Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » SİYASƏT

Deputatlar beynəlxalq futbol turnirinin siyasi əhəmiyyətindən danışıblar

13 Mart 2018, 14:05 (GMT +4)

Bakı, 13 mart, SalamNews. Martın 9-11-i arasında ilk dəfə olaraq Bakıda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçirilib. Turnir Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub və Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü ilə gerçəkləşib.

“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu 2:1 hesabı ilə deputatlarımızın xeyrinə başa çatıb.

Milli Məclisin deputatları bu dəfə Modern.az saytına beynəlxalq futbol turnirinin siyasi və idman sahəsindəki əhəmiyyətindən danışıblar.

Parlamentin Regional məsələlər üzrə komitəsinin üzvü, tarixçi deputat Fəzail İbrahimli:

“Bilirsiniz, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər proqramı var. Bu proqram Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ayrı-ayrı sahələri əhatə edir. Bu sistemə elmi-tədqiqat işlərinin yazılması, böyük konfransların təşkili, dövlət səviyyəsində tədbirlərin keçirilməsi daxildir. Deputatların futbol turnirini isə idman sahəsində həyata keçirilən tədbirlərdən biri hesab etmək olar. Demək olar ki, bu yarışın AXC-nin yüzilliyinə həsr olunması dünyaya bir mesajdır. Yəni bizim 100 il bundan qabaq demokratik ruhlu , digər ölkələrə nümunə ola biləcək bir dövlətimiz olub. Bu mənada turnirin çox böyük əhəmiyyəti var”.

Deputat deyib ki, yarışda təmsil olunan dövlətlər Azərbaycan parlamentinin öz dövlətçilik tarixinə hörmətinin şahidi oldular:

“Digər tərəfdən, o vaxt Cümhuriyyət liderlərinin əsas arzusu, dövlətimizin bütün sahələrdə dünya səviyyəsinə çıxması, beynəlxalq müstəvidə işlərin görülməsi idi. Eyni zamanda, yarışı Cümhuriyyətin idman sahəsində olan arzularının ifadəsi kimi başa düşmək olar. Bundan başqa, burada bir neçə ölkə iştirak etdi və bu da böyük təbliğat xarakteri daşıyır. Yarışda təmsil olunan dövlətlər Azərbaycan parlamentinin öz dövlətçilik tarixinə, ənənələrinə, Cümhuriyyət lidelərinin ruhuna nə qədər hörmət etdiyinin də şahidi oldular.

Azərbaycanın taleyüklü məsələlərində parlament hər zaman öz sözünü deyib və həlledici rol oynayıb. Bu mənada da yarış əhəmiyyət kəsb edir. Nəhayət beynəlxalq turniri Azərbaycan prezidentinin AXC-nin 100 illiyi ilə bağlı sərəncamının icrasında parlamentin atdığı addımlardan biri kimi dəyərləndirmək olar”.

Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev:

“Milli Məclisin Gənclər və idman Komitəsinin fəaliyyəti tək qanunvericilik sahəsi ilə məhdudlaşmır. İndiyə kimi müəyyən normativ qanunların yaradılması, bu sahənin inkişaf etdirilməsi ilə bağlı müxtəlif işlər görülüb. Əsas qanunumuz “Bədən tərbiyəsi və idman haqqında” qanundur. Antidopinqlər, idmanda monopoliyanın qarşısının alınması ilə bağlı qanunvericilik istiqamətində də işlər görülüb. Eyni zamanda, komitəmiz qanunvericiliklə yanaşı, ictimaiyyətlə, əsasən də gənclərlə ünsiyyətdə, idman sahələrinin təbliği və kütləviliyinə nail olunmasında fəal iştirak edir.

Bakıda ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçirilməsi də görülən işlər sırasında ən əhəmiyyətlisidir. Yaşından asılı olmayaraq, Azərbaycan millət vəkillərinin yarışlara qoşulması idman sahəsinin təbliğatına verilən töhfədir. Baxmayaraq ki, biz parlamentin üzvləyirik, ancaq bu cür yarışların birbaşa iştırakçısı olduq. Belə bir tədbirin Bakıda və məkz bizim təşəbbüslə keçirilməsi idmana dəstək və bu sahəyə həqiqi mənada çağırışdır. Bu, həm də Azərbaycanın idman ölkəsi olduğunun bariz nümunəsidir. Dörd ölkədən Azərbaycana gələn əcnəbi deputatlar bunu praktiki olaraq gördülər.

Hesab edirəm ki, bu yarış idmanla yanaşı dünyaya tariximizlə bağlı da bir mesaj idi. Əminəm ki, çox uzun illər bu tədbir yaddaşlarda qalacaq və cənab Prezident İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı sənədlərə beynəlxalq səviyyədə dəstək kimi tarixə düşəcək".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib ki, deputatlar arasında keçirilən futbol turniri siyasi baxımdan vacib oyun olub:

“Şərqdə ilk demokratik respublikanın, AXC-nin 100 illiyinə həsr olunan yarışlar ciddi əhəmiyyətə malik idi. Digər tərəfdən, 5 dövlətin bu turnirə qatılmasının önəmini vurğulamaq lazımdır. Düşünürəm ki, bunun həyata keçirilməsində Azərbaycan parlamenti çox böyük işlər gördü. Beynəlxalq turnir ölkəmizin idman sahəsində, o cümlədən digər sahələrdə uğurlarının, parlamentlərarası münasibətlərin daha sıx olmasının göstəricisidir.

Hesab edirəm ki, tədbir öz işini görə bildi və hər şey qaydasında idi. Milli Məclisin deputatı Fuad Muradov, o cümlədən parlamentin Gənclər və idman komitəsinin digər üzvləri turnirlə bağlı əhəmiyyətli işlər gördü, deputat həmkarlarımız yarışları dəyərləndirdi.

Həmçinin, futbol yarışısının siyasi vacibliyini də vurğulamaq lazımdır. Çünki bilirsiniz, bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağdır. Turnirdə 5 dövlətin iştirakı və həqiqətlərin bir daha turnir vasitəsilə həmin ölkə nümayəndələrinə çatdırılması ciddi addımdır”.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Naxçıvanda Avropa günləri keçiriləcək

Naxçıvan Müəllimlər İnstitutuna yeni rektor təyin edilib

İlahiyyat İnstitutunda AXC-nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Naxçıvanlı idmançılar Türkiyədə keçirilən yarışlardan uğurlu nəticələrlə qayıdıblar

Naxçıvana Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk dəfə yük daşınıb

Naxçıvan Sahibkarlığa Kömək Fondu publik hüquqi şəxsə çevrilib

Son on ildə Naxçıvanda 88,8 faizi daimi olmaqla, 39 min 319 yeni iş yeri açılıb

Naxçıvan əhalisinin sayı artıb

Naxçıvan ərazisindəki unikal abidələrdə aparılan tədqiqatlar davam etdirilir

Naxçıvanda avtomobil qəzasında Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu həlak olub, 11-i yaralanıb - (RƏSMİ)

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib

MN: Naxçıvan istiqamətində ordumuzun əks-həmləsi qarşı tərəfi "nokauta" salıb

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in açılışı olub

Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

“Nar” Naxçıvan üçün xüsusi təkliflə çıxış edib

Oklahoma ştatının qubernatoru AXC-nin 100 illiyi ilə bağlı Bəyannamə imzalayıb

AMB və “Mastercard” Naxçıvanda rəqəmsal ödənişlərin istifadəsinin genişləndirilməsinə dair tədbirlərə başlayıb

Naxçıvanda “İslam filmləri həftəsi” keçiriləcək

“Mastercard” və “Cahan” supermarketi Naxçıvanda birgə kampaniyaya başlayıb

“Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” adlı dəyirmi masa keçirilib

21 Sentyabr 2018, 14:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimində iştirak edir

21 Sentyabr 2018, 14:25 (GMT +4)
Azərbaycanda daha 119 qanunsuz miqrant saxlanılıb

21 Sentyabr 2018, 14:12 (GMT +4)
Bakıda mənzildə meyit tapılıb

21 Sentyabr 2018, 14:07 (GMT +4)
Ermənilər tərəfindən girov götürülən mülki əhalinin pozulmuş hüquqlarının tədqiqi ilə bağlı layihə yekunlaşıb

21 Sentyabr 2018, 14:02 (GMT +4)
Afrika ölkələrində Aşura mərasimləri keçirilib (VİDEO)

21 Sentyabr 2018, 13:52 (GMT +4)
“Rəqəmsal erada gənclər üçün imkanlar” mövzusunda konfrans keçirilib

21 Sentyabr 2018, 13:33 (GMT +4)
FHN Xətaidə baş verən yanğınla bağlı məlumat yayıb

21 Sentyabr 2018, 13:22 (GMT +4)
Sentyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb

21 Sentyabr 2018, 13:13 (GMT +4)
Elmar Məmmədyarov Nyu-Yorka gedib

21 Sentyabr 2018, 13:10 (GMT +4)
Donald Tramp yenidən OPEC-i günahlandırıb

21 Sentyabr 2018, 12:55 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

21 Sentyabr 2018, 12:43 (GMT +4)
DİN Bakıda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza ilə bağlı məlumat yayıb

21 Sentyabr 2018, 12:30 (GMT +4)
İran Trampa görüş təklifi verilməsi iddiasını təkzib edib

21 Sentyabr 2018, 12:30 (GMT +4)
Etimad İsmayılov Nardaranda dəfn olunub (FOTO)

21 Sentyabr 2018, 12:25 (GMT +4)
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir

21 Sentyabr 2018, 12:11 (GMT +4)
Azərbaycanın müdafiə naziri NATO baş katibinin müavini ilə görüşüb

21 Sentyabr 2018, 12:09 (GMT +4)
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb

21 Sentyabr 2018, 11:57 (GMT +4)
21 Sentyabr Beynəlxalq Altsheymer Xəstəliyi haqqında İnformasiyanın Yayılması Günüdür

21 Sentyabr 2018, 11:47 (GMT +4)
Avropa dövlətləri İsrailə xəbərdarlıq ediblər

21 Sentyabr 2018, 11:46 (GMT +4)
Bakı Metropoliteni tarixinin ən böyük sosial layihəsinə başlayır

21 Sentyabr 2018, 11:40 (GMT +4)
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vakansiya elan edib

21 Sentyabr 2018, 11:26 (GMT +4)
Azərbaycanda icazəsiz ova cəhd edən Bəhreyn və Pakistan vətəndaşları saxlanılıb

21 Sentyabr 2018, 11:15 (GMT +4)
Bakıdan Şarm əl-Şeyxə birbaşa çarter reysləri açılacaq

21 Sentyabr 2018, 11:10 (GMT +4)
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq

21 Sentyabr 2018, 11:08 (GMT +4)
Mübariz Qurbanlı Aİ Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri ilə görüşüb

21 Sentyabr 2018, 10:56 (GMT +4)
Avropa şəhərlərində Aşura mərasimləri keçirilib (FOTO)

21 Sentyabr 2018, 10:55 (GMT +4)
Azərbaycan ordusunun genişmiqyaslı təlimlərində gecə vaxtı döyüş atışları keçirilib

21 Sentyabr 2018, 10:52 (GMT +4)
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır

21 Sentyabr 2018, 10:39 (GMT +4)
DBX diri heyvan satışı bazarlarında dezinfeksiya tədbirləri aparıb 

21 Sentyabr 2018, 10:24 (GMT +4)
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66