Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri Günüdür

14 Fevral 2018, 12:13 (GMT +4)

Bakı, 14 fevral, SalamNews. Bu gün Azərbaycanda Hərbi Hava Qüvvələri (HHQ) günü qeyd olunur.

SalamNews-un məlumatına görə, 1992-ci ildə Milli Ordunun Hərbi Hava Qüvvələri ayrıca bölmə kimi təsis olunub.

Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin həmin ilin sentyabrında imzaladığı fərmanla 14 fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günü kimi qeyd olunur.

Bildirək ki, Azərbaycanın ilk hərbi pilotu Fərrux Qayıbov olub. O, Birinci Dünya müharibəsində almanlara qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib və indiki Belarus ərazisində gedən döyüşlərin birində həlak olub. Maraqlıdır ki, müasir dövrdə Azərbaycan ordusunda olan ilk qırıcı təyyarə baş leytenant Vaqif Qurbanovun keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq ölkəmizə gətirdiyi “Su-25” təyyarəsi olub. Belə ki, 1992-ci ilin aprelin 8-də baş leytenant V.Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan “Su-25” döyüş təyyarəsini qaçıraraq Azərbaycan ordusuna gətirir. Bununla da Azərbaycan HHQ ilk qırıcı təyyarəni arsenalına qəbul edib.

Az sonra “Nasosnı” - indiki Hacı Zeynalabdin Tağıyev hərbi aviasiya alayının komandiri, polkovnik Vladimir Kravtsov (Azərbaycan HHQ-in ilk komandanı) və Dəllər aerodromunda xidmət edən polkovnik-leytenant Aleksandr Pleşinin səyləri nəticəsində bu bazalardakı sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan ordusunun tabeçiliyinə verilib.

1992-ci ildən Azərbaycanda HHQ ilə bağlı islahatlar dövrü başlanıb. Həmin il bu qurumun strukturu milliləşdirilib. General-mayor Rail Rzayev HHQ-nin komandanı təyin edilib. Bir qədər sonra HHQ Hava Hücumundan Müdafiə Qoşunları ilə birləşdirilib. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. Beləliklə, 2005-ci ildən Azərbaycanda müdafiəyə ayrılmış vəsaitlərin əhəmiyyətli hissəsi məhz HHQ və HHMQ-in dirçəldilməsinə sərf edilib. 2008-2010-cu illər ərzində isə HHQ-in aviaparkı müasirləşdirilib.

Hazırda Azərbaycan HHQ-in pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.



Əlaqəli Xəbərlər

Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında imzalanan birgə tədbirlər planı icra olunur

Ombudsman aparatının nümayəndələri hərbi hospitalda olublar

Azərbaycan-Britaniya hərbi əməkdaşlıq planı imzalanıb

Hərbi verilişlər hazırlayan televiziya əməkdaşları ilə görüş keçirilib

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb

NATO ölkələri “hərbi Şengen” yaratmaq barədə razılığa gəlib

Ombudsman aparatının əməkdaşı hərbi hospitalda olub (FOTO)

HHQ-nin hərbi hissəsinin yaradılmasının 26-cı ildönümü qeyd olunub

XİN: Ermənistan nəhayət, başa düşməlidir ki, Azərbaycan ərazisinin hərbi işğalı münaqişənin həlli deyil

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edilib (SİYAHI)

Mayıl Şahverdiyevə general-mayor ali hərbi rütbəsi verilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə bu il üçün qəbul qaydaları açıqlanıb

İlham Əliyev: Hərbi sahədə apardığımız siyasət özünü tam doğrultdu

Yaponiya Pxenyanda keçirilən hərbi paradı təxribat adlandırıb

Ali Baş Komandan: "Növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün nə lazımdırsa, ediləcək"

Rusiyadan gətirilən hərbi texnikanın bir hissəsi silahlanmaya daxil edilib (FOTO, VİDEO)

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndələri hərbi obyektlərdə olublar

Ermənistan ordusunun bir hərbi qulluqçusu məhv edilib, iki hərbçisi ağır yaralanıb - MN

22 Fevral 2018, 10:30 (GMT +4)
ABŞ-ın Monteneqrodakı səfirliyinə hücum edilib

22 Fevral 2018, 10:25 (GMT +4)
Bakı məktəblərinin I sinfinə elektron sistem vasitəsilə şagird qəbulu başlayıb

22 Fevral 2018, 10:14 (GMT +4)
Neft ucuzlaşıb

22 Fevral 2018, 10:08 (GMT +4)
Azercell SABAH Karyera Qış Məktəbi layihəsində Qubada təlimlər təşkil edib 

22 Fevral 2018, 09:57 (GMT +4)
Meksikada turist bərəsində partlayış baş verib, 22 nəfər yaralanıb

22 Fevral 2018, 09:42 (GMT +4)
Azərbaycanda avtomobil yolları işçilərinin peşə bayramı günüdür (FOTOLAR)

22 Fevral 2018, 09:26 (GMT +4)
Atəşkəs rejimi 96 dəfə pozulub

22 Fevral 2018, 09:17 (GMT +4)
Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahı məlumat yayıb

22 Fevral 2018, 09:05 (GMT +4)
Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

22 Fevral 2018, 09:01 (GMT +4)
Sahil Babayev: "Azərbaycanda biznes üçün hər cür şərait yaradılıb"

21 Fevral 2018, 19:05 (GMT +4)
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib

21 Fevral 2018, 18:01 (GMT +4)
Azərbaycan-Avstriya əlaqələrinin inkişafında parlamentlərin rolu vacibdir

21 Fevral 2018, 17:52 (GMT +4)
Günay Əfəndiyeva Qazaxıstan Milli Akademik Kitabxanasında olub

21 Fevral 2018, 17:45 (GMT +4)
Türkiyədə insan olmadan idarə edilən tanklar istehsal ediləcək - Ərdoğan

21 Fevral 2018, 17:39 (GMT +4)
Dövlət Komitəsinin sədri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

21 Fevral 2018, 17:31 (GMT +4)
Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə fındıq ixrac edəcək

21 Fevral 2018, 17:23 (GMT +4)
“Azərişıq” Səyyar “ASAN xidmət” vasitəsilə Şirvanda yeni layihə həyata keçirir

21 Fevral 2018, 17:16 (GMT +4)
“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

21 Fevral 2018, 17:10 (GMT +4)
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan olunub

21 Fevral 2018, 17:02 (GMT +4)
Azərbaycanda “Microsoft Imagine Cup” müsabiqəsinə ərizələrin qəbuluna başlanılıb

21 Fevral 2018, 16:53 (GMT +4)
ABŞ İrana gizli danışıqlar aparmağı təklif edib

21 Fevral 2018, 16:47 (GMT +4)
UNEC dünyanın 250 aparıcı universiteti ilə bir sırada yer alıb

21 Fevral 2018, 16:40 (GMT +4)
İraq Rusiyadan "S-400" raket sistemləri almaq istəyir

21 Fevral 2018, 16:25 (GMT +4)
AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib

21 Fevral 2018, 16:17 (GMT +4)
“SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlayıb

21 Fevral 2018, 16:08 (GMT +4)
Pərviz Şahbazov TAPI kəmərinin Əfqanıstan hissəsinin təməlqoyma mərasimində iştirak edəcək

21 Fevral 2018, 15:57 (GMT +4)
Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir

21 Fevral 2018, 15:56 (GMT +4)
Elmar Məmmədyarov Cenevrəyə səfər edəcək

21 Fevral 2018, 15:43 (GMT +4)
ANAMA Tərtər rayonunda təcili təxirəsalınmaz əməliyyat keçirib

21 Fevral 2018, 15:33 (GMT +4)
Monitorinq insidentsiz başa çatıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66