Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

“Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib

12 Mart 2018, 17:47 (GMT +4)

Bakı, 12 mart, SalamNews. Martın 12-də “Cümhuriyyət İli” çərçivəsində AMEA-nın Tarix İnstitutu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda elmi konfrans keçirilib.

SalamNews xəbər verir ki, elmi konfransı giriş sözü ilə açan Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir: “Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Cümhuriyyət dövründə - 100 il əvvəl verilib. Cümhuriyyət Azərbaycanın ilk müasir universitetini - Bakı Dövlət Universitetini təsis edib”.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilən tədbirdə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir: “Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yaranıb. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Cümhuriyyətin bayrağını, gerbini və himnini qəbul edib”.

Yaqub Mahmudov bildirib: “Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib. Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əməl olunaraq nəşr edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.

Akademik qeyd edib ki, Tarix İnstitutunun Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə sıx əməkdaşlığı var: “Mərkəzdə institutun əməkdaşları üçün ərəb dili kursları təşkil olunub. 2017-ci ildə Əhməd Sami Elaydi instituta ərəb dilində 10 min elektron kitab hədiyyə edib”.

Elmi konfransda bildirilib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal Bəyannaməsi” abidəsi ucaldılıb. Hər il Cümhuriyyətin elan olunduğu 28 may tarixi Azərbaycanda Respublika Günü kimi qeyd olunur.

Konfransda Milli Məclisin deputatı Elman Nəsirov, tarixçi alimlər Kamran İsmayılov, Cəbi Bəhramov, Güntəkin Nəcəfli və başqaları çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçilik tarixində silinməz iz buraxıb.

Sonda Yaqub Mahmudov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı fundamental tədqiqatın ərəbcə nəşrini hədiyyə edib. Əhməd Sami Elaydi isə Azərbaycan-Misir əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Yaqub Mahmudova və Elman Nəsirova Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin mükafatlarını təqdim edib.

Qeyd edək ki, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Tarix İnstitutunda Cümhuriyyət və soyqırımı tarixi araşdırılır

Tarix İnstitutunda Zəngəzur tarixi ilə bağlı dissertasiya müdafiə olunub

Tarix İnstitutu: “Ermənilər Şimali Azərbaycana “Türkmənçay”ın şərtlərinə əsasən köçürülüb”

Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib

Tarix İnstitutu Gənclər günü ilə bağlı Elmi Şura keçirib

Tarix İnstitutunda “Cümhuriyyət İli” ilə bağlı Elmi Şura olub

Tarix İnstitutu Cümhuriyyətin 100 illiyi ilə bağlı beynəlxalq konfranslar keçirəcək

Tarix İnstitutunun alimlərinin bu il 300-ə yaxın məqaləsi çapdan çıxıb

Tarix İnstitutu beynəlxalq əlaqələrini daha da inkişaf etdirir 

Tarix İnstitutunda “Zəngəzur tarixi” nəşrə hazırlanır

Tarix İnstitutunda İrəvan xanlığı ilə bağlı yeni əsərlərin təqdimatı olub

Tarix İnstitutuna ərəb dilində on min elektron kitab hədiyyə olunub (FOTO)

Tarix İnstitutuna ərəb dilində 10 min elektron kitab hədiyyə olunacaq

Tarix İnstitutu yeni televiziya kanalının açılmasını təklif edib

Soyqırımlar zamanı Azərbaycanın itkiləri dəqiqləşdiriləcək - Tarix İnstitutu

Bu gün AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun 78 yaşı tamam olur (VİDEO)

Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb - Tarix İnstitutu

Tarix İnstitutunun Elmi Şurası Şuxrat Salamovla bağlı bəyanat qəbul edib

Tarix İnstitutunda Ağa Musa Nağıyevə həsr olunmuş kitabın təqdimat mərasimi olub

Tarix İnstitutunda bu il 49 adda yeni kitab çap olunub

21 İyun 2018, 18:10 (GMT +4)
“UNEC-də bir gün” layihəsi davam edir

21 İyun 2018, 18:02 (GMT +4)
Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edib

21 İyun 2018, 17:56 (GMT +4)
Zakir Qaralov Əlcəzairin ədliyyə naziri ilə görüşüb

21 İyun 2018, 17:55 (GMT +4)
UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

21 İyun 2018, 17:30 (GMT +4)
BMT TŞ-nin qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub - Lavrov

21 İyun 2018, 17:27 (GMT +4)
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

21 İyun 2018, 17:22 (GMT +4)
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

21 İyun 2018, 17:14 (GMT +4)
Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

21 İyun 2018, 17:09 (GMT +4)
Məlumat Hesablama Mərkəzi Aİ “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı olub

21 İyun 2018, 17:01 (GMT +4)
Göyçayda körpünün dağılmasına görə 7 nəfər həbs edilib

21 İyun 2018, 16:59 (GMT +4)
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

21 İyun 2018, 16:56 (GMT +4)
Ramiz Həsənov Əfqanıstan xarici işlər nazirinin müavinini qəbul edib

21 İyun 2018, 16:47 (GMT +4)
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21 İyun 2018, 16:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

21 İyun 2018, 16:33 (GMT +4)
XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

21 İyun 2018, 16:25 (GMT +4)
AMİM-nin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib

21 İyun 2018, 16:24 (GMT +4)
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

21 İyun 2018, 16:07 (GMT +4)
Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

21 İyun 2018, 15:57 (GMT +4)
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq

21 İyun 2018, 15:50 (GMT +4)
ARPA–da növbəti Risk Komitəsinin görüşü keçirilib

21 İyun 2018, 15:41 (GMT +4)
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək olub (FOTO)

21 İyun 2018, 15:30 (GMT +4)
Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb (VİDEO)

21 İyun 2018, 15:22 (GMT +4)
Rusiyada qeyri-adi mumiya tapılıb

21 İyun 2018, 15:10 (GMT +4)
Palata: “Alfa Sığorta”nın üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir

21 İyun 2018, 15:01 (GMT +4)
Məşhur professor sahibkarlar üçün təlim keçib (FOTO)

21 İyun 2018, 14:49 (GMT +4)
Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

21 İyun 2018, 14:38 (GMT +4)
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılış mərasimi keçirilib

21 İyun 2018, 14:35 (GMT +4)
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

21 İyun 2018, 14:29 (GMT +4)
DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlumat yayıb

21 İyun 2018, 14:20 (GMT +4)
Azərbaycana yay gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66