Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan dünyada ən güclü xalq-iqtidar birliyi olan 20 ölkə arasındadır

13 Yanvar 2018, 13:03 (GMT +4)

Bakı, 13 yanvar, SalamNews. Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkə arasındadır.

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyası ilə bağlı hesabata şərh verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı SalamNews-a bildirib ki, "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriyada Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır. Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad inkişafı isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir: "Prezident İlham Əliyevin dediyi kimi, ölkədə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsi və eyni zamanda, iqtidarın apardığı siyasətdir. Prezident İlham Əliyevin milli maraqlara söykənən siyasəti nəticəsində 2015-ci ildən başlayaraq neft qiymətlərinin kəskin düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial layihə dayandırılmayıb, əksinə 2017-ci ildə rekord sayda - 221 min yeni iş yerinin yaradılması əhalinin hökumətə etimadının daha da artmasına səbəb olub".

Vüsal Qasımlının sözlərinə görə, "Siyasətçilərə ictimai etimad" adlanan kateqoriya üzrə Azərbaycan "Böyük İyirmilik" ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır. Azərbaycan "Qlobal Rəqabətlilik Hesabatında" daha bir kateqoriya – "Dövlət tənzimlənməsinin yükü" göstəricisinə görə dünyada 15-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan dünyada dövlətə ən çox etimad göstərilən və dövlətin əhaliyə və biznesə ən az yük olduğu ölkələrin sırasındadır. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik Hesabatı"nda "Siyasətçilərə ictimai etimad" kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.

"Dövlətimizin başçısının dediyi kimi, iqtisadi islahatlar dərin və köklü olmaqla yanaşı, həm də nəticələr verib. Xarici şokların mənfi təsirinə baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalq-iqtidar birliyi daha da dərinləşib. Adətən böhran zamanı digər ölkələrdə ictimai-siyasi kataklizmlər olduğu halda, Azərbaycanda sabitlik nəinki qorunub, həm də möhkəmlənib. Məhz bu sabitliyin nəticəsidir ki, nəinki Azərbaycan xalqı, həm də xarici investorlar iqtidarın siyasətinə etimad göstərirlər. Təkcə 2017-2018-ci illərdə Azərbaycan iqtisadiyyatına 30 milyard ABŞ dolları sərmayə yatırılacaq ki, bu da ölkənin ÜDM-in 80 faizindən çoxdur. Azərbaycanda sabitliyin bir vacib təzahürü də ölkəmizə gələn turistlərin 2017-ci ildə 500 min nəfər artaraq 2,7 milyon nəfərə - rekord həddə çatmasıdır. Bütün bunlar dövlətin siyasətinə ictimai etimadın və xalqın inamının təzahürləridir. Prezident İlham Əliyevin daim xalqla bir yerdə olması, xalqın maraqlarını ifadə etməsi, verilən tapşırıqların icrası ilə yerində maraqlanması, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatarlılığının daim artırılması, Prezidentin tapşırığı ilə mərkəzi hakimiyyət qurumlarının rəhbərlərinin regionlarda mütəmadi keçirdikləri görüşlər, biznesə yaradılan münbit şərait, xarici siyasətdə uğurlar, ordu quruculuğu və düzgün kommunikasiya siyasəti xalqın dövlət institutlarına etimadını yüksəldir", - deyə icraçı direktor qeyd edib.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.



Əlaqəli Xəbərlər

İİTKM-də “Maliyyə Proqramlaşdırılması” mövzusunda seminar keçirilib

İİTKM yerli şirkətlərin nümayəndələri üçün təlim keçib

İİTKM Mingəçevirdə regional ictimai müzakirə keçirib

İİTKM Lənkəranda ictimai müzakirə təşkil edib

İİTKM-də ali təhsilin innovasiyada rolu müzakirə edilib

İİTKM növbəti Təcrübə Proqramını elan edib

İİTKM-də bank islahatları müzakirə olunub

İİTKM Sumqayıtda regional ictimai müzakirə keçirib

İİTKM Gəncədə regional ictimai müzakirə keçirib (FOTOLAR)

İİTKM-də rəqəmsal ödənişlər müzakirə olunub (FOTO)

İİTKM İsmayıllıda regional ictimai müzakirə keçirib (FOTOLAR)

Şərq Tərəfdaşlığı Mərkəzi ilə İİTKM arasında memorandum imzalanıb

İİTKM Kooperasiya Universitetində ictimai mühazirə keçirib

İİTKM şimal bölgəsində ictimai müzakirə təşkil edib

İİTKM Dövlət Pedaqoji Universitetdə ictimai mühazirə keçirib (FOTOLAR)

İİTKM üç xarici şirkətlə əməkdaşlıq sənədləri imzalayıb

VİSA şirkətinin nümayəndələri İİTKM-də olublar

İİTKM-da xarici alimlərlə islahatlar müzakirə olunub

İİTKM qərb bölgəsində ictimai müzakirə təşkil edib (FOTOLAR)

İİTKM-da ümumi iqtisadi tarazlıq modeli işlənilir

20 Yanvar 2018, 06:35 (GMT +4)
Bu gün Azərbaycanda "20 Yanvar" Ümumxalq Matəm Günüdür

19 Yanvar 2018, 18:15 (GMT +4)
Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 4 milyon manat ayrılıb

19 Yanvar 2018, 18:09 (GMT +4)
“Nar”-ın dəstək olduğu “Brain Ring” bilik yarışlarının bu ilki qalibi “Sumqayıt” komandası olub

19 Yanvar 2018, 18:00 (GMT +4)
MBNP-də 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

19 Yanvar 2018, 17:52 (GMT +4)
2018 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar viza prosedurları sadələşdiriləcək

19 Yanvar 2018, 17:45 (GMT +4)
Rusiyadan alınan müasir hərbi texnikanın yeni partiyası Azərbaycana gətirilib (FOTO,VİDEO)

19 Yanvar 2018, 17:40 (GMT +4)
Gənclər arasında yeni Proqrama start verilib (FOTOLAR)

19 Yanvar 2018, 17:33 (GMT +4)
Dolların gələn həftəyə olan məzənnəsi açıqlanıb

19 Yanvar 2018, 17:25 (GMT +4)
Yasamal Yaşayış Kompleksinin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulur

19 Yanvar 2018, 17:04 (GMT +4)
20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb (FOTOLAR)

19 Yanvar 2018, 16:53 (GMT +4)
Bu dəfə kursların keçirilməsində yerli mütəxəssislərə üstünlük verilib

19 Yanvar 2018, 16:50 (GMT +4)
Suriyanın Afrin rayonundakı Rusiya hərbçiləri geri çəkilməyə başlayıb

19 Yanvar 2018, 16:46 (GMT +4)
Tacikistan prezidenti maliyyə nazirini tutduğu vəzifədən azad edib

19 Yanvar 2018, 16:35 (GMT +4)
Caspian European Club-un CEO-un yeni müavinləri təyin olunub

19 Yanvar 2018, 16:23 (GMT +4)
Azərbaycan Ordusu daha bir şəhid verib

19 Yanvar 2018, 16:12 (GMT +4)
Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

19 Yanvar 2018, 15:50 (GMT +4)
Tovuz-Qovlar mənzilində 7,8 km dəmir yolu əsaslı təmir olunur 

19 Yanvar 2018, 15:41 (GMT +4)
Binali Yıldırım: Türkiyənin məqsədi bölgədəki terrora son qoymaqdir

19 Yanvar 2018, 15:32 (GMT +4)
ADU-nun rektoru Kamal Abdulla türkoloq Cihan Özdəmirlə görüşüb

19 Yanvar 2018, 15:19 (GMT +4)
İraq BP ilə neft müqaviləsi imzalayıb

19 Yanvar 2018, 15:05 (GMT +4)
20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini sübüt etdi - Saleh Məmmədov

19 Yanvar 2018, 14:52 (GMT +4)
20 Yanvar faicəsi bağlı Nizami Kino Mərkəzində dəyişiklik edilib

19 Yanvar 2018, 14:45 (GMT +4)
Xorvatiya "Qran Pri"-sindən uğurlu nəticə ilə dönən idmançılarla görüş keçirilib

19 Yanvar 2018, 14:41 (GMT +4)
Rusiyada məktəbə hücum nəticəsində 7 nəfər yaralanıb

19 Yanvar 2018, 14:38 (GMT +4)
Türkiyənin Müdafiə naziri: Afrində hərbi əməliyyatlar başlayacaq

19 Yanvar 2018, 14:36 (GMT +4)
Tarix İnstitu 20 Yanvar faciəsi ilə bağlı konfrans keçirib

19 Yanvar 2018, 14:30 (GMT +4)
YAP üzvlərinin sayı 710 min nəfəri ötüb

19 Yanvar 2018, 14:24 (GMT +4)
Lənkəranda 20 Yanvar faciəsinin 28-ci ildönümü anlılıb

19 Yanvar 2018, 14:19 (GMT +4)
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

19 Yanvar 2018, 14:14 (GMT +4)
Yeni Azərbaycan Partiyasının gəlirləri və xərcləri açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66