Mobil versiya RU AZ
_

DÜNYA » CƏMİYYƏT

Yaponiyada güclü qar bir sıra fəsadlar törədib

12 Yanvar 2018, 10:20 (GMT +4)

Bakı, 12 yanvar, SalamNewsYaponiyanın Niiqata şəhərindən Naqaokuya gedən qatarın yüzlərlə sakini güclü qar səbəbindən gecəni vaqonlarda keçirməyə məcbur olublar.

SalamNews AZERTAC-a istinadla xəbər verir ki, güclü qar nəticəsində Sancyo rayonunda dəmir yolunda qalan qatarda 600-ə yaxın sərnişin olub. Qatar aralarındakı məsafə 600 metr təşkil edən iki stansiya arasında dayanıb. Sərnişinlər gecəni qatarda keçiriblər. Onlardan bəziləri qohumlarının evlərinə gediblər. Hazırda qatarda təqribən 430 nəfərin qaldığı bildirilir.

“JR East” şirkətinin operatoru olduğu dəmir yolunun əməkdaşları səhər saatlarında qatarda qalmış sərnişinlərə yemək və su çatdırıblar. Bununla yanaşı, bir neçə nəfərin özünü yaxşı hiss etmədiyi və xəstəxanaya aparıldığı da bildirilir. Şirkət dəmir yolu xəttinin təmizlənməsini davam etdirir.

Bu qatar cümə gününə keçən gecə yolda qalan yeganə heyət olmayıb. Yayılan məlumatlara görə, güclü qar səbəbindən daha bir neçə heyət stansiyalarda dayanmaq məcburiyyətində qalıb və sərnişinlər gecəni vaqonlarda keçiriblər.

Yaponiyanın qərbinə və Yapon dənizi sahillərinə yağan qar bir çox yerlərdə nəqliyyatın hərəkətində ciddi maneələr yaradıb. Sikoku adasında qatar dəmir yoluna düşən ağaca görə hərəkətini dayandırıb. Tokoşima şəhərində yollarda uzun tıxaclar yaranıb. Kyuşu adasında yerləşən Kumamoto aeroportunda reyslər təxirə salınıb, Niiqata aeroportu uçuş-enmə zolağını tamamilə bağlayıb.

Niiqata prefekturasında və Yapon dənizi sahillərində son günlər yağan güclü qar illik normanı bir neçə dəfə üstələyib. Bəzi yerlərdə bir metrə yaxın qar yağıb və qar örtüyünün qalınlığı 2,5 metrə çatıb.



Əlaqəli Xəbərlər

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66