Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Nazir yüksək nailiyyətlərlə bitirən məzunları təltif edib (FOTOLAR)

13 İyun 2018, 17:41 (GMT +4)

Bakı, 13 iyun, SalamNews. Bu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik Musiqi məktəbində 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini yüksək nailiyyətlərlə bitirən məzunlara şəhadətnamələrin təqdim olunma mərasimi keçirildi.

Mərasimdən əvvəl Prezident təqaüdçüsü olan şagirdlərin ifalarından ibarət konsert təqdim edildi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev məzunları təbrik edərək onlara yeni-yeni uğurlar arzuladı. Bildirildi ki, Azərbaycanda ümumilikdə 212 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə təhsil alan 59 mindən artıq şagirdin təlim-tərbiyəsi ilə 15 mindən çox müəllim məşğul olur: “Son dövrdə biz musiqi məktəblərində optimallaşma həyata keçirdik və bunun nəticəsində təhsilin keyfiyyətinin artırılmasına nail olduq. Biz bu işi davam etdirəcəyik. Hiss edirik ki, bu gün müəllimlər öz işlərinə ciddi yanaşırlar. Şagirdlərin əldə etdikləri nailiyyətlər gələcəkdə onların təhsili üçün önəm daşıyır. Bu il musiqi məktəblərindən 2 minə yaxın şagird məzun olur. Bu məzunların sırasında 110-dan artıq Prezident təqaüdçüsü var. Onların 51-i Bakı şəhərində fəaliyyət göstərən məktəblərin payına düşür”.

Nazir qeyd etdi ki, musiqi məktəblərinin şəbəkəsi daim inkişaf etdirilməlidir. Çünki sabahın musiqiçiləri bu gün yetişməli və musiqimizin gələcəyi yetişən gənc nəslin təhsilindən asılıdır: “Bu gün musiqi və incəsənət məktəblərinin əksəriyyəti ölkə rəhbərliyinin göstərişi ilə təmir olunaraq yeni avadanlıqlarla təmin edilib. Bu da təhsilin daha da inkişaf etməsinə töhfədir. Gənc istedadlara dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Qeyd olundu ki, musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən uşaqlar musiqi sahəsində təhsillərini davam etdirməli və bununla da Azərbaycan mədəniyyətinin gələcəyi etibarlı əllərdə olmalıdır. Təhsili fərqlənmə ilə bitirənlər üçün bu şəhadətnamələr müəyyən yollar açır, onların təhsilinə, eləcə də beynəlxalq müsabiqələrdə iştirakına şərait yaradır.

Əbülfəs Qarayev vurğuladı ki, musiqi təhsili sahəsində çalışan mütəxəssislər öz işlərini düzgün qurmalı, məktəblərdə yaradıcı mühit yaratmalı və musiqi mədəniyyətimizin gələcəyi naminə bacarıqlarını əsirgəməməlidirlər.

Nazir çıxışının sonunda bir daha bütün məzunları təbrik etdi, musiqi məktəblərinin kollektivlərinə uğurlar arzuladı.

Daha sonra Əbülfəs Qarayev uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunlara şəhadətnamələri təqdim etdi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

20 Sentyabr 2018, 11:54 (GMT +4)
Azercell-in dəstək verdiyi startap turu Sumqayıtda keçiriləcək

20 Sentyabr 2018, 11:46 (GMT +4)
Kapital Bank bazara yeni kart təqdim edib

20 Sentyabr 2018, 11:41 (GMT +4)
Bəhreyn Şurasının sədri Azərbaycana səfərə gəlib

20 Sentyabr 2018, 11:35 (GMT +4)
Bakıda 7-ci Beynəlxalq “Caspian Energy Forum Baku 2018” tədbiri keçirilir

20 Sentyabr 2018, 11:33 (GMT +4)
Bakıda cüdo üzrə dünya çempionatına start verilir

20 Sentyabr 2018, 11:25 (GMT +4)
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib

20 Sentyabr 2018, 11:18 (GMT +4)
Qobustan rayonunda zəlzələ olub

20 Sentyabr 2018, 11:06 (GMT +4)
Azərbaycanda “First in Azerbaijan” investisiya təşviqi mexanizmi hazırlanacaq

20 Sentyabr 2018, 10:57 (GMT +4)
Azərbaycanda pambığın alış qiyməti 50 manat artırılıb

20 Sentyabr 2018, 10:53 (GMT +4)
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

20 Sentyabr 2018, 10:45 (GMT +4)
Prezident Qubada avtomobil yolunun tikintisinə 10,8 milyon manat ayırıb

20 Sentyabr 2018, 10:33 (GMT +4)
Müqəddəs Kərbəla Aşura günündə - Canlı Yayım

20 Sentyabr 2018, 10:23 (GMT +4)
Aşura günü ilə bağlı qan vermə aksiyası keçirilir

20 Sentyabr 2018, 10:15 (GMT +4)
Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilib

20 Sentyabr 2018, 10:08 (GMT +4)
Mixail Şvıdkoy Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib

20 Sentyabr 2018, 09:59 (GMT +4)
İsrailin nüvə silahların yayılmaması müqaviləsinə qoşulmasını tələb edəb bəyanatlar çoxalıb

20 Sentyabr 2018, 09:53 (GMT +4)
Azərbaycanın 4 neft sənayesi işçisinə Prezidentin fərdi təqaüdü verilib

20 Sentyabr 2018, 09:40 (GMT +4)
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd olunur

20 Sentyabr 2018, 09:33 (GMT +4)
Prezident İlham Əliyev neft sənayesi işçilərinə fəxri adlar verib (SİYAHI)

20 Sentyabr 2018, 09:26 (GMT +4)
Bəşər Əsəd Putinə başsağlığı verib: Bu, İsrailin hegemonluğunun nəticəsidir

20 Sentyabr 2018, 09:20 (GMT +4)
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir

20 Sentyabr 2018, 09:14 (GMT +4)
Allahşükür Paşazadə Misir parlamentinin nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2018, 09:02 (GMT +4)
Azərbaycanlı iş adamı İstanbulda qətlə yetirilib

20 Sentyabr 2018, 08:52 (GMT +4)
Hizbullah lideri Aşura öncəsi bölgədə baş verən siyasi proseslərə münasibət bildirib (VİDEO)

20 Sentyabr 2018, 05:06 (GMT +4)
Hicri-qəməri təqvimi ilə bu gün Aşuradır

20 Sentyabr 2018, 01:01 (GMT +4)
Keçmiş azərbaycanlı deputat və nazirin oğlu İstanbulda öldürülüb

19 Sentyabr 2018, 18:31 (GMT +4)
Növbəti startap turu Sumqayıtda keçiriləcək

19 Sentyabr 2018, 18:10 (GMT +4)
Mənzil İnşaatı Dövlət Agentliyinə yeni sədr təyin edilib

19 Sentyabr 2018, 18:02 (GMT +4)
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazanıb

19 Sentyabr 2018, 17:50 (GMT +4)
“Apple” ən gəlirli brend seçilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66