Mobil versiya RU AZ
_

DÜNYA » CƏMİYYƏT

Qazaxıstanda son illərin ən sərt hava şəraiti qeydə alınıb

12 Yanvar 2018, 10:34 (GMT +4)

Bakı, 12 yanvar, SalamNews. Qazaxıstanda son illərin ən sərt hava şəraiti qeydə alınıb. Yanvarın 11-də gecə saatlarından başlayan güclü qar fırtınası səbəbindən Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub. Paytaxt Astanada intensiv qar yağışı və şiddətli külək həyatı iflic edib.

SalamNews-un AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, sürəti saatda 76 kilometrə çatan qasırğa nəticəsində insanlar yollarda qalıb, bir çox obyektlərə və yaşayış binalarına ziyan dəyib. Şəhər daxilində nəqliyyatın hərəkəti təmin edilsə də, paytaxtın digər şəhərlərlə əlaqəsində fasilələr yaranıb. Eyni zamanda, Nursultan Nazarbayev adına Astana Beynəlxalq hava limanından uçuşlar təxirə salınıb.

Günorta saatlarında Astana şəhər icra hakimiyyəti yaydığı yazılı açıqlamada şəhərdə fövqəladə vəziyyət elan olunduğunu və vətəndaşların mümkün qədər evlərindən çıxmamaları barədə xəbərdarlıq edib. Eyni zamanda, səhər saatlarında sosial şəbəkələr vasitəsilə məktəblərdə və kolleclərin aşağı kurslarında dərslərin təxirə salındığı barədə xəbər verilib. Həyati əhəmiyyətli xidmətlər istisna olmaqla, digər təşkilatlara fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq tövsiyə edilib. Ölkənin hidrometeorologiya xidmətindən yayılan açıqlamada qar çovğununun davam edəcəyi və havanın temperaturunun - 25 dərəcəyə qədər enəcəyi bildirilib.

Bununla belə, kəskin çovğuna baxmayaraq, gün ərzində şəhərdə nəqliyyatın hərəkətini asanlaşdırmaq məqsədilə yollarda qarın təmizlənməsi işləri fasiləsiz davam etdirilib. Astana meriyasından verilən məlumata görə, bu işlərə 1345 maşın cəlb edilib və 35 min ton qar şəhər kənarına daşınıb.

Qeyd edək ki, qış mövsümünün beş-altı ay davam etdiyi Astana şəhəri Monqolustanın paytaxtı Ulan-Batordan sonra dünyanın ikinci ən soyuq paytaxtı hesab olunur.



Əlaqəli Xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransanın mövqeyi dəyişməzdir - səfir

Baş infeksionist: “Virus xəstəliklərinə qarşı qabaqlayıcı tədbirlər vacibdir”

Külli miqdarda valyutanın qanunsuz yolla ölkədən çıxarılması cəhdinin qarşısı alınıb

İsveçdə polis məntəqəsinin qarşısında güclü partlayış olub

Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı təsdiqlənib

İtaliyalı tədqiqatçı: “İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər”

Şotlandiyada güclü qar səbəbindən yollarda tıxaclar 30 kilometrdən çox uzanıb

Ötən il Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 215 cinayət işi istintaq olunub

Şikayətlərin çoxu bank və tikinti sektorları ilə bağlıdır - Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi

Dağlıq Qarabağda erməni əsgər naməlum şəraitdə öldürülüb

Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb

İlham Əliyev: SOCAR Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdıracaq

Bolqarıstanın Baş naziri: Azərbaycan qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir

Gömrükdə xeyli miqdarda mobil telefon və siqaret aşkarlanıb

Bolqarıstanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb

Azərbaycan Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır

Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri ilə təkbətək görüşü olub

20 Yanvar 2018, 16:58 (GMT +4)
Gömrükçülər 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad ediblər

20 Yanvar 2018, 16:50 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Qarabağ bölgəsində böyük ehtiramla yad edilib

20 Yanvar 2018, 16:44 (GMT +4)
Ucar rayonu ərazisində törədilən ağır cinayətin üstü “isti izlər”lə açılıb

20 Yanvar 2018, 16:35 (GMT +4)
Afrin əməliyyatı  başlayıb - Ərdoğan

20 Yanvar 2018, 16:20 (GMT +4)
Daşkəsəndə 20 Yanvar şəhidləri anılıb

20 Yanvar 2018, 16:09 (GMT +4)
İrandan Rusiyaya gedən şəxsdən külli miqdarda valyuta aşkar edilib (VİDEO)

20 Yanvar 2018, 15:40 (GMT +4)
Rusiyanın Çinə göndərdiyi "S-400" sistemi geri qaytarılıb

20 Yanvar 2018, 15:23 (GMT +4)
Bakıda qaçırılmış avtomobillər qısa zamanda polis tərəfindən tapılıb

20 Yanvar 2018, 15:12 (GMT +4)
Moskvada İslam Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsi yad edilib

20 Yanvar 2018, 15:05 (GMT +4)
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir (FOTOLAR)

20 Yanvar 2018, 14:59 (GMT +4)
Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTOLAR)

20 Yanvar 2018, 14:33 (GMT +4)
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20 Yanvar 2018, 14:20 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi Azərbaycanın İrandakı səfirliyində anılıb

20 Yanvar 2018, 14:05 (GMT +4)
Azərbaycan Ordusunun şəhid əsgəri Neftçalada torpağa tapşırılıb

20 Yanvar 2018, 13:50 (GMT +4)
20 yanvar şəhidləri öz qanı ilə bizi öz kimliyimizə qaytardı - Hacı Şahin

20 Yanvar 2018, 13:42 (GMT +4)
Naxçıvanda 20 Yanvar faciəsinə həsr olunan sərgi açılıb

20 Yanvar 2018, 13:35 (GMT +4)
ABŞ-dakı neft-qaz quyularının sayı azalıb

20 Yanvar 2018, 13:14 (GMT +4)
Türkiyə təhlükəsizliyi üçün lazımı bütün tədbirləri görəcək - səfir

20 Yanvar 2018, 12:58 (GMT +4)
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

20 Yanvar 2018, 12:55 (GMT +4)
“Synergy Group” MMC-də 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı iclas keçirilib

20 Yanvar 2018, 12:43 (GMT +4)
Kiyevdə 20 Yanvar faciəsi ilə bağlı “dəyirmi masa” keçirilib

20 Yanvar 2018, 12:31 (GMT +4)
Şamaxıda ər-arvadın əl-ayağını bağlayıb evdən pul oğurlayan dəstə tutulub

20 Yanvar 2018, 12:25 (GMT +4)
 "20 Yanvar"da insanlığa qarşı böyük bir cinayət törədilib - Erkan Özaral

20 Yanvar 2018, 12:20 (GMT +4)
ABŞ-da demokratlar və respublikaçılar arasında razılıq əldə edilmədiyi üçün hökumətin fəaliyyəti dayanıb

20 Yanvar 2018, 12:09 (GMT +4)
"Sarı gəlin" mahnısı Azərbaycan və Türkiyənin ortaq dəyəridir - səfir

20 Yanvar 2018, 12:00 (GMT +4)
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib (VIDEO)

20 Yanvar 2018, 11:51 (GMT +4)
Azərbaycan ilə Portuqaliya arasında Anlaşma memorandumu imzalanacaq

20 Yanvar 2018, 11:45 (GMT +4)
Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

20 Yanvar 2018, 11:37 (GMT +4)
YPG Türkiyəyə qarşı aksiyalarda iştirak etməyən dinc əhaliyə hücum edib

20 Yanvar 2018, 11:28 (GMT +4)
SOCAR Dövlət Sosial Müdafiə Fonduna ödənişləri artırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66