Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

10 Yanvar 2018, 17:51 (GMT +4)

Bakı, 10 yanvar, SalamNewsYanvarın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan SalamNews-a verilən məlumata görə, ilk olaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin akademik-katibi, akademik Nazim Məmmədov məruzə ilə çıxış edib. Akademik hesabat ilində fundamental və tətbiqi tədqiqatların Rəyasət Heyəti tərəfindən təsdiq olunmuş "Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətləri"nə uyğun həyata keçirildiyini bildirib.

Bəzi statistik məlumatları nəzərə çatdıran N.Məmmədov hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işinin aparıldığını deyib: “12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb”. 2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan akademik onlardan 462-nin Scopus və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib. Əməkdaşların əsərlərinə 9956 istinad olunduğunu söyləyib.

2017-ci ildə "AMEA-nın professoru" elmi adına bölmədən 6 nəfər layiq görülüb.

Kvant informatikası sahəsində ölkədə mövcud durum, potensialı və inkişaf perspektivlərini təhlil edən Nazim Məmmədov AMEA Fizika İnstitutunda "Kvant informatikası" baza laboratoriyasının və bu laboratoriyanın nəzdində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun İnformasiya Texnologiyaları Laboratoriyası ilə birgə kadr hazırlığı üçün virtual distant təlim infrastrukturunun yaradıldığını diqqətə çatdırıb.

İclasda qeyd olunub ki, AMEA Fizika İnstitutunda Şamaxı Astrofizika Rəsədxanası ilə Azərkosmos ASC və Milli Aviasiya Akademiyasının birgə "Kosmos və yerətrafı kosmik fəzanın fizikası" laboratoriyası, AMEA Biofizika İnstitutunda Riyaziyyat və Mexanika İnstitutu ilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə "İnteqrativ biofizika" laboratoriyası, eləcə də AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Siqnalların emalının riyazi problemləri" laboratoriyası yaradılıb. Radiasiya Problemləri İnstitutunun nəzdində "Nüvə və Radiasiya Təhlükəsizliyi üzrə Ekspertiza", "Ətraf mühitin fizika və kimyası", "Nüvə Elmləri üzrə Beynəlxalq Məlumat" mərkəzləri fəaliyyət göstərir.

Hesabat dövründə elm və təhsilin inteqrasiyası sahəsində görülən işlərdən danışan N.Məmmədov bildirib ki, alimlərimiz Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin universitetlərində professor, dəvətli professor kimi pedaqoji fəaliyyətlə məşğul olurlar. Elektron elm və təhsilin inteqrasiyası istiqamətində ardıcıl işlər görüldüyünü deyən məruzəçi Təhsil Nazirliyinin nəzdində olan on iki universitetin AzScienceNet şəbəkəsinə qoşularaq GEANT elm və təhsil şəbəkəsinə çıxış əldə etdiyini, distant təhsil texnologiyalarının tətbiqinin genişləndiyini, bölgələrdən olan doktorant və dissertantlar üçün elm informatikası fənnindən distant tədris kursunun təşkil olunduğunu söyləyib. Bir sıra texniki fənn olimpiadalarının təşkilindən söz açan akademik "Gənc riyaziyyatçılar məktəbi"nin yaradılması, alimlərlə orta məktəb şagirdləri arasında görüşlərin keçirilməsi və onların laboratoriyalarda aparılan tədqiqat işləri ilə tanışlığını elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyət kimi qiymətləndirib.

Ötən il elm və istehsal arasında əlaqələrin gücləndirilməsi, elmi-tədqiqat nəticələrinin tətbiqi və elmi-tədqiqat ekspedisiyalarının təşkili istiqamətində bir sıra işlər görüldüyünü vurğulayan Nazim Məmmədov on tədqiqat işinin nəticəsinin tətbiq olunduğunu bildirib: "Layların neft veriminin artırılması texnologiyası yaradılmış və Çinin məşhur “Petrochina” neft şirkətinin dəvəti ilə Bohai Bay dəniz yatağında mədən şəraitində tətbiq edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi əsasında "ASAN Viza" sistemi yaradılaraq "ASAN Xidmət"də tətbiq edilmişdir. Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün informasiya sistemi Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində quraşdırılmışdır".

Hesabat məruzəsində beynəlxalq və respublika səviyyəli konfransların keçirildiyi, Azərbaycan və ingilis dillərində çap olunmuş jurnallarda ölkəmizlə yanaşı, xarici müəlliflərin də məqalələrinin nəşr edildiyi bildirilib. Qeyd edilib ki, hesabat ilində akademik Nazim Məmmədov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan hökumətinin səlahiyyətli nümayəndəsi təyin olunub. Hazırda BNTİ-də 20 azərbaycanlı alim çalışır.

İclasda Avropa Birliyinin Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşulan ölkələrin elm və təhsil şəbəkələrini birləşdirən regional kompüter şəbəkəsinin yaradılması, eləcə də Avropanın elm və təhsil şəbəkələri infrastrukturuna inteqrasiya edilməsi üçün "EaPConnect" layihəsinin həyata keçirildiyini deyən Nazim Məmmədov həmin ölkələrin Avropanın bütün elmi qurumları ilə birbaşa, genişzolaqlı internet əlaqəsi qurmaq imkanı əldə etdiyini vurğulayıb. Bildirilib ki, İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq Eduroam xidmətinin Azərbaycan üzrə milli operatorudur. Bu xidmətə qoşulan təşkilatların nümayəndələri xarici ölkələrin elmi qurumlarına səfər etdikdə sərbəst və etibarlı internetə çıxış imkanı qazanırlar.

Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələr Akademiyanın illik hesabatına daxil edilib. Elmi-tədqiqat, təhsil və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında olub.

Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Zoologiya İnstitutunun doktorantı Nərmin Beydizadə Rumıniyanın Babeş-Bolyai Universitetinə ezam edilib, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov Beynəlxalq Türk Akademiyasının təsis etdiyi "Atalar mirası" Ensiklopedik Multimedia Fondunun koordinatoru vəzifəsinə təyin edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub

AMEA-nın gənc aliminin adı dünyada yüksək istinad almış alimlərin siyahısında yer alıb

AMEA prezidenti Kiyevdə səfərdədir

Mərkəzi Elmi Kitabxanada AMEA Qadınlar Şurası “Heydər Əliyev dərsləri” adlı tədbir keçirib

AMEA-nın professorlarının Koordinasiya Şurasının ilk iclası keçirilib

AMEA-nın prezidenti Sankt-Peterburqun universitetində mühazirə oxuyub

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşları təltif edilib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub (FOTOLAR)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun əməkdaşları təltif edilib

Yaqub Mahmudov: İstedadlı gənclər dissertasiyalarını müdafiə etdikdən sonra AMEA-nı tərk edirlər

AMEA-nın Yüksək Texnologiyalar Parkına infotur təşkil olunub

AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Caspian European Club AMEA ilə birgə biznes-forum keçirib

AMEA-nın adlı mükafatları fəxri medallarla əvəz ediləcək

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşları artırılıb

AMEA-nın institutlarında yeni şöbələr yaradılacaq

AMEA-nın magistrant və doktorantları yataqxana ilə təmin ediləcək

AMEA Yüksәk Texnologiyalar Parkı ANAMA ilə Niyyət Sazişi imzalayıb

AMEA-nın prezidenti Bolqarıstanlı həmkarı ilə görüşüb

13 Dekabr 2018, 18:10 (GMT +4)
“Birinci Korporativ Blokçeyn Platforması”nın açılış mərasimi keçirilib

13 Dekabr 2018, 18:06 (GMT +4)
Gənclər Fondu müsabiqənin nəticəsini elan edib

13 Dekabr 2018, 17:50 (GMT +4)
QDİƏT-ə sədrlik Azərbaycandan Bolqarıstana keçəcək

13 Dekabr 2018, 17:45 (GMT +4)
Dolların sabaha olan  məzənnəsi açıqlanıb

13 Dekabr 2018, 17:38 (GMT +4)
Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

13 Dekabr 2018, 17:30 (GMT +4)
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

13 Dekabr 2018, 17:22 (GMT +4)
Britaniya Küveytdə hərbi qərargah inşa etməyə başlayır

13 Dekabr 2018, 17:21 (GMT +4)
Zakir Həsənov NATO Müdafiə Kollecinin rəisi ilə görüşüb

13 Dekabr 2018, 17:18 (GMT +4)
İtaliya Senatında Azərbaycanla bağlı kitabın təqdimatı olub (FOTO)

13 Dekabr 2018, 17:12 (GMT +4)
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verilib

13 Dekabr 2018, 17:06 (GMT +4)
Beynəlxalq iqtisadi biliklər Azərbaycana gətirilir

13 Dekabr 2018, 16:59 (GMT +4)
"Azər-Türk Bank" ödəniş kartları ilə bağlı yeni kampaniya keçirir

13 Dekabr 2018, 16:57 (GMT +4)
Prezident İlham Əliyev Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib

13 Dekabr 2018, 16:45 (GMT +4)
Azərbaycan-Rusiya Birgə Komissiyasının növbəti iclası keçirilib

13 Dekabr 2018, 16:40 (GMT +4)
Sumqayıt Texnologiyalar Parkı Danimarkaya alüminium profillər ixrac edib

13 Dekabr 2018, 16:37 (GMT +4)
Yəmənlə bağlı sülh danışıqları bitib – Nəticələr açıqlanıb

13 Dekabr 2018, 16:35 (GMT +4)
AQTA mütəxəssisləri Gəncədə sahibkarlarla görüşüb

13 Dekabr 2018, 16:29 (GMT +4)
“DaimOnline” kampaniyası daha iki universitetdə təşkil edilib

13 Dekabr 2018, 16:24 (GMT +4)
Azərbaycan Prezidenti: Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib

13 Dekabr 2018, 16:18 (GMT +4)
Azərbaycanın idman mütəxəssislərinə Prezidentin fərdi təqaüdü və fəxri ad verilib (SİYAHI)

13 Dekabr 2018, 16:12 (GMT +4)
Azərbaycanın 6 ölkədə rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq

13 Dekabr 2018, 16:07 (GMT +4)
Bakıda Azərbaycan-Aİ formatında nəqliyyat üzrə yüksək səviyyəli ilk dialoq keçiriləcək

13 Dekabr 2018, 16:04 (GMT +4)
Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

13 Dekabr 2018, 15:51 (GMT +4)
Rusiya Colanın İsrail ərazisinə qatılmasının qeyri qanuni olduğunu yenidən bəyan edib

13 Dekabr 2018, 15:50 (GMT +4)
Qaxda çayın kənarında 110 ədəd pirotexniki vasitə aşkar edilib

13 Dekabr 2018, 15:41 (GMT +4)
“Nar MiFi” paketini al, 6 aya qədər pulsuz internet əldə et!

13 Dekabr 2018, 15:39 (GMT +4)
ETSN neftlə çirklənmiş ərazilərin təmizlənməsinə təcrübəli xarici şirkətləri cəlb edib

13 Dekabr 2018, 15:30 (GMT +4)
“Azəriqaz” abonentlərinin sayını açqılayıb

13 Dekabr 2018, 15:21 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

13 Dekabr 2018, 15:15 (GMT +4)
Dövlət İdarəçilik Akademiyası ilə Nazirlik arasında Memorandum imzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66