Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Azərbaycanda mu­ğam elmi: reallıqlar və perspektivlər” mövzusunda elmi sim­po­zium keçirilir

07 Mart 2018, 14:58 (GMT +4)

Bakı, 7 mart, SalamNews. Martın 7-də Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində “Azərbaycanda mu­ğam elmi: reallıqlar və perspektivlər” mövzusunda elmi sim­po­zium öz işinə başlayıb.

SalamNews xəbər verir ki, simpoziumda Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran, Qazaxıstan və Özbəkistandan dəvət olunmuş xarici qonaqlar da iştirak edir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda olub. Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaqlar simpozium çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanada təşkil olunan sərgi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə muğam festivalının əhəmiyyətindən danışıb. Bu ənənəvi tədbirin ölkəmizin mədəni həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Akademik Akif Əlizadə muğamın İslam coğrafiyasındakı xalqların milli-mənəvi dəyərlərinin və tarixi-mədəni əlaqələrinin qorunub saxlanmasında və inkişafında müstəsna rol oynadığını deyib. Qeyd edib ki, əsrlər boyu nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlət səviyyəsində mədəniyyət və incəsənətlə bağlı imzalanan rəsmi sənədlər bu sahənin inkişafına böyük təkan verir. AMEA rəhbəri festival çərçivəsində keçirilən elmi simpoziumun Akademiyanın həyatında əlamətdar hadisələrdən biri olduğunu söyləyib. Simpoziuma işində uğurlar arzulayıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın ölkəmizdə ənənəyə çevrilmiş böyük musiqi tədbirlərindən olduğunu deyib. Nazir xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışıb. Qarşıdakı muğam həftəsində bir çox maraqlı tədbirlərin təşkil olunacağını vurğulayıb.

Simpoziumda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə Azərbaycan xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalının xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisi olduğunu deyib. Natiq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən işlərdən danışıb.

Tədbirdə Türkdilli ölkələrin Musiqi qrupları şurasının üzvü Quzel Sayfullina, P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dosenti Aleksandr Xaruto, AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, T.K.Jurqenev adına Qazaxıstan Milli İncəsənət Akademiyasının prorektoru Qulnar Beqalinova, Özbəkistan Dövlət Konservatoriyasının professoru Ravşan Yunusov, Tehran İncəsənət Universitetinin professoru Məhəmməd Azadefar və digər qonaqlar çıxış ediblər.

Tədbir Mərkəzi Elmi Kitabxanada “Muğam Şərq lad sisteminin milli interpretasiyaları”, “Muğam ifasının psixoloji təsir qüvvəsinin qaynaqları və musiqi terapiya”, “Muğam – makam ifaçılıq ənənəsi multikultural dünyanın təmas nöqtəsi kimi”, “Muğam yaradıcılığı elm və sənətin qovşağında”, “Muğamın inkişaf yolları - tarix və müasirlik” adlı bölmələrdə müğamın aktual məsələlərinə dair müzakirələrlə davam edir.

Qeyd edək ki, “Azərbaycanda mu­ğam elmi: reallıqlar və perspektivlər” mövzusunda sim­po­zium çərçivəsində martın 9-da AMEA-nın Gəncə Bölməsində də tədbir keçiriləcək. Simpozium işini martın-10-da yekunlaşdıracaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Akademik Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti seçilib

Akif Əlizadə yenidən AMEA prezidenti seçilib

AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə fəaliyyətinə dair hesabat təsdiq edilib

AMEA "Web of Science” bazasından geniş istifadə edir

Akif Əlizadə: "AMEA-da elm və təhsil vahid sosial institut kimi formalaşır"

AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi başlayıb

AMEA ilə Monqolustan Elmlər Akademiyası arasında saziş imzalanıb

AMEA Rəyasət Heyəti üzvlüyünə seçkilər keçiriləcək

AMEA-da Pekin Xarici Dillər Universiteti ilə memorandum imzalanıb

"Elm günü”nün təsis edilməsi AMEA qarşısında ciddi vəzifələr qoyur: Nərgiz Qəhrəmanova

AMEA-nın adlı mükafatlarına layiq görülmüş alimlərin adları açıqlanıb

AMEA-nın Yüksək Texnologiyalar Parkı Çinin “Hua Pei” şirkəti ilə əməkdaşlıq edəcək

AMEA-nın bir neçə institutunda struktur və kadr dəyişiklikləri olub

AMEA Türk Dünyası Elmlər Akademiyaları Birliyinə sədrlik edəcək

AMEA Geologiya və Geofizika İnstitutunda “Azərbaycanın filiz yataqları atlası” hazırlanıb

AMEA Geologiya və Geofizika İnstitutunun yubileyi keçiriləcək

AMEA-da Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan anım tədbiri keçirilib

AMEA-da doktoranturaya qəbul imtahanı keçirilib

General-polkovnik Elçin Quliyev AMEA “YT Park”ın fəaliyyəti ilə tanış olub

Beynəlxalq Ana Dili Günü AMEA-da qeyd olunub

18 İyun 2018, 08:35 (GMT +4)
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

18 İyun 2018, 08:29 (GMT +4)
Futbol üzrə dünya çempionatının beşinci günündə üç oyun keçiriləcək

17 İyun 2018, 13:25 (GMT +4)
MN: Ermənistan “qırıcı”larının guya Xankəndi üzərində uçuşlar etməsi düşmənin növbəti informasiya avantyurasıdır

17 İyun 2018, 11:45 (GMT +4)
AKF rəhbərliyi idmançılara xəbərdarlıq edib

17 İyun 2018, 11:28 (GMT +4)
Ötən gün  cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılıb

17 İyun 2018, 11:20 (GMT +4)
Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır

17 İyun 2018, 11:18 (GMT +4)
Ermənistanın baş naziri Dağlıq Qarabağa gedib

17 İyun 2018, 11:08 (GMT +4)
Yaponiyada 7 maqnitudalı zəlzələ olub

16 İyun 2018, 09:10 (GMT +4)
Ermənistanın atəşkəsi pozması nəticəsində Qazax sakini güllə yarası alıb

15 İyun 2018, 13:50 (GMT +4)
Xalq rəssamı Əzim Əzimzadənin anım tarixidir

15 İyun 2018, 13:48 (GMT +4)
DİN İsmayıllıda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb

15 İyun 2018, 13:34 (GMT +4)
Ağcəbədidə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

15 İyun 2018, 13:25 (GMT +4)
Vladimir Putin Rusiya müsəlmanlarını təbrik edib  

15 İyun 2018, 13:17 (GMT +4)
Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

15 İyun 2018, 13:04 (GMT +4)
Bu gün DÇ-2018-də 3 oyun keçiriləcək

15 İyun 2018, 12:55 (GMT +4)
Milli Qəhrəman Çingiz Mustafayevin anım günüdür

15 İyun 2018, 12:36 (GMT +4)
Dünya birjalarında qızıl 4 dollardan çox ucuzlaşıb

15 İyun 2018, 12:24 (GMT +4)
Türkiyədə AKP  deputatına silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə yüksəlib  

15 İyun 2018, 12:10 (GMT +4)
Tramp Krımı Rusiya ərazisi adlandırıb

15 İyun 2018, 11:57 (GMT +4)
ETSN-də plastik tullantıların idarə olunması, ətraf mühitə təsirinin azaldılması və çeşidlənməsi müzakirə edilib

15 İyun 2018, 11:42 (GMT +4)
ABŞ-da atışma nəticəsində 4 nəfər yaralanıb

15 İyun 2018, 11:30 (GMT +4)
Bakıda 3 otaqlı ev yandı

15 İyun 2018, 11:16 (GMT +4)
ABŞ-ın neft və benzin ehtiyatları azalır

15 İyun 2018, 11:03 (GMT +4)
Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi bayram günlərində də işləyəcək

15 İyun 2018, 10:47 (GMT +4)
Fövqəladə Hallar Nazirliyində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı ilə görüş keçirilib

15 İyun 2018, 10:33 (GMT +4)
Türkiyənin Baş naziri: Şanlıurfadakı hücumda PKK-nın izi var

15 İyun 2018, 10:24 (GMT +4)
Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

15 İyun 2018, 10:18 (GMT +4)
Nikaraquada etiraz aksiyası zamanı ölənlərin sayı 154 nəfərə çatıb

15 İyun 2018, 10:14 (GMT +4)
Hərbi təyyarə və helikopterlər parada hazırlıq çərçivəsində növbəti uçuşlar keçirirlər

15 İyun 2018, 10:04 (GMT +4)
Brent markalı neft ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66