Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Gədəbəydə 3 istiqamət üzrə 29 kilometr yol yenidən qurulur

13 Mart 2018, 13:15 (GMT +4)

Bakı, 13 mart, SalamNews. Gədəbəy rayonunda uzunluğu 29 kilometr olan 3 istiqamət üzrə avtomobil yolları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.

Agentliyin mətbuat xidmətindən SalamNews-a bildirilib ki, bu, respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu kilometrindən ayrılan və 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6,1 kilometrlik Çanaqçı-Haçaqaya və 2,9 kilometrlik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.

Hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulan yolun eni 6-7 metrdən 10 metrə qədər genişləndirilir. Yolun normativ eninin alınması üçün 17,5-20-ci kilometrlik hissələrdə qaya tipli süxurların kəsilməsi, həmçinin yolun torpaq yatağının bərpası üçün yararsız qruntun qazılması və çınqıl materialı ilə yolun genişləndirilməsi işləri aparılır.

Layihə çərçivəsində, mövcud suötürücü borular istismara yaramadığı üçün yolboyu 19 yerdə uzunluğu 223 poqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, yolun 6, 7, 8 və 10-cu kilometrində yerləşən düzbucaq formalı suötürücü boruların başlıqlarının dəmir-betonla təmiri nəzərdə tutulub. Həmçinin yolun 1-ci kilometrində uzunluğu 6 metr, eni isə 8 metr olan körpünün hər iki tərəfdən 1,2 metr genişləndirilməsi, Çanaqçı kəndi ərazisində 250 metr uzunluğunda "U" şəkilli dəmir-beton küvetlərin quraşdırılması və tələb olunan yerlərdə küvetlərin açılması işləri də yenidənqurma işləri zamanı həyata keçiriləcək.

Yol yatağı hazır olan hissələrdə yol əsasının optimal qum-çınqıl materialı ilə inşası işləri aparılacaq, eyni materialla çiyinlər bərkidiləcək. Daha sonra yol örtüyünün alt və üst qatlarının asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.

Analoji işlər Qoşabulaq-Sarıtala və Çanaqçı-Haçaqaya avtomobil yollarında da aparılır. Bundan başqa, yollar boyu 6 yerdə uzunluğu 82 poqonmetr olan müxtəlif diametrli dəmir-beton boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, əsasın və örtüyün müxtəlif qalınlıqlara optimal qum-çınqıl materialı ilə tikintisi işləri də layihədə nəzərdə tutulub.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yollar boyu 96 ədəd yol nişanı, 830 ədəd siqnal dirəkləri, həmçinin yolun təhlükəli hissələrində və körpülərə yanaşmalarda 1280 poqonmetr əyrixətli dəmir tirlər quraşdırılacaq, 40 kilometr yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.

Qeyd olunub ki, Slavyanka-Qoşabulaq-Pərizamanlı, Çanaqçı-Haçaqaya və Qoşabulaq-Sarıtala avtomobil yollarının yenidən qurulması ilə 11,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

18 Dekabr 2018, 15:47 (GMT +4)
“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

18 Dekabr 2018, 15:40 (GMT +4)
AQTA media nümayəndələri üçün təlimə start verib (FOTO)

18 Dekabr 2018, 15:35 (GMT +4)
İran və Türkiyə prezidentləri sabah Ankarada görüşəcəklər

18 Dekabr 2018, 15:31 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından beş il ötür

18 Dekabr 2018, 15:23 (GMT +4)
Bu il fermerlərə 10 milyon manat məbləğində kredit verilib

18 Dekabr 2018, 15:12 (GMT +4)
Bu il ölkəyə 784 mln. dollarlıq nəqliyyat vasitələrinin hissələri idxal edilib

18 Dekabr 2018, 14:57 (GMT +4)
Azərbaycana uçuşların artırılması üçün İran aviaşirkətlərinə lazımi icazələr verilib - İran rəsmisi

18 Dekabr 2018, 14:51 (GMT +4)
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin məhsuldarlığı artıb

18 Dekabr 2018, 14:42 (GMT +4)
N saylı hərbi hissədə konsert keçirilib

18 Dekabr 2018, 14:36 (GMT +4)
BP ilə Energetika Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

18 Dekabr 2018, 14:27 (GMT +4)
AQTA sədri ABŞ diplomatı ilə görüşüb

18 Dekabr 2018, 14:18 (GMT +4)
ETSN ilə AQTA arasında sənədlər imzalanıb

18 Dekabr 2018, 14:07 (GMT +4)
Rusiya- Azərbaycan gənclər forumu öz işinə başlayıb (FOTO)

18 Dekabr 2018, 13:55 (GMT +4)
Milli Məclisin komitələrinin səlahiyyəti artırılıb

18 Dekabr 2018, 13:42 (GMT +4)
Azərbaycann daha 2 rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzi açılacaq

18 Dekabr 2018, 13:34 (GMT +4)
Parlament “Dövlət Gerbi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib

18 Dekabr 2018, 13:20 (GMT +4)
Sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Dekabr 2018, 13:15 (GMT +4)
Atmosferi çirkləndirən müəssisə cərimələnib

18 Dekabr 2018, 13:06 (GMT +4)
Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

18 Dekabr 2018, 12:58 (GMT +4)
İran Səudiyyə ilə dialoqun bərpasına münasibət bildirib: Ümidvarıq ağlı başına gələr

18 Dekabr 2018, 12:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıda Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda görülən işlərlə tanış olub

18 Dekabr 2018, 12:30 (GMT +4)
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi illik hesabat verib

18 Dekabr 2018, 12:12 (GMT +4)
Livanlı leytenant İsrail əsgərlərinə silah çəkərək onları geri qaytarıb (VİDEO)

18 Dekabr 2018, 12:07 (GMT +4)
Nigar Arpadarai media ilə sıx əməkdaşlığına görə mükafatlandırılıb 

18 Dekabr 2018, 11:57 (GMT +4)
Neft məhsullarının istehsalı artıb

18 Dekabr 2018, 11:43 (GMT +4)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Pekində Azərbaycan-Çin dostluq konserti keçirilib

18 Dekabr 2018, 11:39 (GMT +4)
Amerika və Talibanın danışıqları başlayıb

18 Dekabr 2018, 11:35 (GMT +4)
Bakının magistral yollarında sürət həddi endirilib

18 Dekabr 2018, 11:28 (GMT +4)
BTC ilə neft nəqli artıb

18 Dekabr 2018, 11:10 (GMT +4)
Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının 5 illiyi ilə bağlı infoqrafik məlumat açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66