Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Tehranda Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilib

13 Mart 2018, 15:47 (GMT +4)

Bakı, 13 mart, SalamNews. Martın 13-də Tehranda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası keçirilib.

SalamNews xəbər verir ki, iclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-İran əlaqələri ortaq dinə, tarixə və adət-ənənələrə əsaslanır və xalqlarımızı sıx əlaqələr birləşdirir. Dövlət başçılarının siyasi iradəsi nəticəsində son 4 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub. Bu müddətdə 10 yüksək səviyyəli görüş,100-dən çox qarşılıqlı səfər həyata keçirilib. İndiyədək 150-yə yaxın sənəd imzalanıb.

Şahin Mustafayev komissiyanın ötən iclasından keçən dövrdə görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 16 faiz artıb, Azərbaycanda qeydiyyatdan keçmiş İran şirkətlərinin sayı 700-ü ötüb, İranın Azərbaycana yatırdığı investisiyaların həcmi 3,1 milyard ABŞ dollarına çatıb. 2016-cı ildə Neftçala Sənaye Zonasında təməli qoyulmuş birgə avtomobil istehsalı zavodunda işlər tamamlanmaq üzrədir. İran Prezidenti Həsən Ruhaninin martın sonunda Azərbaycana gözlənilən səfəri çərçivəsində avtomobil istehsalı zavodunun açılışı olacaq. Pirallahı Sənaye Parkında İranla birgə reallaşdırılan əczaçılıq zavodunun yaradılması istiqamətində isə işlər davam edir.

Energetika sahəsində “Xudafərin/Qız Qalası” və “Ordubad/Marazad" hidroqovşaqları, 330 kv-luq Muğan (İmişli-Parsabad) elektrik xətti kimi layihələr həyata keçirilib, İrana elektrik satışına dair Çərçivə Sazişi imzalanıb. Neft-qaz sahəsində də uğurla əməkdaşlıq edirik.

Azərbaycan-İran əməkdaşlığının mühüm istiqamətlərindən olan “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə işlər intensiv şəkildə aparılır. Azərbaycanda 8,3 kilometr, İranda 1,4 kilometr dəmir yolu, Astara çayı üzərində dəmir yolu körpüsü istismara hazırdır və artıq sınaq qatarlarının hərəkəti həyata keçirilib. Astarada (İran) terminalın təməlinin qoyulması və məhsul anbarlarının tikintisi nəzərdə tutulur. “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsinə dair müzakirələr davam edir. 2017-ci ildə Rusiyadan İrana və əks istiqamətdə Azərbaycandan19 mindən çox TIR keçib, İranda milli daşıyıcılarımızın çəkisi isə 23,2 faiz artıb.

Nazir Şahin Mustafayev qeyd edib ki, ötən müddət ərzində İrandan Azərbaycana gələn turistlərin sayı xeyli artıb. 2016-cı ildə bu göstərici 247 min olduğu halda, ötən il 363 min olub. Azərbaycana gələn turistlərin sayına görə iranlılar 3-cü, “ASAN viza” vasitəsilə viza alan əcnəbilər arasında isə İran vətəndaşları 1-ci yerdədir.

Əməkdaşlığın genişləndirilməsi perspektivlərinə gəlincə, nazir Şahin Mustafayev diqqətə çatdırıb ki, kənd təsərrüfatı, sənaye, ticarət, nəqliyyat, turizm, səhiyyə, bankçılıq və s. sahələrdə əməkdaşlıq üçün böyük imkanlar var. Azərbaycanda İranla birgə avtobuslar, kənd təsərrüfatı texnikası istehsal edilə bilər.

İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini, son illərdə Azərbaycan-İran əlaqələrinin yüksək səviyyəyə çatdığını qeyd edib. Məsud Kərbasian hər iki ölkənin dövlət başçısının İran-Azərbaycan əlaqələrinin inkişafına və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, Azərbaycan-İran Dövlət Komissiyasının fəaliyyəti digər ölkələrlə olan komissiyalarla müqayisədə bütün sahələri əhatə edir. İranlı nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artması müsbət haldır. Bundan başqa, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımalar sahələrində də əlaqələrin inkişafı üçün potensial böyükdür.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclası çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-İran iqtisadi əməkdaşlığına, ölkələrimiz arasında birgə həyata keçirilən layihələrə, ticarət əlaqələrinin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclası martın 14-də də davam edəcək və komissiyanın 12-ci iclasının yekunlarına dair Protokol imzalanacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şahin Mustafayev: “Cənub Qaz Dəhlizi”, TANAP və TAP layihələri Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir”

Şahin Mustafayev İranın Prezident Aparatının rəhbəri ilə görüşüb

Şahin Mustafayev İrana gedəcək

Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri ilə görüşüb

Böyük Britaniya şirkətlərinin qeyri-neft sektoruna cəlb edilməsini istəyirik -Şahin Mustafayev

AYİB nümayəndə heyəti İqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb

Nazir Şahin Mustafayev Qaxda vətəndaşların müraciətlərini dinləyib

Avropa İttifaqının komissarı iqtisadiyyat naziri Şahin Mustafayevi Brüsselə dəvət edib

Şahin Mustafayev: Azərbaycanda azad iqtisadi zonaların yaradılması ilə bağlı işlər tezliklə başa çatacaq

Şahin Mustafayev: Ötən il Bakı Limanı vasitəsilə 3 milyon ton yük daşınıb

Nazir Şahin Mustafayevin vətəndaş qəbulunun vaxtı dəyişdirilib 

Şahin Mustafayev: Yaxın vaxtlarda növbəti dərman zavodunun təməli qoyulacaq

Nazir Şahin Mustafayev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynaya gedəcək

Şahin Mustafayev “Xudafərin” və “Qız qalası” layihəsinin icrası ilə tanış olub

Cocuq Mərcanlının bərpasında İqtisadiyyat Nazirliyi də iştirak edəcək - Şahin Mustafayev

Azərbaycanın bankının İranda filialı açılacaq - Şahin Mustafayev

Şahin Mustafayev: Qəbələ-Urmiya reysi açılacaq

Nazir Şahin Mustafayev İrana işgüzar səfərə gedir

20 İyun 2018, 09:55 (GMT +4)
Sabah 64800 şagird buraxılış imtahanı verəcək

20 İyun 2018, 09:51 (GMT +4)
Bakıda icazəsiz 16 mərtəbəli binanın tikintisinin qarşısı alınıb

20 İyun 2018, 09:44 (GMT +4)
Ermənilər atəşkəs rejimini 87 dəfə pozublar

20 İyun 2018, 09:40 (GMT +4)
Kənd Təsərrüfatı İdarəsinin rəisi barəsində akt tərtib edilib

20 İyun 2018, 09:27 (GMT +4)
Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb

20 İyun 2018, 09:23 (GMT +4)
Ermənistanın sabiq müdafiə nazirinin müavini həbs edilib

20 İyun 2018, 09:20 (GMT +4)
Qaz təsərrüfatı işçilərinin peşə bayramıdır

20 İyun 2018, 09:12 (GMT +4)
Görkəmli bəstəkar Cahangir Cahangirovun doğum günüdür

20 İyun 2018, 09:04 (GMT +4)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

20 İyun 2018, 09:00 (GMT +4)
Dünya birjalarında neft bahalaşıb

19 İyun 2018, 17:00 (GMT +4)
Energetika naziri OPEC və qeyri-OPEC ölkələri nazirlərinin Vyana görüşündə iştirak edəcək

19 İyun 2018, 16:52 (GMT +4)
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

19 İyun 2018, 16:43 (GMT +4)
Nazir Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşüb

19 İyun 2018, 16:34 (GMT +4)
Bakıda soyğunçuluğa cəhd edən 2 nəfər tutulub

19 İyun 2018, 16:29 (GMT +4)
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşib

19 İyun 2018, 16:16 (GMT +4)
Azərbaycanda sənaye məhsulları barədə statistika açıqlanıb

19 İyun 2018, 16:09 (GMT +4)
Sabah “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbiri keçiriləcək

19 İyun 2018, 15:56 (GMT +4)
Türkiyə Rusiyadan S-400 zenit-raket komplekslərini almaqdan imtina etməyəcək- Çavuşoğlu

19 İyun 2018, 15:51 (GMT +4)
Azərbaycandan 94 ölkəyə məhsul ixrac edilib

19 İyun 2018, 15:38 (GMT +4)
Vergi bəyannaməsinin formaları sadələşdiriləcək

19 İyun 2018, 15:25 (GMT +4)
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib

19 İyun 2018, 14:50 (GMT +4)
Ermənistan parlamenti deputatının toxunulmazlığı ləğv edilib

19 İyun 2018, 14:38 (GMT +4)
Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Çində səfərdə olacaq

19 İyun 2018, 14:23 (GMT +4)
Sabah Bakıda 31 dərəcə isti gözlənilir

19 İyun 2018, 14:08 (GMT +4)
“Azərişıq”Azərişıq regionlarda güclü küləyin nəticələrini aradan qaldırır

19 İyun 2018, 13:57 (GMT +4)
FHN Bakıda restoranda baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb 

19 İyun 2018, 13:40 (GMT +4)
Türkiyənin başqa alternativləri də var - Baş nazir

19 İyun 2018, 13:24 (GMT +4)
İranda Krım-Konqo  xəstəliyindən 3 nəfər ölüb 

19 İyun 2018, 13:23 (GMT +4)
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

19 İyun 2018, 13:17 (GMT +4)
LOQOS-da "ShushaPost.az" saytının təqdimatı keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66