Mobil versiya RU AZ
_

QAFQAZ » DİN

Tbilisidə “Aləmlərə rəhmət” mövzusunda konfrans keçirilib (FOTO)

14 Aprel 2018, 14:42 (GMT +4)

Bakı, 14 aprel, SalamNews, M.Sadiq. Tbilisidə yerləşən Alulbeyt Mərkəzində “Aləmlərə rəhmət” mövzusunda konfrans keçirilib.

Gürcüstan Müsəlmanları İdarəsindən SalamNews-a verilən məlumata görə, Hz. Məhəmmədin (s) peyğəmbərlik məqamına təyin oldunduğu gün – Məbəs günü münasibəti ilə təşkil olunan konfransda Gürcüstanda səfərdə olan Ayətullah Hüseyni Qəzvini, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, İran İslam Respublikasının bu ölkədəki səfiri Cavad Qevam Şəhidi, İİR-nın Mədəniyyət Mərkəzinin sədri Həmid Müstəfəvi, Türkiyənin bu ölkədəki səfirliyinin dini işlər üzrə müşaviri Nəbi Gümüş hoca, Beynəlxalq Əlmustafa Universitetinin nümayəndəsi Hacı Davud Zare, din xadimləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qurani Kərimin tilavətindən sonra konfransı giriş sözü ilə açan təşkilatçı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Məbəs bayramı və Merac qəndili ərəfəsində keçirilən bu elmi konfransın əhəmiyyətindən danışdı. O, İslam Peyğəmbəri (s) haqda toplantı və tədbirlər təşkil edib Həzrətin insani keyfiyyətləri, əxlaq və fəzilətləri ilə O Həzrətin gətirdiyi dinin barış, dürüstlük, mərhəmət və ədalətə səslədiyinin çatdırılmasının önəmindən danışdı. O, çıxışı zamanı Aləmlərə rəhmət sözünün mahiyyət və mənaları haqqında məlumat verib İslam dininin əsas sözlərini və məqsədlərini açıqladı. Çıxışının sonunda Peyğəmbər (s) qarşısında ümmətin üç əsas vəzifələrinin olduğunu qeyd etdi: Onu və ailəsini sevmək, Onu dininin mənsubu kimi layiqli təmsil etmək və əmanətlərinə (Quran və Əhlibeytə) vəfa göstərərək sözlərinə əməl etmək.

Sonra çıxış edən din alimləri Nəbi Gümüş və Davud Zare İslam Peyğəmbərinin (s) şəxsiyyəti və nümunəvi keyfiyyətlərindən, Onun Meraca yüksəlməsinin səbəb və məramından, bəşəriyyətin nicatı üçün gətirdiyi dinin insanlığa bəxş etdiyi ibrət və dərslərdən danışdılar.

Konfransda çıxış edən böyük mərəci təqlid Ayətullah Məkarim Şirazinin müşaviri Ayətullah Hüseyni Qəzvini isə tarixi mənbələr və səhih qaynaqlardan sitatlar gətirərək Hz. Peyğəmbərin (s) və canişini olan Hz. Əlinin (ə) məqamından geniş söhbət açdı. Bu gün dünya müsəlmanlarının O Həzrətdən düzgün örnək almamalarından və bəzən də öz əməlləri ilə hörmətsizlik etmələrinə də toxundu. Müsəlmanların tək ümmət olaraq birgə vəhdət təşkil etmələrinin önəmindən danışdı.

İranın Gürcüstandakı səfiri Məbəs bayramı münasibəti ilə məclis iştirakşılarına təbrik edib xoş arzularını çatdırdı. Konfrans dua oxunmaqla sona çatdı. İştirakçlara yeni çapdan çıxan “Həzrət Peyğəmbər (s) nigarandır” kitabı hədiyyə olundu.

Sonda konfrans iştirakçıları sadə bayram süfrəsi ətrafında bir araya gəliblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dünya mediası müsəlman ölkələrində baş verənləri ictimaiyyətə çatdırmırlar - Ramin İgidov

Hacı Ramin İgidov: Hər gün dünya müsəlmanları ilə bağlı aldığımız kədərli xəbərlərin sayı artıb

Ramazan bizi insanlığa qaytaran bir aydır - GMİ sədri Ramin İgidov

15 Avqust 2018, 17:58 (GMT +4)
Kabildə partlayış nəticəsində azı 25 nəfər ölüb

15 Avqust 2018, 17:50 (GMT +4)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yük avtomobilləri və avtobus sahiblərinə xəbərdarlıq edib

15 Avqust 2018, 17:43 (GMT +4)
Dolların sabaha olan məzənnəsi açıqlanıb

15 Avqust 2018, 17:35 (GMT +4)
Yeni Zelandiyada xarici ölkə vətəndaşlarına ev satışı məhdudlaşdırılıb

15 Avqust 2018, 17:23 (GMT +4)
Prokuror Genuya şəhərində körpünün uçmasının səbəbini açıqlayıb

15 Avqust 2018, 17:18 (GMT +4)
Gəncənin təbii qaz təchizatında məhdudiyyət olacaq

15 Avqust 2018, 17:09 (GMT +4)
Piyada ölümünə səbəb olan sürücü saxlanılıb

15 Avqust 2018, 16:57 (GMT +4)
Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi birgə layihəyə start verib

15 Avqust 2018, 16:45 (GMT +4)
İqtisadiyyat nazirinin Balakəndə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

15 Avqust 2018, 16:33 (GMT +4)
Sevinc Fətəliyeva: Konvensiya Azərbaycanın iqtisadi qüdrətinin daha da artmasına töhfə verəcək

15 Avqust 2018, 16:25 (GMT +4)
Ali təhsil müəssisələrinə qəbulun nəticələri gün ərzində açıqlanacaq

15 Avqust 2018, 16:10 (GMT +4)
Heydər Əliyev Mərkəzinin parkında qılıncoynatma üzrə ustad dərsləri keçiriləcək

15 Avqust 2018, 15:57 (GMT +4)
Xəzər Konvensiyasının həyata keçirilməsi üzrə  ilk iclas Bakıda keçiriləcək

15 Avqust 2018, 15:42 (GMT +4)
Ağsuda bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır

15 Avqust 2018, 15:36 (GMT +4)
Yeni Zelandiyada müəllimlər tətil edir: 400 min şagirdin məşğələsi ləğv olunub

15 Avqust 2018, 15:24 (GMT +4)
DSX-nin yeni sərhəd zastavası kompleksi istifadəyə verilib

15 Avqust 2018, 15:10 (GMT +4)
Futbol üzrə Azərbaycan yığması Belarusda qələbə qazanıb

15 Avqust 2018, 14:53 (GMT +4)
Bakıda Xəzər-Qara dəniz Yanacaq Forumu keçiriləcək

15 Avqust 2018, 14:46 (GMT +4)
AZAL Bakı-Tbilisi-Bakı marşrutu üzrə uçuşları bərpa edir

15 Avqust 2018, 14:35 (GMT +4)
"Unibank Mobile" istifadəçilərinin sayı 200 mini keçib

15 Avqust 2018, 14:22 (GMT +4)
Azercell bölgələr yaşayanlar üçün yeni limitsiz danışıq və internet paketini təqdim edib

15 Avqust 2018, 14:15 (GMT +4)
Bakıda evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

15 Avqust 2018, 14:08 (GMT +4)
Bu il əmək pensiyası almaq hüququ olmayan 54,1 min nəfərə müavinət verilib

15 Avqust 2018, 13:53 (GMT +4)
Amerika Neft İnstitutu: Ölkədə neft ehtiyatları artıb

15 Avqust 2018, 13:40 (GMT +4)
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

15 Avqust 2018, 13:22 (GMT +4)
Türkiyə bir sıra ABŞ mallarına rüsumu kəskin şəkildə artırıb

15 Avqust 2018, 13:15 (GMT +4)
Sabah Azərbaycanda havanın temperaturu artacaq

15 Avqust 2018, 13:09 (GMT +4)
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb

15 Avqust 2018, 12:57 (GMT +4)
Bəzi xəstəxanalarda yeyinti faktı aşkar edilib

15 Avqust 2018, 12:43 (GMT +4)
Bakıda 19 yeni piyada keçidi inşa ediləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66