Mobil versiya RU AZ
_

DÜNYA » İDMAN

Sabah Pxençan-2018 Qış Olimpiya Oyunları start götürür

08 Fevral 2018, 12:32 (GMT +4)

Bakı, 8 fevral, SalamNewsFevralın 9-da Cənubi Koreyanın Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Pxençan yalnız üçüncü cəhddən sonra Qış Olimpiya Oyunlarının paytaxtı seçilib. Cənubi Koreya 2010-cu və 2014-cü illərdə Oyunlara ev sahibliyi etmək uğrunda mübarizə aparsa da, bu hüquq Vankuver və Soçi şəhərlərinə verilmişdi.

SalamNews TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Olimpiadanın açılış mərasimi fevralın 9-da Alpenziya dağ xizəyi kurortundakı Hvanqe olimpiya parkında baş tutacaq. Tədbir soyuq hava şəraitində (mənfi 10 dərəcə) keçiriləcək. Mərasimin keçiriləcəyi stadionun üstü açıqdır. İdmançıların əksəriyyəti yarış ərəfəsində xəstələnməmək üçün Oyunların açılışına qatılmayacaqlarını bildiriblər.

Budəfəki Qış Olimpiya Oyunlarında 92 ölkədən 2925 idmançı mübarizə aparacaq. Müqayisə üçün qeyd edək ki, 2014-cü il Soçi şəhərində keçirilən Oyunlara 88 ölkədən 2858 idmançı qatılmışdı. Malayziya, Sinqapur, Ekvador, Eritreya, Nigeriya və Kosovo atletləri Qış Oyunlarında ilk dəfə iştirak edəcəklər. KXDR komandasına xüsusi kvota verilib və bu ölkə Oyunlarda 22 idmançı, o cümlədən Şimali və Cənubi Koreyanın qadınlardan ibarət vahid xokkey komandası ilə təmsil olunacaq.

Rusiyalı idmançılar qış oyunlarına olimpiya bayrağı altında çıxacaqlar. Bu ölkənin nümayəndə heyətinə bütün milli simvollardan, o cümlədən dövlət gerbi, Rusiya Olimpiya Komitəsinin emblemi və “Team Russia” əmtəə nişanından istifadə etmək qadağan olunub. Bununla yanaşı, azarkeşlər tribunalarda Rusiya bayrağını sərbəst şəkildə nümayiş etdirə bilərlər.

Soohorang adlı ağ pələng balası Oyunların simvolu seçilib. Yerli xalqın inanclarına görə, bu heyvan etibar, güc və müdafiə rəmzidir. Bəzi yerli sakinlər isə hesab edirlər ki, Koreya yarımadası formasına görə məhz pələngi xatırladır. 2018-ci il Paralimpiadasının talismanı isə cəsarət və qələbə əzmini simvolizə edən Bandabi adlı Himalay ayısıdır.

Qış oyunlarının iştirakçıları iki Olimpiya kəndində yerləşəcək. Onlardan biri Pxençanda, digəri isə Kannın şəhərindədir. Oyunların proqramına 15 idman növü daxildir və idmançılar 102 dəst medal uğrunda mübarizə aparacaqlar.

Olimpiadanın bağlanış mərasimi fevralın 25-nə planlaşdırılıb. Əgər Beynəlxalq Olimpiya Komitəsinin Rusiya nümayəndələrinə iradı olmasa, yekun parad zamanı onlara ölkə bayrağını qaldırmağa icazə veriləcək.

Azərbaycan Oyunlarda bir idmançı ilə təmsil olunacaq. Atletimiz Patrik Braxner slalom və böyük slalom yarışlarında çıxış edəcək. O, 2014-cü ildə Soçidə keçirilən Olimpiadada da ölkəmizin idman şərəfini qoruyub.

Qeyd edək ki, Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən iştirak edir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

10 Dekabr 2018, 18:46 (GMT +4)
“Uşaq hüquqları uşaqların gözündə” tədbiri keçirilib

10 Dekabr 2018, 18:38 (GMT +4)
Elmin İnkişafı Fondu beynəlxalq konfrans keçirir

10 Dekabr 2018, 18:31 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər naziri türkiyəli nazirlə görüşüb

10 Dekabr 2018, 18:26 (GMT +4)
Gömrük Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub

10 Dekabr 2018, 18:20 (GMT +4)
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verib

10 Dekabr 2018, 18:13 (GMT +4)
Azercell könüllü gənclərlə həmrəy olub

10 Dekabr 2018, 18:08 (GMT +4)
“Nar” gənclərə karyera qurmaqda dəstək olur

10 Dekabr 2018, 18:00 (GMT +4)
Azərbaycanlı  deputatlar Əhali və İnkişaf üzrə Avropa Parlament Forumunda iştirak edəcək

10 Dekabr 2018, 17:58 (GMT +4)
“Azər Türk Bank” 65 gün faizsiz kredit xətti kampaniyasını davam etdirir

10 Dekabr 2018, 17:51 (GMT +4)
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib

10 Dekabr 2018, 17:48 (GMT +4)
Cari ildə 113 yaşayış məntəqəsinə təbii qaz verib

10 Dekabr 2018, 17:42 (GMT +4)
“AzInTelecom”un Maliyyə Departamentinin direktoru işdən çıxıb

10 Dekabr 2018, 17:38 (GMT +4)
BMT miqrasiya barədə sazişi təsdiqləyib

10 Dekabr 2018, 17:33 (GMT +4)
Azərbaycanda elmi kadrların attestasiyasının aparılması işi təkmilləşdiriləcək

10 Dekabr 2018, 17:28 (GMT +4)
Heydər Əliyevin anım gününə həsr olunan beynəlxalq cüdo turniri keçirilib

10 Dekabr 2018, 17:25 (GMT +4)
İran Fransada baş verən etiraz aksiyaları və toqquşmalara münasibət bildirib

10 Dekabr 2018, 17:11 (GMT +4)
Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb

10 Dekabr 2018, 17:08 (GMT +4)
Bakıda avtomobillərdən oğurluq edənlər  saxlanılıb

10 Dekabr 2018, 16:56 (GMT +4)
"Arsenal" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

10 Dekabr 2018, 16:44 (GMT +4)
Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

10 Dekabr 2018, 16:39 (GMT +4)
Fransada etirazçıların “Apple” mağazasını qarət etməsi anbaan görüntülənib (VİDEO)

10 Dekabr 2018, 16:25 (GMT +4)
Qərb Fransada baş verənlərə göz yumur - Ərdoğan

10 Dekabr 2018, 16:13 (GMT +4)
110 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

10 Dekabr 2018, 16:04 (GMT +4)
Bahar Muradova: Münaqişələr dünyada fundamental insan hüquqlarının pozulmasına səbəb olub

10 Dekabr 2018, 15:56 (GMT +4)
Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

10 Dekabr 2018, 15:47 (GMT +4)
Gömrük Komitəsinin sədri Hindistanın Azərbaycandakı səfiri ilə görüşüb

10 Dekabr 2018, 15:39 (GMT +4)
"Gənclərin iştirakı ilə insan hüquqları və vətəndaşlıq təhsili üzrə milli forum" keçirilib

10 Dekabr 2018, 15:31 (GMT +4)
Suriyada müharibəni bir neçə aya bitirə bilərik – Bəşər Əsəd

10 Dekabr 2018, 15:27 (GMT +4)
“Heydər Əliyev: zaman, şəxsiyyət və əbədiyyət” mövzusunda konfrans keçirilib

10 Dekabr 2018, 15:12 (GMT +4)
Energetika Nazirliyi: Noyabrda Texniki Şuralar vasitəsilə 185 müraciətə baxılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66