Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Səyyad Salahlı İstanbulda keçirilən 8-ci Dünya İslam Forumunda iştirak edir

02 Mart 2018, 16:40 (GMT +4)

Bakı, 2 mart, SalamNews. Türkiyənin İstanbul şəhərində Dünya İslam Forumu beynəlxalq təşkilatı və Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) birgə təşkilatçılığı ilə 8-ci Dünya İslam Forumu keçirilir. 1-3 mart tarixlərində keçirilən forumda müxtəlif ölkələrdən olan dövlət və hökumət nümayəndələri iştirak edirlər.

8-ci Dünya İslam Forumunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı məruzə ilə çıxış edib.

Komitənn mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, S.Sahalı Bildirib ki, xalqımızın da milli-mənəvi dəyərlər sisteminin mühüm hissəsini təşkil edən ənənəvi İslam dəyərləri onun milli kimliyinin formalaşmasında mühüm rol oynayıb və mənəviyyatımızı zənginləşdirib. Bu dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindəndir. Sədrin birinci müavini vurğulayıb ki, ümumbəşəri ideyalarla səsləşən İslam dini ilə bağlı dəyərlərin, eyni zamanda, ölkədə bərqərar edilən milli və dini tolerantlıq mühitinin qorunması və inkişafı dövlətimizin qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Ötən ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu forum iştirakçılarının diqqətinə çatdıran Səyyad Salahlı bu çağırışın bəşəri dəyərlərə xidmət etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dünyada milli və dini zəmində münaqişələrin gücləndiyi bir zamanda Azərbaycanın irəli sürdüyü İslam həmrəyliyi ideyası münaqişə ocaqlarının qarşısını almağa, bəşəriyyəti sülh və barışa çağıran mütərəqqi təşəbbüsdür. Sədrin birinci müavini sivilizasiyalararası dialoqa böyük töhfələr verən Azərbaycanın İslam həmrəyliyinin ideya mərkəzinə çevrildiyini qeyd edib.
Çıxışında Azərbaycan həqiqətlərinə də toxunan Səyyad Salahlı Azərbaycanın tarixi, əzəli torpağı olan Dağlıq Qarabağ və yeddi ətraf rayonunun erməni silahlı qüvvələrinin işğalı altında olduğunu deyib. Diqqətə çatdırıb ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul edilib. Ancaq Ermənistan tərəfi bu qətnamələrə məhəl qoymayaraq işğal etdiyi torpaqlarımızda məscidlərimizi, tarixi-mədəni irsimizi dağıdıb. Xüsusilə işğal olunmuş ərazilərdə dini abidələr təhqir obyektinə çevrilib. Ümumiyyətlə, erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının, o cümlədən də müsəlman aləminin misilsiz mədəniyyət nümunələridir.
Qeyd edək ki, “Nəzəriyyə və Təcrübədə İnteqrasiya və Mənəvi hakimiyyət” mövzusuna həsr edilmiş 8-ci Dünya İslam Forumu çərçivəsində “Dünya Müsəlman Qadınlarının Sammiti və Sərgisi”, “Dünya Müsəlmanlarının Gənclər Sammiti və Sərgisi”, “3-cü İslam Dünyası İstanbul Mükafatı”nın təqdimat mərasimi və “9-cu Dünya İslam Forumunun Yüksək Səviyyəli Şəxslərinin Qrup Görüşü”nün keçirilməsi də nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

20 İyun 2018, 09:55 (GMT +4)
Sabah 64800 şagird buraxılış imtahanı verəcək

20 İyun 2018, 09:51 (GMT +4)
Bakıda icazəsiz 16 mərtəbəli binanın tikintisinin qarşısı alınıb

20 İyun 2018, 09:44 (GMT +4)
Ermənilər atəşkəs rejimini 87 dəfə pozublar

20 İyun 2018, 09:40 (GMT +4)
Kənd Təsərrüfatı İdarəsinin rəisi barəsində akt tərtib edilib

20 İyun 2018, 09:27 (GMT +4)
Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb

20 İyun 2018, 09:23 (GMT +4)
Ermənistanın sabiq müdafiə nazirinin müavini həbs edilib

20 İyun 2018, 09:20 (GMT +4)
Qaz təsərrüfatı işçilərinin peşə bayramıdır

20 İyun 2018, 09:12 (GMT +4)
Görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür

20 İyun 2018, 09:04 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

20 İyun 2018, 09:00 (GMT +4)
Dünya birjalarında neft bahalaşıb

19 İyun 2018, 17:00 (GMT +4)
Energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək

19 İyun 2018, 16:52 (GMT +4)
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

19 İyun 2018, 16:43 (GMT +4)
Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb

19 İyun 2018, 16:34 (GMT +4)
Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər tutulub

19 İyun 2018, 16:29 (GMT +4)
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

19 İyun 2018, 16:16 (GMT +4)
Azərbaycanda sənaye məhsulları barədə statistika açıqlanıb

19 İyun 2018, 16:09 (GMT +4)
Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

19 İyun 2018, 15:56 (GMT +4)
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək- Çavuşoğlu

19 İyun 2018, 15:51 (GMT +4)
Azərbaycandan 94 ölkəyə məhsul ixrac edilib

19 İyun 2018, 15:38 (GMT +4)
Vergi bəyannaməsinin formaları sadələşdiriləcək

19 İyun 2018, 15:25 (GMT +4)
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib

19 İyun 2018, 14:50 (GMT +4)
Ermənistan parlamenti deputatının toxunulmazlığı ləğv edilib

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyənin başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66