Mobil versiya RU AZ
_

QAFQAZ » CƏMİYYƏT

Azərbaycan və Pakistan arasındakı münasibətlər möhkəm əsaslara söykənir-səfir

29 Yanvar 2018, 15:44 (GMT +4)

Bakı, 29 yanvar, SalamNews, A.Bayramova. Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistanın nüfüzlu mətbuat orqanlarından biri olan “The News” qəzetinə müsahibə verib.

SalamNews xəbər verir  ki, Pakistanla əlaqələrə dair fikrlərini bölüşən səfir Əli Əlizadə Azərbaycan və Pakistan arasındakı münasibətlərin səmimi və möhkəm əsaslara söykəndiyini qeyd edib və Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.                            

İki ölkə arasındakı əməkdaşlıq sahələri ilə bağlı sualları cavablandıran səfir, Azərbaycanla Pakistan arasında bütün əsas sahələr üzrə münasibətlərin qurulduğunu bildirib.

Səfir Pakistan vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil aldığını, eləcə də Bakı Dövlət Universitetində urdu dili fakiltəsinin fəaliyyət göstərdiyini və azərbaycanlı tələbələrin də urdu dilini öyrəndiyini, hər il Heydər Əliyev Fondunun təşəbbüsu və dəstəyi ilə bir çox humanitar və sosial layihələrin Pakistanın müxtəlif bölgələrində, təhsil, səhiyyə müəssisələrində həyata keçirildiyini bildirib.

 Səfir Pakistanla bir çox sahələr üzrə, müdafiə sənayesi, təhlükəsizlik, iqtisadi-ticari, kənd təsərrüfatı, turizm, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb, lakin real potensialın daha çox olduğunu qeyd edib. Səfir 2017-ci il ərzində ticari-iqtisadi və kənd təsərrüfatı sahələrində olmaqla iki birgə işçi qruplarının təsis edildiyini, məhsulların qarşılıqlı ixracı, birgə müəssisələrin yaradılması, mövcud nəqliyyat dəhlizlərinin imkanlarından istifadə etməklə ikitərəfli ticarət həcmininartırılmasının mümkün olduğunu, Azərbaycanın yeni yaradılmış  sənaye və texnologiya parklarındasahibkarların müxtəlif vergi imtiyazlarından yararlandığını diqqqətə çatdıraraq pakistanlı iş adamlarını bu cür imkanlardan istifadə etməyə dəvət edib.                    

Ölkəmizə səfər edən pakistanlılarla bağlı suala cavab olaraq səfir bildirib ki, Azərbaycan çox yaxşı turizm infrastrukturuna və zəngin tarixi, mədəni və təbii irsə malikdir, bu da öz növbəsində dünyanın bir çox yerlərindən turistləri cəlb edir. O qeyd edib ki, ölkə Prezidentinin sərəncamı ilə pakistan vətəndaşları üçün də viza prosedurları sadələşdirilib.

“Həm ölkələrimiz arasındakı isti və qardaşlıq münasibətləri səbəbindən, eyni zamanda Azərbaycanda mövcud olan infrastruktur, sabitlik və sadə viza rejiminə görə 2017-ci ildə ölkəmizə gələn pakistanlı turistlərin də sayı beş dəfədən çox artıb.”        Çin-Pakistan İqtisadi Dəhlizi (CPEC) ilə bağlı suala cavabında, Əli Əlizadə Azərbaycanın Avropa və Asiya arasında körpü rolunu oynadığını, Böyük İpək Yolu üzərində yerləşən nəqliyyat dəhlizləri ilə bağlı layihələr həyata keçirdiyini, Pakistanı da bu layihələrə qoşulmağa dəvət etdiyini və eyni zamanda ölkəmizin də CPEC layihəsinə qoşulmaq üçün dəvət olunduğunu söyləyib.

Səfir Bakı-Tbilisi-Qars layihəsinin başa çatdırılmasından sonra Azərbaycanın tranzit ölkə olaraq əhəmiyyətinin daha da artdığını, hazırda icrası davam edən Şimal-Cənub və Şərq-Qərb tranzit dəhlizlərinin tam istifadəyə verilməsindən sonra daha yeni imkanların açılacağını vurğulayıb.

İkitərəfli münasibətlərin inkişafında KİV-rin oynaya biləcəyi rolla bağlı fikirlərini bölüşən səfir, müasir dövrdə KİV-in əlaqələrdə önəmli rol oynadığını vurğulamış və mətbuatın Pakistan ilə Azərbaycan arasında mövcud olan münasibətləri, potensialı və imkanları işıqlandırmaqla qardaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verə biləcəyini diqqətə çatdırıb.

https://www.thenews.com.pk/print/273528-azerbaijan-great-destination-for-pakistani-students

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan və Türkiyə prezidentləri neft emalı zavodunun açılışnda iştirak ediblər

Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb

Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə yatıracaq

Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib (FOTO)

Azərbaycan həmişə Türkiyənin yanında olub - Ərdoğan

Azərbaycan sərhədçilərinin xilas etdiyi 12 iranlı dənizçidən 3-ü ölüb

Azərbaycanın Müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb

Rusiya-Azərbaycan-İran arasında elektrik enerjisi dəhlizinin yaradılması üzrə danışıqlar aparılır

Nazir: Azərbaycanın enerji ixracı 1,282 mlrd. kVt-s-a qədər yüksəlib

Azərbaycan nefti  ucuzlaşıb

Azərbaycanda fəaliyyət göstərən elektrik stansiyalarının sayı 32-yə çatdırılıb

Azərbaycanın Baş naziri İtaliya Senatının sədri ilə görüşüb

Putin Kaşıkçının “itməsi”nə maraqlı münasibət bildirib (VİDEO)

Azərbaycan sərhədçiləri Xəzərdə İran gəmisinin heyət üzvlərini xilas edib

İran və İraqda Azərbaycan şəhidlərinin adına zəvvarlara xidmət edən mərkəzlər açılıb (FOTO)

Moskvada “Azərbaycanın payız sovqatları” adlı şəhərçik açılıb (FOTOLAR)

Oğurlanmış 14 sərhədçinin tapılması üçün İran Pakistana müraciət edib

Tərtərdə Azərbaycan gənclərinin zona toplantısı keçirilib

Azərbaycan və Çin musiqiçiləri arasında təhsil əlaqələri inkişaf etdiriləcək

Azərbaycan gömrükçüləri aksiz markası olmayan siqaretlər aşkar edib

19 Oktyabr 2018, 20:05 (GMT +4)
Tanrıverdi Mustafayev ölkə başçısı tərəfindən təltif edilib

19 Oktyabr 2018, 18:41 (GMT +4)
Qərargah: Sürüşmə sahəsində olan çatlarda nisbi aktivlik qeydə alınıb

19 Oktyabr 2018, 18:30 (GMT +4)
“Virtualkarabakh.az” portalının yeni versiyasının təqdimat mərasimi keçirilib (FOTOLAR)

19 Oktyabr 2018, 18:18 (GMT +4)
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edilib

19 Oktyabr 2018, 18:10 (GMT +4)
Bakı Marşal Klubu növbəti uğura imza atıb (VİDEO)

19 Oktyabr 2018, 18:00 (GMT +4)
Məktəblilərə təhlükəsizlik qaydaları öyrədilir

19 Oktyabr 2018, 17:50 (GMT +4)
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək

19 Oktyabr 2018, 17:45 (GMT +4)
Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

19 Oktyabr 2018, 17:36 (GMT +4)
Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb

19 Oktyabr 2018, 17:34 (GMT +4)
Trampın yəhudi kürəkəni Kaşıkçı məsələsində Bin-Salmana dəstək verilməsini istəyib

19 Oktyabr 2018, 17:30 (GMT +4)
Dolların oktyabrın 22-ə olan məzənnəsi açıqlanıb

19 Oktyabr 2018, 17:25 (GMT +4)
Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib (FOTOLAR)

19 Oktyabr 2018, 17:20 (GMT +4)
Bakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdirilir

19 Oktyabr 2018, 17:16 (GMT +4)
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi artıb

19 Oktyabr 2018, 17:09 (GMT +4)
Lənkəranda tut bağında çılpaq ilbizlərə sirayətlənmə aşkar olunub

19 Oktyabr 2018, 16:56 (GMT +4)
Avropa və İran SWIFT-in alternativi olan yeni sistemdən istifadəyə başlayacaqlar

19 Oktyabr 2018, 16:51 (GMT +4)
Çingiz Abdullayev və Cəmil Məlikov CEO Lunch Baku-nun fəxri qonaqları olublar

19 Oktyabr 2018, 16:49 (GMT +4)
Azərbaycan və Türkiyə prezidentləri neft emalı zavodunun açılışnda iştirak ediblər

19 Oktyabr 2018, 16:48 (GMT +4)
Run2Help komandası: “Öz ideyalarınızı həyata keçirməkdən qorxmayın” 

19 Oktyabr 2018, 16:42 (GMT +4)
Əlcəzayir hökuməti dövlət orqanlarında işləyənlərin niqab taxmasını qadağan edib

19 Oktyabr 2018, 16:30 (GMT +4)
Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib

19 Oktyabr 2018, 16:21 (GMT +4)
Teleqüllə ətrafında sürüşmə təhlükəsi aşkarlanıb

19 Oktyabr 2018, 16:12 (GMT +4)
Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb

19 Oktyabr 2018, 16:05 (GMT +4)
Azərbaycan Türkiyəyə 20 milyard dollar sərmayə yatıracaq

19 Oktyabr 2018, 15:53 (GMT +4)
Kinorejissor Oqtay Mirqasımovun yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

19 Oktyabr 2018, 15:47 (GMT +4)
“İnternet istifadəçiləri” göstəricisinə görə ölkəmiz digər MDB ölkələri ilə müqayisədə liderdir

19 Oktyabr 2018, 15:40 (GMT +4)
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub

19 Oktyabr 2018, 15:38 (GMT +4)
Neynəvada vaxtilə İŞİD-in olduğu bölgələrdən 851 uşağın meyiti çıxarılıb

19 Oktyabr 2018, 15:34 (GMT +4)
AQTA yeni Anlaşma Memorandumu imzalayıb

19 Oktyabr 2018, 15:25 (GMT +4)
Vladimir Putinin İstanbulda keçiriləcək zirvə görüşündə iştirakı təsdiqlənib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66