Mobil versiya RU AZ
_

AZƏRBAYCAN » DİN

Bölgələrdə dini maarifləndirmə tədbirləri davam etdirilir

14 İyun 2018, 10:48 (GMT +4)

Bakı, 14 iyun, SalamNews. Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun Göyəm kənd tam orta məktəbində “Vətənpərvərlik dini radikalizmlə mübarizədə ən güclü vasitədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Komitənin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günəş Əsgərova, eləcə də məktəbin müəllim və yuxarı sinif şagirdləri iştitak ediblər.

Göyəm kənd tam orta məktəbinin direktoru İranə Əlizadə tədbiri giriş sözü ilə açaraq məktəbdə milli-mənəvi dəyərlərin qorunub saxlanılması, radikal dini cərəyanlara qarşı mübarizə istiqamətində keçirilən maarifləndirmə tədbirlərinin gənclərin mill-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov çıxışında milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılmasının, eləcə də gənclərin elmə və təhsilə yiyələnmələrinin vacibliyini bildirib.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən İlqar Vəliyev çıxışında dini radikalizmin yaranma səbəblərindən, törətdiyi fəsadlardan, dini radikal qrupların təbliğat metodlarından, dini fanatizmin, mövhumat və xurafatın zərərlərindən bəhs edib. Vətən sevgisinin və xalqımızın zəngin milli-mənəvi dəyərlər sisteminin dini radikalizmə qarşı güclü mübarizə vasitəsi olduğunu qeyd edib.

Zaqatala Rayon Təhsil Şöbəsinin nümayəndəsi Günəş Əsgərova çıxışında dövlət tərəfindən ölkədə gənclər üçün yaradılmış hərtərəfli, o cümlədən yüksək təhsil şəraitindən danışıb, gənclərə bu imkandan daha səmərəli istifadə edərək, elmə və təhsilə yiyələnməyi tövsiyə edib.
Sonda tədbir iştirakçılarına Dövlət Komitəsi tərəfindən nəşr edilmiş dini maarifləndirici ədəbiyyatlar paylanılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qobustanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Hərbi dənizçilərlə görüşüblər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şabranda vətəndaşların müraciətlərinə baxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Fatimeyi-Zəhra” məscidi ilə bağlı açıqlama yayıb

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında illik tədbirlər planı imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Biləsuvarda vətəndaşlarla görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə reyd keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşların müraciətlərini dinləyib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Balakəndə vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edilib (SİYAHI)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 15 il ötür

25 İyun 2018, 18:01 (GMT +4)
DİN işçi axtarır

25 İyun 2018, 17:50 (GMT +4)
Xalq öz ordusuna inanır, gücünə güvənir - Zakir Həsənov

25 İyun 2018, 17:42 (GMT +4)
ABŞ-ın Beynəlxalq Maliyyə İnstitutunun nümayəndəsi Yüksək Texnologiyalar Parkında infosessiya keçirib

25 İyun 2018, 17:36 (GMT +4)
Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar film nümayişi keçirilib (FOTO)

25 İyun 2018, 17:30 (GMT +4)
Bu tədris ilində 225 nəfər Azərbaycan vətəndaşı xaricdə təhsil almaq hüququ qazanıb

25 İyun 2018, 17:22 (GMT +4)
SDU-da “Azərbaycan milli ordusu - 100 ildə” mövzusunda  elmi-praktiki konfrans öz işinə başlayıb

25 İyun 2018, 17:21 (GMT +4)
Vyaçeslav Volodin: Rusiya və Azərbaycan strateji tərəfdaşlardır

25 İyun 2018, 17:13 (GMT +4)
“Mediada Azərbaycan dilindən peşəkar istifadə edilməsi təşəbbüslərinə dəstək” layihəsi başlayıb

25 İyun 2018, 17:09 (GMT +4)
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq

25 İyun 2018, 17:05 (GMT +4)
Elmlər Akademiyası yaxınlığında yeni Azercell Eksklüziv açılıb (FOTO)

25 İyun 2018, 16:54 (GMT +4)
OPEC-in baş katibi Azərbaycanın OPEС+ əməkdaşlığına bundan sonra da töhfə verəcəyinə əmindir

25 İyun 2018, 16:49 (GMT +4)
BƏƏ-nin mobil operatorunun “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib

25 İyun 2018, 16:40 (GMT +4)
Qanunsuz balıq ovu edən şəxs saxlanılıb

25 İyun 2018, 16:34 (GMT +4)
Ermənistan müdafiə nazirinin keçmiş müavinin oğlu həbs olunub

25 İyun 2018, 16:32 (GMT +4)
Bakı - Batumi reysi fəaliyyətə başlayır

25 İyun 2018, 16:05 (GMT +4)
DGK-nın sədri "Mazımçay" gömrük postunda mövcud vəziyyətlə tanış olub

25 İyun 2018, 15:48 (GMT +4)
UNEC-də “Məzun Günü” keçiriləcək

25 İyun 2018, 15:38 (GMT +4)
"CinemaPlus Amburan"da yay mövsümünün təntənəli açılışı keçirilib

25 İyun 2018, 15:30 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” hərbçilər üçün xüsusi kampaniya elan edir

25 İyun 2018, 15:27 (GMT +4)
Sabah Bakıda keçiriləcək hərbi paradda 240-dan çox texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edəcək

25 İyun 2018, 15:26 (GMT +4)
XİN: Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək

25 İyun 2018, 15:18 (GMT +4)
“AtaBank” Silahlı Qüvvələr Günü münasibətilə xüsusi kampaniya keçirir

25 İyun 2018, 15:10 (GMT +4)
Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

25 İyun 2018, 14:52 (GMT +4)
“BP-Azerbaijan” şirkətinə yeni vitse-prezident təyin olunub

25 İyun 2018, 14:40 (GMT +4)
Hərbi qulluqçulara ali hərbi rütbələr verilib 

25 İyun 2018, 14:23 (GMT +4)
AŞPA-ya prezident seçilib

25 İyun 2018, 13:53 (GMT +4)
“Kənd yerlərinin inkişafı və kənd təsərrüfatı” mövzusu müzakirə olunub

25 İyun 2018, 13:24 (GMT +4)
Səyyar ASAN xidmət davam edir

25 İyun 2018, 13:20 (GMT +4)
Azərbaycanda  anomal istilər gözlənilir (XƏBƏRDARLIQ)

25 İyun 2018, 13:08 (GMT +4)
Azərbaycan və Ukrayna Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf planı imzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66