Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

Mingəçevirdə keçirilən Formula 1 yarışında 9-cu sinif şagirdi qələbə qazanıb

05 Mart 2018, 16:55 (GMT +4)

Bakı, 5 mart, SalamNewsBakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” devizi altında Mingəçevirdə keçirilən simulyatorda Formula 1 yarışında 16 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Xası İsgəndərli ən sürətli nəticə göstərərək qalibiyyətə yiyələnib.

BŞH-dən SalamNews-a verilən məlumata görə, yarış zamanı Bakı Şəhər Halqasını 1 dəqiqə 51 saniyəyə (1:51:152) dövrə vuran X.İsgəndərli şəhər üzrə rekord nəticə əldə edərək Novruz bayramı ərəfəsində Bakıda baş tutacaq final mərhələsinə vəsiqə qazanıb.

Həyəcanlı keçən yarışdan sonra jurnalistlərin suallarını cavablandıran X.İsgəndərli qalibiyyətinə çox sevindiyini bildirib: “İlk dəfə idi ki, belə bir yarışda iştirak edirdim. Çox həyəcanlandım və ona görə bir qədər çətinliyim oldu. Həm də trekin ensiz hissələrində çox çətinlik çəkdim. Buna baxmayaraq ən sürətli göstəriciyə nail ola bildim. Çox sevincliyəm və Mingəçeviri Bakıda böyük uğurla təmsil edəcəyimə inanıram. Fürsətdən istifadə edərək yarışın təşkilatçılarına öz təşəkkürlərimi bildirirəm”. Yuxarı siniflərin gərgin mübarizəsini yaxından izləyən şəhər sakini Elşən Əliyev bu tipli layihələrin gənclərin dünyagörüşünün artmasında vacib rol oynadığını bildirib: “Belə tədbirlərin keçirilməsi bizi çox sevindirir və biz bunu alqışlayırıq. Bu yarışlar gənclərimizi bir araya gətirərək həm onları pis vərdişlərdən uzaq edir və intellektual cəhətdən inkişaf etdirir, həm də onların dünyagörüşünü artırır”.

Qeyd edək ki, martın 3-də F1 simulyatorları Mingəçevir şəhər sakinlərinin istifadəsi üçün açıq olub. Həmçinin həmin gün şəhərin 20 tam orta məktəbinin 9-11- ci siniflərindən ibarət 200-dək məktəblisi AAF mütəxəssislərinin yol hərəkətinin təhlükəsizliyinə dair verdiyi təlimlərdə iştirak edib. Növbəti gün isə təlimə qatılmış bu məktəblilər simulyatorda F1 yarışında mübarizə aparıblar. Çempionatın sonrakı yarış və təlimləri 6-7 mart tarixlərində Qaxda, 9-10 mart tarixlərində isə Qubada baş tutacaq.

Hər iki regionda tədbirin birinci günü yuxarı sinif şagirdlərinə təlimlər keçiriləcək və eyni anda simulyatorlar yerli ictimaiyyətin istifadəsinə veriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Formula 1-də 2019-cu il mövsümü dekabr ayınadək uzadılacaq

Formula 1 və “Fanatics” şirkətləri arasında ticarət sazişi imzalanıb

"PwC Azərbaycan" şirkətinin Marşallar Komandası Formula 1-ə qatılıb

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 94 min tamaşaçı iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib (FOTOLAR)

Formula 1 Azərbaycan Qran-Prisində maraqlı anlar (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisi başa çatdı - Qalib müəyyənləşdi

Formula 1 Azərbaycan Qran-Prisinin startında qəzalar baş verib (FOTO)

İlham Əliyev Formula 1 Azərbaycan Qran-prisinin açılış mərasimində iştirak edir (FOTOLAR)

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin iştirakçısı cərimələnəcək

Azercell daha güclü şəbəkə ilə Formula 1 yarışlarına dəstək verir

Bakıda Formula 1 pilotlarının sonuncu sərbəst yürüşü başlayıb (FOTOLAR)

Formula 1 Azərbaycan Qran Prisində ilk dəfə “qrid uşaqları” çıxış edəcəklər (FOTO)

Formula 1 yarışının ilk sərbəst yürüşündə Valtteri Bottas birinci olub

Bütün dünyanın gözü Azərbaycanda - Formula 1 başladı

Formula 1 yarışının keçirilməsi üçün yüklər Bakıya gətirildi (FOTO)

"Bakcell" Formula 1 yarışı ilə bağlı 4G şəbəkə tutumunu artırıb 

Formula 1 yarışı ilə bağlı 17 marşrutun hərəkət sxemi dəyişdirilib

Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək

Formula 1 yarışları ərəfəsində 17 avtobusun hərəkət sxemində dəyişiklik ediləcək

21 İyun 2018, 18:10 (GMT +4)
“UNEC-də bir gün” layihəsi davam edir

21 İyun 2018, 18:02 (GMT +4)
Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edib

21 İyun 2018, 17:56 (GMT +4)
Zakir Qaralov Əlcəzairin ədliyyə naziri ilə görüşüb

21 İyun 2018, 17:55 (GMT +4)
UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

21 İyun 2018, 17:30 (GMT +4)
BMT TŞ-nin qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub - Lavrov

21 İyun 2018, 17:27 (GMT +4)
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

21 İyun 2018, 17:22 (GMT +4)
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

21 İyun 2018, 17:14 (GMT +4)
Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

21 İyun 2018, 17:09 (GMT +4)
Məlumat Hesablama Mərkəzi Aİ “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı olub

21 İyun 2018, 17:01 (GMT +4)
Göyçayda körpünün dağılmasına görə 7 nəfər həbs edilib

21 İyun 2018, 16:59 (GMT +4)
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

21 İyun 2018, 16:56 (GMT +4)
Ramiz Həsənov Əfqanıstan xarici işlər nazirinin müavinini qəbul edib

21 İyun 2018, 16:47 (GMT +4)
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21 İyun 2018, 16:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

21 İyun 2018, 16:33 (GMT +4)
XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

21 İyun 2018, 16:25 (GMT +4)
AMİM-nin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib

21 İyun 2018, 16:24 (GMT +4)
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

21 İyun 2018, 16:07 (GMT +4)
Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

21 İyun 2018, 15:57 (GMT +4)
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq

21 İyun 2018, 15:50 (GMT +4)
ARPA–da növbəti Risk Komitəsinin görüşü keçirilib

21 İyun 2018, 15:41 (GMT +4)
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək olub (FOTO)

21 İyun 2018, 15:30 (GMT +4)
Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb (VİDEO)

21 İyun 2018, 15:22 (GMT +4)
Rusiyada qeyri-adi mumiya tapılıb

21 İyun 2018, 15:10 (GMT +4)
Palata: “Alfa Sığorta”nın üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir

21 İyun 2018, 15:01 (GMT +4)
Məşhur professor sahibkarlar üçün təlim keçib (FOTO)

21 İyun 2018, 14:49 (GMT +4)
Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

21 İyun 2018, 14:38 (GMT +4)
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılış mərasimi keçirilib

21 İyun 2018, 14:35 (GMT +4)
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

21 İyun 2018, 14:29 (GMT +4)
DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlumat yayıb

21 İyun 2018, 14:20 (GMT +4)
Azərbaycana yay gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66