)
Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

23 İyun 2018, 15:57 (GMT +4)
DMX rəisi AmCham-ın nümayəndələri ilə görüşüb

23 İyun 2018, 15:43 (GMT +4)
Yunan əsgərləri türk gəmisinə atəş edib, xəsarət alan var

23 İyun 2018, 15:31 (GMT +4)
Prezident İlham Əliyev Mozambik prezidentini təbrik edib

23 İyun 2018, 15:20 (GMT +4)
Ukraynada Azərbaycan Ticarət Evi açılıb

23 İyun 2018, 15:04 (GMT +4)
Səhiyyə işçilərinə fəxri adlar verilib

23 İyun 2018, 14:56 (GMT +4)
Mehdi Hüseynzadənin 100 illiyi keçiriləcək

23 İyun 2018, 14:40 (GMT +4)
Azərbaycandan Ukrayna iqtisadiyyatına 362 milyon dolla investisiya yatırılıb

23 İyun 2018, 14:28 (GMT +4)
Prezident Əkif Əlizadə ilə bağlı sərəncam imzalayıb

23 İyun 2018, 14:17 (GMT +4)
Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyadan Qarsa taxıl daşınıb

23 İyun 2018, 14:08 (GMT +4)
Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq

23 İyun 2018, 13:57 (GMT +4)
Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar

23 İyun 2018, 13:42 (GMT +4)
Beynəlxalq layihədə “İrəli” gəncləri iştirak edir

23 İyun 2018, 13:34 (GMT +4)
Almanların 40 faizdən çoxu Angela Merkelin kansler postunu tərk etməsini istəyir

23 İyun 2018, 13:27 (GMT +4)
Azərbaycan və Ermənistanın XİN başçıları görüş barədə razılığa gəlib

23 İyun 2018, 13:11 (GMT +4)
Cənubi Koreya və KXDR bölünmüş ailələrin görüşü barədə razılığa gəlib

23 İyun 2018, 12:53 (GMT +4)
"Sumqayıt" klubuna yeni məşqçi təyin olunub

23 İyun 2018, 12:44 (GMT +4)
Dövlət Komitəsinin sədri Gəncədə məcburi köçkünlərlə görüşüb

23 İyun 2018, 12:35 (GMT +4)
Yunanıstanın baş naziri ilk dəfə qalstuk taxıb

23 İyun 2018, 12:23 (GMT +4)
İlahiyyat İnstitutunda ilahiyyatçı alimlərlə görüş keçirilib

23 İyun 2018, 12:15 (GMT +4)
Prezident Əlcəzairin ədliyyə nazirini qəbul edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66