Mobil versiya RU AZ
_

QAFQAZ » DİN

Gürcüstanda Həzrəti Əlinin (ə) doğum günü ilə bağlı mərasim keçirilib (FOTOLAR)

31 Mart 2018, 14:51 (GMT +4)

Bakı, 31 mart, SalamNews. Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində İmamlar atası, İslam dünyasının nüfuzlu rəhbəri və alimi, Allahın yer üzərindəki vəlisi, Peyğəmbərin vəsisi Hz.İmam Əlinin (ə) ad günü münasibəti ilə mərasim qeyd olunub.

Gürcüstan Müsəlmanları İdarəsindən SalamNews-a verilən məlumata görə, mərasimdə elm, din və ictimaiyyət xadimləri, dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan din xadimləri və yerli müsəlmanlar iştirak edib.

Tədbirin aparıcısı Axund Sabin Cəfərov, Axund Məhəmməd Hüseynovun Quran tilavətindən sonra təbrik və çıxış üçün sözü Bolnisinin Baş Axundu Hacı İfrət Əhmədova verdi. O, İmam Əlinin (ə) Quranın düzgün müfəssiri və İslamın kamil müəllimi olduğunu söyləyərək İslamı düzgün öyrənmək sahəsində məhz onun əsl meyar və qaynaq olduğu barədə geniş məlumat verdi.

Sonra səhnəyə dəvət edilən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra Hz. Əlinin (ə) simasında əsl insanlığın sifətlərindən, “İslam”, “İman” və “Bəndəliy”in şərtləri haqda söhbət etdi. Danışan və canlı Quran olan imamın fəzilətlərindən və yüksək insani keyfiyyətlərin müsəlmanlar üçün düzgün nümunə olması haqqında ətraflı məlumat verdi.

Sonra Bolnisinin imamı Hacı Adil Nəbiyev, rayon rəhbərliyinin nümayəndəsi Fərrux Sarıyev və başqaları öncə mərasim iştirakçılarını təbrik edib mərasimin təşkilinə görə olan Gürcüstan Müsəlmanları İdarəsinə və rayonun din xadimlərinə təşəkkür etdi. Onlar İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğuna və xidmətlərindən söz açdılar.

Mərasim gənc Gürcüstanlı məddah Səid Həsənin Hz. Əlinin (ə) şəninə oxuduğu şeir və ilahilərlə davam etdi. Sonda qonaqlar bayram süfrəsinə dəvət olundular. Nəhayət İmam Zaman (ə) duası oxunmaqla mərasim sona çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dünya mediası müsəlman ölkələrində baş verənləri ictimaiyyətə çatdırmırlar - Ramin İgidov

Hacı Ramin İgidov: Hər gün dünya müsəlmanları ilə bağlı aldığımız kədərli xəbərlərin sayı artıb

Ramazan bizi insanlığa qaytaran bir aydır - GMİ sədri Ramin İgidov

15 Avqust 2018, 17:58 (GMT +4)
Kabildə partlayış nəticəsində azı 25 nəfər ölüb

15 Avqust 2018, 17:50 (GMT +4)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib

15 Avqust 2018, 17:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

15 Avqust 2018, 17:35 (GMT +4)
Yeni Zelandiyada xarici ölkə vətəndaşlarına ev satışı məhdudlaşdırılıb

15 Avqust 2018, 17:23 (GMT +4)
Prokuror Genuya şəhərində körpünün uçmasının səbəbini açıqlayıb

15 Avqust 2018, 17:18 (GMT +4)
Gəncənin təbii qaz təchizatında məhdudiyyət olacaq

15 Avqust 2018, 17:09 (GMT +4)
Piyada ölümünə səbəb olan sürücü saxlanılıb

15 Avqust 2018, 16:57 (GMT +4)
Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib

15 Avqust 2018, 16:45 (GMT +4)
İqtisadiyyat nazirinin Balakəndə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

15 Avqust 2018, 16:33 (GMT +4)
Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək

15 Avqust 2018, 16:25 (GMT +4)
Ali təhsil müəssisələrinə qəbulun nəticələri gün ərzində açıqlanacaq

15 Avqust 2018, 16:10 (GMT +4)
Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək

15 Avqust 2018, 15:57 (GMT +4)
Xəzər Konvensiyasının həyata keçirilməsi üzrə  ilk iclas Bakıda keçiriləcək

15 Avqust 2018, 15:42 (GMT +4)
Ağsuda bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır

15 Avqust 2018, 15:36 (GMT +4)
Yeni Zelandiyada müəllimlər tətil edir: 400 min şagirdin məşğələsi ləğv olunub

15 Avqust 2018, 15:24 (GMT +4)
DSX-nin yeni sərhəd zastavası kompleksi istifadəyə verilib

15 Avqust 2018, 15:10 (GMT +4)
Futbol üzrə Azərbaycan yığması Belarusda qələbə qazanıb

15 Avqust 2018, 14:53 (GMT +4)
Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək

15 Avqust 2018, 14:46 (GMT +4)
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

15 Avqust 2018, 14:35 (GMT +4)
"Unibank Mobile" istifadəçilərinin sayı 200 mini keçib

15 Avqust 2018, 14:22 (GMT +4)
Azercell bölgələr yaşayanlar üçün yeni limitsiz danışıq və internet paketini təqdim edib

15 Avqust 2018, 14:15 (GMT +4)
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

15 Avqust 2018, 14:08 (GMT +4)
Bu il əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə müavinət verilib

15 Avqust 2018, 13:53 (GMT +4)
Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb

15 Avqust 2018, 13:40 (GMT +4)
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

15 Avqust 2018, 13:22 (GMT +4)
Türkiyə bir sıra ABŞ mallarına rüsumu kəskin şəkildə artırıb

15 Avqust 2018, 13:15 (GMT +4)
Sabah Azərbaycanda havanın temperaturu artacaq

15 Avqust 2018, 13:09 (GMT +4)
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb

15 Avqust 2018, 12:57 (GMT +4)
Bəzi xəstəxanalarda yeyinti faktı aşkar edilib

15 Avqust 2018, 12:43 (GMT +4)
Bakıda 19 yeni piyada keçidi inşa ediləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66