Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » AVTOİDMAN

F1 simulyator çempionatının sonuncu finalçısı bəlli olub

12 Mart 2018, 17:55 (GMT +4)

Bakı, 12 mart, SalamNews. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı əsasında regionlarda avtoidman maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında keçirilən simulyatorda Formula 1 çempionatının Quba yarışı baş tutub.

Çempionatın sonuncu yarışında şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Fərid İslamov Bakı Şəhər Halqasını 1 dəqiqə 49 saniyəyə dövrə vuraraq ən sürətli nəticə göstərib.

Final yarışına vəsiqə qazanan F.İslamov qalibiyyəti haqqında belə danışıb: “İlk başda bu yarışda 1-ci yer tutacağıma inanmırdım. Tədbirin ilk günü gəlib sınaq yürüşləri etdim. Bu məşqlərdə sürətli nəticə əldə etdim və məndə qələbə qazanacağıma böyük ümid yarandı.

Birinci dəfə sürəndə döngələrdə, xüsusən də finişdən əvvəlki son döngədə çətinlik çəkirdim. Məşqlərə davam edərək bu çətinlikləri aşdım və 1 dəqiqə 48 saniyəlik ən sürətli nəticəyə nail oldum.

Yarış günü bu nəticəni təkrarlaya bilməsəm də inanıram ki, Bakıda bundan daha yaxşı nəticə göstərərək orada da qalib gələcəyəm”.

Tədbirin təşkilatçılığında yaxından iştirak etmiş Quba Rayon Təhsil Şöbəsinin metodisti Vüqar İmaməliyev bu çempionatın regionda gənclər arasında Formula 1 yarışına böyük maraq yaradacağını bildirib: “Belə bir yarışın Qubada keçirilməsi bizim üçün çox sevindirici haldır. Gənclərimiz bu tədbirdə iştirak edərək Formula 1 barəsində ətraflı şəkildə məlumatlanırlar, yol hərəkətinin təhlükəsizliyi qaydaları ilə yaxından tanış olurlar və həmçinin dəqiqlik və mübarizə əzmi kimi zəruri xüsusiyyətlərə yiyələnirlər.

Sürətli və enerjili olmaq istəyən gənclərimiz yüksək fəallıqla bu yarışda iştirak etdilər və gərgin mübarizə ilə dolu yarışda böyük əzm ortaya qoydular. İnanıram ki, bu tədbir onlarda avtoidmana qarşı böyük maraq yaradacaq və onlar Formula 1 yarışlarını böyük həvəslə izləyəcəklər”.

Azərbaycanda ilk dəfə keçirilən simulyatorda Formula 1 çempionatında 6 region – Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Quba təmsil olunub. Tədbirin ilk günü simulyatorlar şəhər sakinlərinin istifadəsi üçün açıq olub. Eyni zamanda AAF mütəxəssisləri şəhərin tam orta mətkəblərinin 9-11-ci sinif şagirdləri üçün yol hərəkətinin təhlükəsizliyinə dair seminar veriblər. Hər regionda seminarda iştirak etmiş200-dəkyuxarı sinif şagirdi növbəti gün baş tutmuş yarışda qalibiyyət uğrunda gərgin mübarizə aparıb.

Martın 19-da Bakıda keçiriləcək final yarışına vəsiqə qazanan regional qaliblərin yarış nəticələribelədir:

Fərid İslamov (1:49:083) – Quba şəhər 7 saylı tam orta məktəbin 11-ci sinif şagirdi

Aqşin Əhmədov (1:49:043) – Qax şəhər 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi

Xası İsgəndərli (1:51:152) – Mingəçevir şəhər 16 saylı tam orta məktəbin 9-cu sinif şagirdi

Hüseyn Eyvazov (1:50:468) – Horadiz şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagirdi

Gülağa Abdullayev (1:50:106) – Şirvan şəhər 18 saylı tam orta məktəbin 9-cu sinif şagirdi

Azər Məmmədli (1:49:206) – Lənkəran şəhər 10 saylı tam orta məktəbin 9-cu sinif şagirdi


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Barselonada F1 Qran-Prisini qoruyub saxlamağa ümid edirlər

2019-cu il mövsümündə F1 Mayami Qran-Prisi keçirilə bilər

F1 simulyator çempionatının qalibi Quba məktəblisi olub (FOTO)

Qaxda keçirilən F1 simulyator yarışında 11-ci sinif şagirdi fərqlənib

F1 Azərbaycan Qran Prisinə xərclərimiz azalır, faydaları isə getdikcə çoxalır

Məşhur F1 pilotu Daniel Ricciardo Azərbaycana gəlir

Dünya ulduzu Tarkan F1 Azərbaycan Qran Prisində musiqi nömrəsi ilə çıxış edəcək

Haas F1 komandasının pilotu: Bu il Bakıda yarışmaq bizə çətin olacaq (MÜSAHİBƏ)

ABŞ-da F16 qırıcı təyyarəsi qəzaya uğrayıb

İraq ABŞ-dan aldığı F16 qırıcıları ilə İŞİD-ə qarşı zərbələrə başlayıb

İraq ABŞ-dan alıdğı ilk F16 qırıcıları ilə İŞİD-ə zərbə endirməyə başlayıb (VİDEO)

Yəmənə hücum edən F15 qırıcılarından ikisi ölkə səmasında vurulub (FOTO)

18 Dekabr 2018, 15:47 (GMT +4)
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18 Dekabr 2018, 15:40 (GMT +4)
AQTA media nümayəndələri üçün təlimə start verib (FOTO)

18 Dekabr 2018, 15:35 (GMT +4)
İran və Türkiyə prezidentləri sabah Ankarada görüşəcəklər

18 Dekabr 2018, 15:31 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür

18 Dekabr 2018, 15:23 (GMT +4)
Bu il fermerlərə 10 milyon manat məbləğində kredit verilib

18 Dekabr 2018, 15:12 (GMT +4)
Bu il ölkəyə 784 mln. dollarlıq nəqliyyat vasitələrinin hissələri idxal edilib

18 Dekabr 2018, 14:57 (GMT +4)
Azərbaycana uçuşların artırılması üçün İran aviaşirkətlərinə lazımi icazələr verilib - İran rəsmisi

18 Dekabr 2018, 14:51 (GMT +4)
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı artıb

18 Dekabr 2018, 14:42 (GMT +4)
N saylı hərbi hissədə konsert keçirilib

18 Dekabr 2018, 14:36 (GMT +4)
BP ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

18 Dekabr 2018, 14:27 (GMT +4)
AQTA sədri ABŞ diplomatı ilə görüşüb

18 Dekabr 2018, 14:18 (GMT +4)
ETSN ilə AQTA arasında sənədlər imzalanıb

18 Dekabr 2018, 14:07 (GMT +4)
Rusiya- Azərbaycan gənclər forumu öz işinə başlayıb (FOTO)

18 Dekabr 2018, 13:55 (GMT +4)
Milli Məclisin komitələrinin səlahiyyəti artırılıb

18 Dekabr 2018, 13:42 (GMT +4)
Azərbaycann daha 2 rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzi açılacaq

18 Dekabr 2018, 13:34 (GMT +4)
Parlament “Dövlət Gerbi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

18 Dekabr 2018, 13:20 (GMT +4)
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Dekabr 2018, 13:15 (GMT +4)
Atmosferi çirkləndirən müəssisə cərimələnib

18 Dekabr 2018, 13:06 (GMT +4)
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

18 Dekabr 2018, 12:58 (GMT +4)
İran Səudiyyə ilə dialoqun bərpasına münasibət bildirib: Ümidvarıq ağlı başına gələr

18 Dekabr 2018, 12:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda görülən işlərlə tanış olub

18 Dekabr 2018, 12:30 (GMT +4)
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi illik hesabat verib

18 Dekabr 2018, 12:12 (GMT +4)
Livanlı leytenant İsrail əsgərlərinə silah çəkərək onları geri qaytarıb (VİDEO)

18 Dekabr 2018, 12:07 (GMT +4)
Nigar Arpadarai media ilə sıx əməkdaşlığına görə mükafatlandırılıb 

18 Dekabr 2018, 11:57 (GMT +4)
Neft məhsullarının istehsalı artıb

18 Dekabr 2018, 11:43 (GMT +4)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib

18 Dekabr 2018, 11:39 (GMT +4)
Amerika və Talibanın danışıqları başlayıb

18 Dekabr 2018, 11:35 (GMT +4)
Bakının magistral yollarında sürət həddi endirilib

18 Dekabr 2018, 11:28 (GMT +4)
BTC ilə neft nəqli artıb

18 Dekabr 2018, 11:10 (GMT +4)
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66