Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

“Dünya və axirət qadınlarının zinəti” adlı elmi-bədii tədbir keçirilib

09 Mart 2018, 17:19 (GMT +4)

Bakı, 9 mart, SalamNews. Bakı İslam Universitetində İslam Peyğəmbərinin əziz qızı Xanım Fatimeyi-Zəhranın mövluduna və Beynəlxalq Qadınlar Gününə həsr olunmuş böyük tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbir universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gənclərin hazırladığı proqram üzrə baş tutdu. İlk növbədə TGT-nin sədri Qorxmaz Paşayev və sədr müavini İlgün Yunusova tədbir iştirakçılarını salamlayaraq hər kəsi təbrik etdilər. Tədbir universitetin tələbəsi Ceyhun Abışov tərəfindən Qurani-Kərimin tilavəti və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başladı. Sonra aparıcılar Elnarə Həsənova və Ziya Yaqubzadə tədbir haqqında məlumat verdi. Tədbir elmi və bədii olmaqla iki hissədən ibarət oldu.

İlk elmi məruzə ilə TGT-nin sədr müavini İlgün Yunusova “Həzrəti Fatimeyi-Zəhra (s.ə)-nın timsalında islamda qadının yeri” mövzusunda çıxış edərək, islam dininin təşəkkül tapması ilə qadınların cəmiyyətdəki rolunun və əhəmiyyətinin artırıldığını, onlara layiq olduğu qiymətin verildiyini vurğuladı. Məruzəçi Xanım Zəhranın dünya qadınlarına öz əxlaqı və gövhərə bənzər dəyərləri ilə bir nümunə olduğunu qeyd etdi.

TGT-nin üzvü Nərminə Quliyeva isə “Qadınlıq örnəyi: Hz.Fatimə (s.ə)-nın şəxsiyyəti” adlı məruzəylə çıxış etdi. Məruzəçi Xanım Fatimənin (s.ə) bir müsəlman qadın kimi keyfiyyətlərindən, həyat yolundan və fəzilətlərindən bəhs etdi. Həmçinin xanımın adlarının mənalarını ayrı-ayrılıqda qeyd edərək onun uca məqamını geniş şəkildə izah etdi.

Universitetin tələbəsi Şərqiyə Salmanovaisə “Qadın hüquqlarının qorunmasında dini maarifləndirmənin əhəmiyyəti” mövzusunda çıxış etdi. Məruzəçi hər bir sahədə olduğu kimi dini maarifləndirmənin qadın hüquqlarının qorunmasında, onlara qarşı zorakılıq, etinasızlıq hallarının baş verməməsindəvə haqlarının təmin edilməsində xüsusi əhəmiyyətini qeyd etdi.
Sonra tədbirin bədii hissəsində universitetin tələbələri Xədicə Ağayeva, Mirəli Talıbzadə, Xeyransa Şahbazova, Zəkiyyə Heybətova tərəfindən qəzəl, monoloq və şeir səsləndi. Bədii hissənin sonundauniversitetin tələbələri tərəfindən hazırlanan “Ananın duası” adlı ibrətamiz səhnə nümayiş etdirildi.

Daha sonra söz tədbirin hazırlanmasında və ərsəyə gəlməsində xüsusi xidmətləri olan universitetin kafedra müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verildi. E.Talışınski öz növbəsində bu mötəbər tədbirdə çıxış edən bütün tələbələrinə öz minnətdarlığını bildirdi və gənclərin həqiqətən də layiqli, vətənpərvər, hər zaman davranışlarında dövlətçilik ənənələrindən çıxış edən Azərbaycan gəncləri olduqlarınıqeyd etdi.

Həmçinin tədbirdə ATGTİ-nin Tələbə Gənclər Təşkilatı ilə iş departamentinin direktoru Ləman Cavadova da çıxış edərək Bakı İslam Universitetinin gənclərinin fəal və olduqca istedadlı olduqlarını, TGT-nin təşkil etdiyi tədbirin yüksək səviyyədə keçdiyini vurğulayaraq universitet rəhbərliyinə öz təşəkkürünü bildirdi. Bununla yanaşı ATGTİ tərəfindən TGT-lərə verilən dəyərin, dəstəyin, qayğının həmişə mühüm vəzifə olduğunu xüsusilə qeyd etdi və bu istiqamətdə görülən işlər barədə məlumat verdi.

Tədbirdə iştirak edən İrəli İctimai Birliyinin insan resusları departamentinin icraçı direktoru Gülər Hümbətova tələbələrin çox maraqlı çıxışlar etdiyini, TGT-nin təşkil etdiyi bu tədbirin olduqca əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd etdi. O, həmçinin İrəli İctimai Birliyinin hər zaman gənclərə dəstək olduğunu və BİU-nun TGT-si ilə əməkdaşlığa hazır olduqlarını bildirdi.
Akademi Group Xaricdə təhsil mərkəzinin mütəxəssisi Gülmirə Museyibova tədbirin həqiqətən də vacib məsələyə həsr olunduğunu və BİU-nun gənclərinin çıxışlarının çox maraqlı olduğunu qeyd etdi.
Sonda Universitet rəhbərliyi tərəfindən çıxış edən gənclərə xatirə hədiyyələri təqdim olundu.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Hicri-qəməri təqvimi ilə rəbiül-əvvəl ayı başlayıb

BİU-da "İslam ölkələrini tanıyaq" adlı bilik müsabiqəsi keçirilib (FOTO)

Gənclərin sağlam ruhda formalaşmasında dini təhsilin rolu əvəzsizdir – BİU-nin kafedra müdiri (MÜSAHİBƏ)

BİU-da “İslam dini və milli-mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib

BİU nümayəndələri Quba Soyqırımı Memorial Kompleksində olublar

18 Dekabr 2018, 15:47 (GMT +4)
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18 Dekabr 2018, 15:40 (GMT +4)
AQTA media nümayəndələri üçün təlimə start verib (FOTO)

18 Dekabr 2018, 15:35 (GMT +4)
İran və Türkiyə prezidentləri sabah Ankarada görüşəcəklər

18 Dekabr 2018, 15:31 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür

18 Dekabr 2018, 15:23 (GMT +4)
Bu il fermerlərə 10 milyon manat məbləğində kredit verilib

18 Dekabr 2018, 15:12 (GMT +4)
Bu il ölkəyə 784 mln. dollarlıq nəqliyyat vasitələrinin hissələri idxal edilib

18 Dekabr 2018, 14:57 (GMT +4)
Azərbaycana uçuşların artırılması üçün İran aviaşirkətlərinə lazımi icazələr verilib - İran rəsmisi

18 Dekabr 2018, 14:51 (GMT +4)
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı artıb

18 Dekabr 2018, 14:42 (GMT +4)
N saylı hərbi hissədə konsert keçirilib

18 Dekabr 2018, 14:36 (GMT +4)
BP ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

18 Dekabr 2018, 14:27 (GMT +4)
AQTA sədri ABŞ diplomatı ilə görüşüb

18 Dekabr 2018, 14:18 (GMT +4)
ETSN ilə AQTA arasında sənədlər imzalanıb

18 Dekabr 2018, 14:07 (GMT +4)
Rusiya- Azərbaycan gənclər forumu öz işinə başlayıb (FOTO)

18 Dekabr 2018, 13:55 (GMT +4)
Milli Məclisin komitələrinin səlahiyyəti artırılıb

18 Dekabr 2018, 13:42 (GMT +4)
Azərbaycann daha 2 rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzi açılacaq

18 Dekabr 2018, 13:34 (GMT +4)
Parlament “Dövlət Gerbi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

18 Dekabr 2018, 13:20 (GMT +4)
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Dekabr 2018, 13:15 (GMT +4)
Atmosferi çirkləndirən müəssisə cərimələnib

18 Dekabr 2018, 13:06 (GMT +4)
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

18 Dekabr 2018, 12:58 (GMT +4)
İran Səudiyyə ilə dialoqun bərpasına münasibət bildirib: Ümidvarıq ağlı başına gələr

18 Dekabr 2018, 12:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda görülən işlərlə tanış olub

18 Dekabr 2018, 12:30 (GMT +4)
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi illik hesabat verib

18 Dekabr 2018, 12:12 (GMT +4)
Livanlı leytenant İsrail əsgərlərinə silah çəkərək onları geri qaytarıb (VİDEO)

18 Dekabr 2018, 12:07 (GMT +4)
Nigar Arpadarai media ilə sıx əməkdaşlığına görə mükafatlandırılıb 

18 Dekabr 2018, 11:57 (GMT +4)
Neft məhsullarının istehsalı artıb

18 Dekabr 2018, 11:43 (GMT +4)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib

18 Dekabr 2018, 11:39 (GMT +4)
Amerika və Talibanın danışıqları başlayıb

18 Dekabr 2018, 11:35 (GMT +4)
Bakının magistral yollarında sürət həddi endirilib

18 Dekabr 2018, 11:28 (GMT +4)
BTC ilə neft nəqli artıb

18 Dekabr 2018, 11:10 (GMT +4)
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66