Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Tarix İnstitutu: “Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb”

07 Mart 2018, 17:52 (GMT +4)

Bakı, 7 mart, SalamNews. Martın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

Tarix İnstitutundan SalamNews-a verilən məlumata görə, Elmi Şurada “Türkmənçay müqaviləsi və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” məsələsi müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan institut direktoru, akademik Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ildir ki, xalqımız faciələrlə dolu bir tarix yaşayır. Bu qanlı tarix ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə başlayıb”.

“1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin Osmanlı imperiyası və Qacarlar İranından köçürülməsinin əsası qoyuldu. Erməni köçlərini bütün yol boyunca çar Rusiyasının mühafizə dəstələri müşayiət edir, onlara adambaşına pul və ərzaq paylanır, köç üçün nəqliyyat ayrılır, ən münbit Azərbaycan torpaqları onlara verilir və bütün vergilərdən azad olunurdular. Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri budur ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinə ayrıca rəsm əsəri həsr edib”, - deyə Yaqub Mahmudov qeyd edib.

Akademik bildirib: “Çar Rusiyası XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos - erməni etnosunu məskunlaşdırdı. Ermənilər bura I Pyotrun göstərişindən sonra Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələrinə əsasən köçürülmüş etnosdur. Ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə, Asiya qitəsinə köçüb gəlmə əhalidir. Ermənilərin gəlmə olduğunu mənbələr və “tarixin atası” Herodot təsdiq edir”.

İnstitut direktorunun sözlərinə görə, Osmanlı imperiyası və Qacarlar İranının bəzi dairələri ermənilərin Cənubi Qafqaza köçürülməsinə etiraz ediblər.

Xatırladaq ki, tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı: “Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.

Tarixçi alimlər Kərim Şükürov, Hacı Həsənov, Ənvər Məmmədov, Elçin Qarayev, Vidadi Umudlu, Ramil Niftəliyev, Zeynəb Qafarova, Sahibə Budaqova və başqaları çıxış edərək bildiriblər ki, ermənilər Cənubi Qafqaza gətirilmə etnosdur və bugünkü Ermənistan Respublikası Azərbaycanın tarixi torpaqlarında yaradılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tarix İnstitutunda soyqırımları ilə bağlı beynəlxalq mərkəz işə başlayıb

Tarix İnstitutunda yeni kitablar çap olunub

Tarix İnstitutunda Cümhuriyyət və soyqırımı tarixi araşdırılır

Tarix İnstitutunda Zəngəzur tarixi ilə bağlı dissertasiya müdafiə olunub

Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib

Tarix İnstitutu Gənclər günü ilə bağlı Elmi Şura keçirib

Tarix İnstitutunda “Cümhuriyyət İli” ilə bağlı Elmi Şura olub

Tarix İnstitutu Cümhuriyyətin 100 illiyi ilə bağlı beynəlxalq konfranslar keçirəcək

Tarix İnstitutunun alimlərinin bu il 300-ə yaxın məqaləsi çapdan çıxıb

Tarix İnstitutu beynəlxalq əlaqələrini daha da inkişaf etdirir 

Tarix İnstitutunda “Zəngəzur tarixi” nəşrə hazırlanır

Tarix İnstitutunda İrəvan xanlığı ilə bağlı yeni əsərlərin təqdimatı olub

Tarix İnstitutuna ərəb dilində on min elektron kitab hədiyyə olunub (FOTO)

Tarix İnstitutuna ərəb dilində 10 min elektron kitab hədiyyə olunacaq

Tarix İnstitutu yeni televiziya kanalının açılmasını təklif edib

Soyqırımlar zamanı Azərbaycanın itkiləri dəqiqləşdiriləcək - Tarix İnstitutu

Bu gün AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun 78 yaşı tamam olur (VİDEO)

Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb - Tarix İnstitutu

Tarix İnstitutunun Elmi Şurası Şuxrat Salamovla bağlı bəyanat qəbul edib

Tarix İnstitutunda Ağa Musa Nağıyevə həsr olunmuş kitabın təqdimat mərasimi olub

21 Sentyabr 2018, 14:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir

21 Sentyabr 2018, 14:25 (GMT +4)
Azərbaycanda daha 119 qanunsuz miqrant saxlanılıb

21 Sentyabr 2018, 14:12 (GMT +4)
Bakıda mənzildə meyit tapılıb

21 Sentyabr 2018, 14:07 (GMT +4)
Ermənilər tərəfindən girov götürülən mülki əhalinin pozulmuş hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb

21 Sentyabr 2018, 14:02 (GMT +4)
Afrika ölkələrində Aşura mərasimləri keçirilib (VİDEO)

21 Sentyabr 2018, 13:52 (GMT +4)
“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib

21 Sentyabr 2018, 13:33 (GMT +4)
FHN Xətaidə baş verən yanğınla bağlı məlumat yayıb

21 Sentyabr 2018, 13:22 (GMT +4)
Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb

21 Sentyabr 2018, 13:13 (GMT +4)
Elmar Məmmədyarov Nyu-Yorka gedib

21 Sentyabr 2018, 13:10 (GMT +4)
Donald Tramp yenidən OPEC-i günahlandırıb

21 Sentyabr 2018, 12:55 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

21 Sentyabr 2018, 12:43 (GMT +4)
DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb

21 Sentyabr 2018, 12:30 (GMT +4)
İran Trampa görüş təklifi verilməsi iddiasını təkzib edib

21 Sentyabr 2018, 12:30 (GMT +4)
Etimad İsmayılov Nardaranda dəfn olunub (FOTO)

21 Sentyabr 2018, 12:25 (GMT +4)
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir

21 Sentyabr 2018, 12:11 (GMT +4)
Azərbaycanın müdafiə naziri NATO baş katibinin müavini ilə görüşüb

21 Sentyabr 2018, 12:09 (GMT +4)
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb

21 Sentyabr 2018, 11:57 (GMT +4)
21 Sentyabr Beynəlxalq Altsheymer Xəstəliyi haqqında İnformasiyanın Yayılması Günüdür

21 Sentyabr 2018, 11:47 (GMT +4)
Avropa dövlətləri İsrailə xəbərdarlıq ediblər

21 Sentyabr 2018, 11:46 (GMT +4)
Bakı Metropoliteni tarixinin ən böyük sosial layihəsinə başlayır

21 Sentyabr 2018, 11:40 (GMT +4)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vakansiya elan edib

21 Sentyabr 2018, 11:26 (GMT +4)
Azərbaycanda icazəsiz ova cəhd edən Bəhreyn və Pakistan vətəndaşları saxlanılıb

21 Sentyabr 2018, 11:15 (GMT +4)
Bakıdan Şarm əl-Şeyxə birbaşa çarter reysləri açılacaq

21 Sentyabr 2018, 11:10 (GMT +4)
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq

21 Sentyabr 2018, 11:08 (GMT +4)
Mübariz Qurbanlı Aİ Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri ilə görüşüb

21 Sentyabr 2018, 10:56 (GMT +4)
Avropa şəhərlərində Aşura mərasimləri keçirilib (FOTO)

21 Sentyabr 2018, 10:55 (GMT +4)
Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində gecə vaxtı döyüş atışları keçirilib

21 Sentyabr 2018, 10:52 (GMT +4)
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır

21 Sentyabr 2018, 10:39 (GMT +4)
DBX diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparıb 

21 Sentyabr 2018, 10:24 (GMT +4)
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66