Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Əli Həsənov: "ATƏT-in Media azadlığı ofisi Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidir"

13 Yanvar 2018, 16:32 (GMT +4)

Bakı, 13 yanvar, SalamNews. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı “Amerikanın səsi” radiosuna müsahibəsində onun bəzi fikirlərinə münasibət bildirərək AZƏRTAC-a açıqlamasında deyib:

-Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır.

Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı vardır. Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir.

Ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək, söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz. Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunub, media nümayəndələrini obyektiv olmağa, başqa-başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir.

İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı və obyektiv olmalı, Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər.

Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, həmçinin jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

Əli Həsənov Gəncə hadisələrinə münasibət bildirib

Əli Həsənovun kitabı Düşənbədə tacik və rus dillərində çap olunub

Biz bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə öyünürük - Əli Həsənov

Əli Həsənov indoneziyalı jurnalistlərlə görüşüb

Əli Həsənov ABŞ Konqresinin Helsinki Komissiyasında Azərbaycanla bağlı dinləmələrə münasibət bildirib

Xarici dairələr ictimai narazılıq formalaşdırmağa can atırlar - Əli Həsənov

Əli Həsənov ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib

Əli Həsənov ordenlə təltif edilib

Anadolu Agentliyi Azərbaycan gerçəklərinin çatdırılmasına hər zaman önəm verib - Əli Həsənov

İnsanları yanlış yoldan çəkindirməyi bacarmalıyıq - Əli Həsənov

Azərbaycan dövlətini heç kim, heç zaman məğlub edə bilməz - Əli Həsənov

Sülh danışıqları nəticə verməsə Azərbaycan dövləti öz ərazilərini azad etmək üçün bütün vasitələrdən istifadə edəcək - Əli Həsənov

Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu

Əli Həsənovun "Xocalı soyqırımı" kitabı Bişkekdə qırğız və rus dillərində çap olunub

Əli Həsənov prezident seçkilərinin vaxtının dəyişdirilməsini şərh edib

Ötən 14 il ərzində maaşlar beş dəfədən, pensiyalar isə səkkiz dəfədən çox artıb - Əli Həsənov

Əli Həsənovun iştirakı ilə AHİK-in V qurultayı keçirilir

Əli Həsənov: “Bu il bizim üçün önəmli il olacaq”

Azərbaycanda media siyasəti iflasa uğraması haqqında fikirlər əsassızdır - Əli Həsənov

21 İyul 2018, 17:01 (GMT +4)
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib

21 İyul 2018, 16:51 (GMT +4)
Yetkinlik yaşına çatmayanlarla bağlı komissiyanın yeni tərkibi təsdiqlənib

21 İyul 2018, 16:46 (GMT +4)
Qəbələdə “Hərbiyyə” hərbi-vətənpərvərlik yay düşərgəsi açılıb

21 İyul 2018, 16:40 (GMT +4)
“Mersedes” Bottas ilə yeni müqavilə imzalayıb

21 İyul 2018, 16:30 (GMT +4)
Məşədi Dadaş məscidində qanvermə aksiyası keçirilib

21 İyul 2018, 16:23 (GMT +4)
Çaylardakı suyun vəziyyəti açıqlanıb

21 İyul 2018, 16:12 (GMT +4)
İlham Əliyev Misirin prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib

21 İyul 2018, 15:58 (GMT +4)
Müdafiə naziri qoşunların operativliyinin artırılması ilə bağlı tapşırıqları müəyyən edib

21 İyul 2018, 15:42 (GMT +4)
İmişli və Siyəzən rayonlarında əmək yarmarkaları keçirilib

21 İyul 2018, 15:25 (GMT +4)
Maştağa-Nardaran avtomobil yolu istifadəyə verilib

21 İyul 2018, 15:25 (GMT +4)
Gəncə hadisələri ilə bağlı daha 8 nəfər həbs olunub və 1 nəfər öldürülüb

21 İyul 2018, 15:05 (GMT +4)
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib

21 İyul 2018, 14:45 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

21 İyul 2018, 14:30 (GMT +4)
Füzulidə taxıl sahəsi yanıb

21 İyul 2018, 14:17 (GMT +4)
Azərbaycan və Türkiyə mediası dövlətlərimizin mənafeyini birgə müdafiə edir - Əli Həsənov

21 İyul 2018, 13:51 (GMT +4)
Cəlilabadda su anbarında batan şəxsin meyiti tapılıb

21 İyul 2018, 13:41 (GMT +4)
Goranboyda top mərmisi aşkarlanıb

21 İyul 2018, 13:00 (GMT +4)
700 bal toplayan paytaxt məktəblilərinin adları açıqlanıb

21 İyul 2018, 12:45 (GMT +4)
Bakıda daha 2 marşrut xətti fəaliyyətə başlayıb

21 İyul 2018, 12:20 (GMT +4)
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

21 İyul 2018, 12:02 (GMT +4)
Energetika Nazirliyində USAİD-in missiya direktoru ilə görüş keçirilib

21 İyul 2018, 11:45 (GMT +4)
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bir qrup türkiyəli jurnalistlə görüşüb

21 İyul 2018, 11:25 (GMT +4)
Ötən günün cinayət statistikası açıqlanıb

21 İyul 2018, 11:04 (GMT +4)
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatır

21 İyul 2018, 10:38 (GMT +4)
Milli Məclisin deputatları Latviyaya gedir

21 İyul 2018, 10:16 (GMT +4)
Ermənilər atəşkəs rejimini 82 dəfə pozublar

21 İyul 2018, 10:03 (GMT +4)
"Azərenerji" elektrik enerjisinin nəqlində yaranan fasilənin səbəbinə aydınlıq gətirib

21 İyul 2018, 10:02 (GMT +4)
Azərbaycan prezidentinin Fransaya səfəri başa çatıb

20 İyul 2018, 18:06 (GMT +4)
“Azərbaycanın dövlət-din modeli və gənclər” mövzusunda müzakirələr aparılıb

20 İyul 2018, 18:00 (GMT +4)
İlahiyyat İnstitutunda seminar keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66