Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » İQTİSADİYYAT

Dünya Bankı özəl sektor və ali təhsil müəssisələri arasındakı mövcud əlaqələri tədqiq edir

13 Mart 2018, 18:02 (GMT +4)

Bakı, 13 mart, SalamNews. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Dünya Bankının təhsil və sahibkarlarla iş üzrə ekspertləri ilə görüşüb.

Bu barədə SalamNews-a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş zamanı sahibkarlarla ali təhsil müəssisələri arasındakı mövcud əlaqələr və onların innovasiya bacarıqlarının artırılması imkanları, özəl sektorla təhsil müəssisələri arasında əlaqələrin günün tələblərinə uyğun qurulması istiqamətində dünya təcrübəsindən faydalanmaq və bu istiqamətdə gələcək addımlar müzakirə olunub.

Rəhbərlik etdiyi qurum haqqında qonaqlara məlumat verən M.Musayev Konfederasiyanın 30-dan çox ölkə ilə əməkdaşlıq etdiyini, Azərbaycanın beynəlxalq əlaqələrinin, həmçinin yerli təşkilatlarla, o cümlədən ali təhsil müəssisələri ilə sahibkarlar arasında əlaqələrin inkişafı istiqamətində iş apardığını bildirib.

Azərbaycan Təhsil Nazlirliyi, AMEA, ölkənin 10-dan çox universiteti ilə ASK-nın əməkdaşlıq müqaviləsi imzaladığını deyən M.Musayev özəl sektorla təhsil arasında əlaqənin gücləndirilməsi istiqamətində görülən işlərdən də söhbət açıb. ASK prezidenti Azərbaycanın iqtisadi sahədə həyata keçirilən dövlət proqramlarından, sahibkarlar üçün yaradılan əlverişli investisiya mühitindən və bu hədəflərə uyğun olaraq təhsil sahəsində aparılan islahatların özəl sektorun inkişafına müsbət təsirləri barədə missiya üzvlərinə məlumat verib.

M.Musayev qonaqları 15 mart 2018-ci il tarixində UNEC-də Novruz mühazirələri çərçivəsində “İqtisadiyyat, biznes və universitet arasında qarşılıqlı vəhdət: qlobal çağirışlar və yeni imkanlar” mövzusunda təşkil ediləcək elmi-praktiki konfransa dəvət edib. Bildirib ki, tədbirdə “Qlobal çağırışlar kontekstində tədqiqat universitetinə keçid: beynəlxalq təcrübənin Azərbaycan Dövlət Iqtisad Universitetində tətbiqi”, “Biznes sektoru ilə universitet arasında əlaqələrin gücləndirilməsi üçün nə etməli?” mövzularında çıxışlar olacaq.

ASK prezidenti qeyd edib ki, bu tədbir özəl sektor və ali təhsil müəssisələri arasında əməkdaşlığın bariz nümunəsidir. Bununla yanaşı ölkədə bir çox sahədə yüksək ixtisaslı kadrlara ehtiyac olduğunu deyən ASK-nın prezidenti bu sahədə dünya təcrübəsindən faydalanmağın gələcəkdə müsbət nəticələr verəcəyini də istisna etməyib. Bildirib ki, sahibkarlarla ali təhsil müəssisələri arasındakı əlaqələrin daha da qənaətbəxş vəziyyətə çatdırılması istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyası Dünya Bankı ilə də əməkdaşlığa hazırdır.

Dünya Banknın təhsil üzrə nümayəndəsi İqor Xeyfets bildirib ki, ölkəmizə səfərlərinin əsas məqsədi Azərbaycanda özəl sektor nümayəndələri ilə ali təhsil müəssisələri arasında əlaqələri araşdırmaq və ölkənin iqtisadi inkişafına töhfə verəcək bu sahənin gücləndirilməsi imkanlarını müzakirə etməkdir. Bu məqsədlə də ali təhsildə innovasiya, özəl sektorun inkişafı üçün tələb olunan kadrlarla bağlı vəziyyəti qiymətləndirəcək, aidiyyatı dövlət qurumlarına hesabat təqdim edəcəklər.

Görüş zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb. Tərəflər arasında qeyd olunan mövzular üzrə Azərbaycandakı gələcək fəaliyyət barədə ətraflı fikir mübadiləsi aparılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yevlaxda bir tona yaxın çətənə kolları aşkarlanıb

Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb

Avtomobil qaçıran şəxsin digər cinayət əməli də aşkarlanıb

“Azərxalça” daha bir qədim xalçanı aşkara çıxarıb

Rusiyadan Azərbaycana idxal olunan buğda məhsulunda alaq bitkisinin toxumları aşkar edilib 

Ağcabədi rayonunda 57 iydə ağacının kəsilməsi faktı aşkarlanıb

DİN: 133 ədəd çətənə kolu aşkar edilərək götürülüb

Gömrükçülər avtomobildə gizlədilən mobil telefonlar və aksesuarları aşkar ediblər

"AXA MBask" nizamnamə kapitalını artırıb

AZAL Bakıdan Daşkəndə birbaşa reys açır

“Daşkəsən Filizsaflaşdırma” ASC yenidən investisiya müsabiqəsinə çıxarılıb

Meyvə bağlarında ipəksarıyan kəpənəyin tırtılları aşkar edilib

Lənkəranda 229 ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb

DİN: 79 kq narkotik vasitə aşkarlanıb

Ermənistan hərbçisinin meyiti döyüş postunda aşkarlanıb

Sabirabadda 41 çətənə kolu aşkarlanıb

Lənkəranda "Qırmızı Kitab"da qeydiyyatda olan kəpənək aşkar edilib

Saatlı sakininin evində silah sandığı aşkarlanıb

Gömrükçülər narkotik vasitə aşkarlayıb

ETSN Kürdəmirdə 9 ağac kəsilməsi faktı aşkarlayıb

21 İyun 2018, 18:10 (GMT +4)
“UNEC-də bir gün” layihəsi davam edir

21 İyun 2018, 18:02 (GMT +4)
Mübariz Qurbanlı Gədəbəydə vətəndaşları qəbul edib

21 İyun 2018, 17:56 (GMT +4)
Zakir Qaralov Əlcəzairin ədliyyə naziri ilə görüşüb

21 İyun 2018, 17:55 (GMT +4)
UNEC-in tələbəsi beynəlxalq elmi müsabiqənin qalibi olub

21 İyun 2018, 17:30 (GMT +4)
BMT TŞ-nin qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub - Lavrov

21 İyun 2018, 17:27 (GMT +4)
Xalça Muzeyinin direktoru beynəlxalq konfransda Qarabağ xalçalarından danışıb 

21 İyun 2018, 17:22 (GMT +4)
“Məzun evi”ndəki gənclərin özünüməşğulluq proqramına cəlb olunmasına başlanılıb

21 İyun 2018, 17:14 (GMT +4)
Türkiyədə ağır yol qəzası baş verib, ölən və yaralananlar var

21 İyun 2018, 17:09 (GMT +4)
Məlumat Hesablama Mərkəzi Aİ “FutureTrust” layihəsinin assosiativ tərəfdaşı olub

21 İyun 2018, 17:01 (GMT +4)
Göyçayda körpünün dağılmasına görə 7 nəfər həbs edilib

21 İyun 2018, 16:59 (GMT +4)
Azərbaycanın energetika naziri OPEC-in tədbirində çıxış edib 

21 İyun 2018, 16:56 (GMT +4)
Ramiz Həsənov Əfqanıstan xarici işlər nazirinin müavinini qəbul edib

21 İyun 2018, 16:47 (GMT +4)
Pekin Universitetinin nümayəndə heyəti BDU-da olub

21 İyun 2018, 16:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

21 İyun 2018, 16:33 (GMT +4)
XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

21 İyun 2018, 16:25 (GMT +4)
AMİM-nin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib

21 İyun 2018, 16:24 (GMT +4)
Azərbaycan və Belarus XİN başçıları əməkdaşlıq məsələlərini müzakirə ediblər

21 İyun 2018, 16:07 (GMT +4)
Azad Rəhimov aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb (FOTO)

21 İyun 2018, 15:57 (GMT +4)
Şahzadə Abbas Mirzə Qacarın ehtimal edilən qılıncı nümayiş olunacaq

21 İyun 2018, 15:50 (GMT +4)
ARPA–da növbəti Risk Komitəsinin görüşü keçirilib

21 İyun 2018, 15:41 (GMT +4)
AtaBank “Gələcəyimizi indidən düşünək” layihəyəsinə dəstək olub (FOTO)

21 İyun 2018, 15:30 (GMT +4)
Gəncəli cüdo ustası Avropa çempionatında qızıl medal qazanıb (VİDEO)

21 İyun 2018, 15:22 (GMT +4)
Rusiyada qeyri-adi mumiya tapılıb

21 İyun 2018, 15:10 (GMT +4)
Palata: “Alfa Sığorta”nın üçüncü növbə kreditor tələbləri üzrə ödənişlər həyata keçirilir

21 İyun 2018, 15:01 (GMT +4)
Məşhur professor sahibkarlar üçün təlim keçib (FOTO)

21 İyun 2018, 14:49 (GMT +4)
Azərbaycana dəniz yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb

21 İyun 2018, 14:38 (GMT +4)
Xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin buraxılış mərasimi keçirilib

21 İyun 2018, 14:35 (GMT +4)
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək

21 İyun 2018, 14:29 (GMT +4)
DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlumat yayıb

21 İyun 2018, 14:20 (GMT +4)
Azərbaycana yay gəlib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66