Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Hacıqabulda 2 qəsəbə və 3 kəndi əhatə edən yollar yenidən qurulur

14 Fevral 2018, 15:34 (GMT +4)

Bakı, 14 fevral, SalamNews. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı əldə olunan uğurlardan, genişmiqyaslı sosial-infrastruktur layihələrindən danışarkən yol infrastrukturunun yenidən qurulmasının önəmini xüsusi olaraq qeyd edib və bildirib ki, 2018-ci ildə 2300 kilometr avtomobil yolları - həm magistral, şəhərlərarası, eyni zamanda, kənd yolları çəkilməlidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) SalamNews –a verilən məlumata görə, dövlət başçısının bu çıxışından irəli gələn tövsiyə və tapşırıqlarına əsasən respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işlərinə start verilib. Hacıqabul rayonunda bu layihələr çərçivəsində cari ildə magistral, kənd və qəsəbə yollarının yenidənqurulması və bərpası ilə bağlı 3 yol infratsrukturu layihəsinin reallaşdırılması nəzərdə tutulub. Layihələr 100 mindən çox əhalinin yaşadığı 27 yaşayış məntəqəsini əhatə etməklə 108.7 km uzunluğa malikdir. Sözügedən layihələrdən artıq 2 qəsəbə və 3 kəndi əhatə edən ümumi uzunluğu 12.2 km olan yolların əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib. Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 84-cü km-dən ayrılan və uzunluğu 2.1 km olan Atbulaq kəndinin, magistralın 87-ci km-dən ayrılan və uzunluğu 2.5 km olan Qızılburun kəndinin və magistralın 103-cü km-dən ayrılan ümumi uzunluqları 7.6 km olan Nəvahi və Pirsaat qəsəbələrinin, həmçinin Rəncbər kəndinin avtomobil yollarıdır. Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Agentlik tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq. Çünki yollar uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi. Bu isə öz növbəsində vətədaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.

Tikinti layihəsi uyğun olaraq hazırda yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılır və yeni yol yatağı inşa olunur. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 18 yerdə müxtəlif diametrlərə malik dəmir-beton boruların tikintisi işləri də aparılır.

Torpaq yatağının tikintisindən sonra optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının və 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Qeyd olunan işlər ümumilikdə yolların 70 min kv.m-dən çox sahəsində aparılacaq. Bundan başqa layihə çərçivəsində Qızılburun və Rəncbər kəndlərinə gedən yolların üzərində yerləşən mövcud 12 metruzunluğa malik körpülərin də əsaslı şəkildə təmiri nəzərdə tutulub.

Bütün işlər AAYDA-nın rəhbərliyinin nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Türk Hava Yolları” 9 ay ərzində 58 milyon sərnişin daşıyıb

Bakının yollarından birində hərəkət bərpa olunur

”Azərbaycan Dəmir Yolları” QSC-də “Sağlamlıq günü” keçirilib

“Azərbaycan Dəmir Yolları” dəhşətli qəza ilə bağlı yeni görüntlər yayıb (VİDEO)

Azərbaycan Dəmir Yolları QSC baş vermiş qəza ilə bağlı açıqlama yayıb

“Azərbaycan Dəmir Yolları” QSC-də ikitərəfli görüş keçirilib

Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır 

“Türk Hava Yolları” Azərbaycanda yeni kampaniya keçirir

İstanbulda “Türk Hava Yolları”nın korporativ konfransı keçirilib

Yağışlı hava şəraiti ilə əlaqədar yollardakı vəziyyət açıqlanıb (FOTO, VİDEO)

“Türk Hava Yolları” yeni uniformasını təqdim edib

Sabah Bakıda keçiriləcək hərbi paradla bağlı bəzi yollar bağlı olacaq (XƏBƏRDARLIQ)

Azərbaycan Dəmir Yolları Çexiya ilə əməkdaşlıq əlaqələrini müzakirə edib

Bəzi yollarda rənglənmə işləri aparılacaq

Lənkəranın Haftoni qəsəbəsinə təbii qaz verilib

Amerikalılar müxtəlif yollarla bizə danışıq təklifləri göndərirlər - Ruhani

Hacıqabulda yol tikintisinə 3,8 milyon manat ayrılıb

Hacıqabul sakinindən silah-sursat götürülüb

Uşaqlara iqlim dəyişikliyi ilə mübarizə aparmağın yolları barədə məlumat verilib

"Azərbaycan Dəmir Yolları" QSC vakansiya elan edib

20 Oktyabr 2018, 17:01 (GMT +4)
Stolüstü tennis üzrə Azərbaycan kubokuna start veriləcək

20 Oktyabr 2018, 16:53 (GMT +4)
Dövlət Komitəsində İzmirin Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq məsələləri müzakirə olunub

20 Oktyabr 2018, 16:45 (GMT +4)
Səudiyyə telekanalından maraqlı iddia: İran və Qətər Kaşıkçı məsələsini siyasiləşdiriblər

20 Oktyabr 2018, 16:44 (GMT +4)
Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Təhsil Nazirliyində olub

20 Oktyabr 2018, 16:35 (GMT +4)
Sahibkarlıqla məşğul olan şəhid ailələrinə vergi güzəşti verilmir

20 Oktyabr 2018, 16:24 (GMT +4)
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb

20 Oktyabr 2018, 16:09 (GMT +4)
TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq - nazir

20 Oktyabr 2018, 16:06 (GMT +4)
Ayın teleskopla müşahidəsi təşkil ediləcək

20 Oktyabr 2018, 15:51 (GMT +4)
Pərviz Şahbazov: STAR Neft Emalı Zavodu Türkiyəyə qoyulan investisiyanın bir hissəsidir

20 Oktyabr 2018, 15:41 (GMT +4)
Prezident İlham Əliyev dəniz nəqliyyatı işçilərini təltif edib

20 Oktyabr 2018, 15:23 (GMT +4)
Kaşıkçı ilə bağlı həqiqətləri üzə çıxarmaq namus borcumuzdur - AKP

20 Oktyabr 2018, 15:14 (GMT +4)
Biləsuvarda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar keçirilib

20 Oktyabr 2018, 15:01 (GMT +4)
Avropa İttifaqı və UNESCO Kaşıkçının öldürülməsi haqda ədalətli araşdırmanı tələb ediblər

20 Oktyabr 2018, 14:56 (GMT +4)
Biləsuvarda Azərbaycan Gənclərinin zona toplantısı keçirilib

20 Oktyabr 2018, 14:47 (GMT +4)
Gələn il Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək

20 Oktyabr 2018, 14:43 (GMT +4)
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib

20 Oktyabr 2018, 14:35 (GMT +4)
Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar markalı kitab nəşr olunub

20 Oktyabr 2018, 14:27 (GMT +4)
Əfqanstanlılar silahlı hücumlar fonunda bu gün parlament seçkiləri keçirirlər (FOTO)

20 Oktyabr 2018, 14:09 (GMT +4)
ABŞ-dakı aktiv qazma qurğularının sayı artır

20 Oktyabr 2018, 14:06 (GMT +4)
ABŞ təyyarələrinin Suriyanın şərqinə aviazərbələrində 62 mülki şəxs həlak olub - SANA

20 Oktyabr 2018, 13:50 (GMT +4)
Suriyada İŞİD tamamilə darmadağın edilib - Sergey Şoyqu

20 Oktyabr 2018, 13:40 (GMT +4)
Suriyada İŞİD-in oğurladığı sakinlərin bəzisi xilas edilib (FOTO)

20 Oktyabr 2018, 13:37 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

20 Oktyabr 2018, 13:25 (GMT +4)
Ötən gün yol qəzalarında 3 nəfər ölüb

20 Oktyabr 2018, 13:18 (GMT +4)
İstirahət günləri üçün hava proqnozu açıqlanıb

20 Oktyabr 2018, 13:10 (GMT +4)
“TeamGym” komandamız ilk dəfə Avropa çempionatında çıxış edib

20 Oktyabr 2018, 12:58 (GMT +4)
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub

20 Oktyabr 2018, 12:30 (GMT +4)
Qərargah: Badamdar sürüşmə zonasında kiçik tipli uçqunlar baş verib

20 Oktyabr 2018, 12:24 (GMT +4)
Dövlət qulluğuna qəbulla bağlı sınaq imtahanı keçirilir

20 Oktyabr 2018, 12:11 (GMT +4)
AKP rəsmisi: Səudiyyə Ərəbistanı Kaşıkçının öldüyünü məcburiyyət qarşısında açıqladı

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66